"ADİU-dan qanunsuz olaraq kənarlaşdırılmışam" - Müəllim ölkə prezidentinə müraciət etdi
Tarix: 7-08-2018, 10:31 | Çap et
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Zərifə Mansurova haqsız yerə işdən çıxarılması ilə bağlı növbəti dəfə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Təhsil naziri, Ceyhun Bayramova, müxtəlif KİV-lərə, o cümlədən Faktinfo.az-a müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Mənim 36 illik pedaqoji stajım var. Təqaüdə çıxmağıma 4-5 il qalıb. Belə bir vaxtda məni ixtisar adı ilə işdən azad ediblər. Ancaq sonradan yerimə “Tərcümə Mərkəzi”nin bir əməkdaşını işə götürüblər. Bu necə ola bilir? Mütəxəssis müəllimi ixtisas fənnini tədris etməkdən uzaqlaşdırıb,onun dərslərini qeyri-ixtisas müəlliminə verməkdə məqsəd nədir?! Bu islahatdır,millətin gələcəyini düşünməkdir,yoxsa tələbələrin savadlı olmasını təmin edilməsidir,məni başa salsınlar?
Uzun illər pedaqoji sahədə çalışan, təhsil sisteminin incəliklərini, metodikasını bilən bir şəxsi işdən kənarlaşdırırlar, ancaq onun yerinə təhsil sahəsindən uzaq, daim tərcümə ilə məşğul olan adamı işə götürürlər. Bu nə deməkdir. Burada hansı maraqlar var?! Mənə başa salsınlar.Bəlkə deyələr ki,bu "islahat"ları universitetdə yüzlərlə müəllimə tətbiq edib onların yerinə götürülən müəllimlərdən 50 min manat (əlli min )almayıblar? Budurmu ADİU-da inkişaf və islahat ki,artıq bəzi millət vəkilləri də "İqtisad Universiteti inkişaf edir", deyə- "kompaniya"ya qoşulublar.
Z.Mansurovanın açıqladığı bir məsələ isə xüsusi narahatçılıq doğurur və ADİU-da baş verənlərin əsl mahiyyətini ortaya qoyur: “36 ildə bircə gün icazəsiz işdən qalmadığım halda məni işdən çıxardan universitet rəhbərliyi çox qəribədir ki, xaricdə yaşayan bir sıra şəxsləri işlə təmin edib. Əslində isə onların adları var, özləri yox. Onlar kağız üzərində kafedranın iclaslarında iştirak edən kimi göstərilir. Lakin həmin şəxslər nə kafedranın iclaslarında iştirak edir, nə də dərs keçirlər. Dərs zamanı onları rəhbərliyə yaxın müəllimlər əvəz edir. Bir neçə min manatlıq maaşlarını da bankomatlardan həmin şəxslər çıxarırlar. Əgər müşahidə kameralarına baxış keçirilsə, onda xaricdə, misal üçün Londonda yaşayan şəxslərin əvəzinə ADİU-nun auditoroyalarında dərslərə hansı müəllimlərin girdiyini, eləcə də bankomatlardan pul vəsaitlərinin kimlər tərəfindən çıxarıldığını müəyyən etmək olar.
Göründüyü kimi, İqtisad Universitetində “ölü canlar”ın müasir formasının tətbiqindən tutmuş, dostbazlıq, qohumbazlıq, yerlibazlıq kimi məsələlər adi hala çevrilib”.
Kafedrada baş verən daha bir qanunsuzluq haqda məlumat verə bilərəm. Belə ki, burada Vəfa adlı bir xanım laborant vəzifəsində çalışırdı. Sonradan onu tyutorluğa keçirdilər. Demək olar ki, bu xanım işə gəlib-getmirdi. O daha çox dollar alverçisi kimi tanınırdı. Rəhbərliyə dollar alırdı,axırda da bir milyon manatı mənimsədi,bu halda ondan dələduz kimi şikayət olundu.Bir sözlə kimə dollar lazım idisə, ona müraciət edirdi. Axırda da elə bu işlərinin “zibil”inə düşdü. Vəfaya bu şəraiti yaradanlar isə axırda onun arxasından qaçdı".
Z.Mansurova ADİU-da işləyən digər narazı müəllimlərdən də söz açır: “Ümumiyyətlə, İqtisad Universitetində baş verən qanunsuzluqlar bitib-tükənmək bilmir. Əgər araşdırma aparılsa, 100-dən çox müəllimin narazı olduğu üzə çıxar. Həmin müəllimlər işdən çıxarılmasa da, ən müxtəlif formada hüquqları pozulur.
Belə ki, kimisi məcburi olaraq yarımştata keçirilir, kimisinin dərs saatı azaldılır, kimisi də müxtəlif bəhanələrlə gözüm-çıxdıya salınır və s.” Bunu etməkdə isə məqsəd birdir- vakant müəllim yerləri etmək və...
Şikayətçi müraciətində mübarizəsini hüquq müstəvisində aparmasından da bəhs edir: “Mən tapdanmış hüququm bərpası məqsədilə ADİU-nun yerləşdiyi ərazi üzrə Səbail rayon Məhkəməsinə müraciət etdim. İşə hakim Elmar Rəhimovun sədrliyi ilə baxıldı və təəssüf ki, mənim iddiam təmin edilmədi,şikayətim gecikmə ilə əvəzləndi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət etməli oldum. Bir neçə gün sonra iyulun 23-də adıçəkilən məhkəmədə mənim işimə baxılacaq,açıq məhkəmə keçiriləcək. Əgər burada müsbət nəticə əldə edilməsə, daha yuxarı instansiyalara müraciət etməli olacağam və sona qədər mübarizəmi davam etdirəcəyəm”.
Zərifə Mansurova müraciətinin sonunda yüksək səlahiyyətli şəxslərdən və KİV təmsilçilərindən onun səsinə səs verilməsini, tapdanmış hüququnun bərpası üçün yardım göstərilməsini xahiş edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|