200 nəfəri aldadan iş adamı çıxış yolu axtarır - Şərurlu İsfəndiyarın adı daha bir işdə
Tarix: 10-07-2019, 11:50 | Çap et
İş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. Bu dəfə də o, vətəndaşlara qarşı dələduzluqda ittiham edilir. Zərərçəkənlərin sayı 200 nəfərə yaxındır...
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Alışov Cahangir Həsənağa oğlu və Fətəliyev Habil Məmməd oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkmiş Ruhiyyə Rəsulova ifadə verib.
O, həbs edilən şəxslərin hər ikisini tanıdığını bildirib və deyib ki, "Yüksəliş" MTK-dan ev almaq üçün həmin şəxslərə 33 min pul verib, amma alacağı birotaqlı evin başqa şəxslərə də satıldığını bilib.
Ruhiyyə Rəsulova əlavə edib ki, bu işdə adı keçən Zaur adlı şəxs ona 3 min manat qaytarıb: "Zaur ev alqı-satqısı ilə məşğul idi. İstintaqda 3 min verib dedi ki, həmin pul ona çatandır".
Həbs edilən Habil Fətəliyev deyib ki, Zaura həmin 3 min manatı özü verib.
Habil Fətəliyev əlavə edib ki, zərərçəkmişlərin pulu ödənilib.
Hakim isə bildirib ki, 3-4 aydır davam edən məhkəmə istintaqında eyni vədlər verilir, amma bir nəfər də olsun məhkəməyə barışıq ərizəsi təqdim etməyib.
Habil Fətəliyev 81 nəfərlə razılığa gəldiklərini deyib.
Bununla bağlı prokuror maraqlı arayış verərək bildirib ki, zərərçəkən şəxslər "Şərur MTK"ya göndərilir. Həmin şəxslərdən əlavə ödəniş tələb edilir. Belə ki, zərərçəkənlər "Yüksəliş" MTK-dan mənzilin kvadratına görə 400 manat ödəyib. "Şərur" MTK isə mənzilləri 900-1250 manata satır. Bununla da zərərçəkənlərdən 400 manatdan əlavə ödənişlər tələb edilir və belə olan halda mənzil verilir. Prokuror deyib ki, bu zərərin ödənməsi demək deyil.
Cahangir Alışov və Habil Fərzəliyevin vəkilləri bildirib ki, "Şərur" MTK-nın təklif etdiyi mənzillər təmirli olduğu üçün baha satılır.
Qeyd edək ki, mənzil fırıldaqlarının qurbanı olan şəxslərin problemlərinin həlli ilə bağlı dövlət tərəfindən ayrı-ayrı şirkətlərə göstərişlər verilib. Həmin şirkətlər müəyyən güzəştlərlə mənzil fırıldaqlarının qurbanı olmuş şəxslərə yardım etməlidirlər. Şərurlu İsfəndiyar da Musavat.com-a müsahibəsində bu barədə demişdi.
Məhkəmədə iştirak edən zərərçəkmişlər "Şərur" MTK-nın təklifi ilə razılaşmadıqlarını deyiblər:
""Şərur" MTK 1250 manata ev təklif edir. Amma bu bizi qane eləmir. Yasamalda o qiymətə ev almağa dəyməz. Camaat 1300 manata "Elmlər Akademiyası" tərəfdə ev alır. "Şərur" MTK adını təmirli qoyub həmin evləri satır. Amma divara rəng vurub təmir adı ilə satmazlar. Bir nəfər gedib həmin evlərə baxsın. Görün, ona təmir demək olarmı".
Məhkəmə araşdırması davam etdirilir.
Bildirək ki, Cahangir Alışov "Yeni Yasamal" MTK-nın sədri olub. Habil Fətəliyev isə Cahangir Alışovun səlahiyyətli nümayəndəsi-hüquqşünas kimi fəaliyyət göstərib.
İttihama görə, mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.
Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.
Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub "Yüksəliş-C" MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər.
Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir.
Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir.
Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir.
Samir Alışovun məhkəmə iclasında atası Cahangir Alışov və Habil Fətəliyev şahid qismində ifadə veriblər. Cahangir Alışov oğlunun bu işlərdə təqsiririnin olmadığını deyib.
Habil Fətəliyev isə bütün günahı öz üzərinə götürərək Alışovları məsuliyyətdən xilas etməyə çalışır. Fətəliyev onu da deyib ki, zərərçəkmişlər dəymiş zərər tam olaraq ödəniləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
|