Bakıda tikinti baronlarının maxinasiyaları üzə çıxdı - İLGİNC
Tarix: 21-04-2020, 12:31 | Çap et
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar aprelin 1-dən tətbiq edilmiş xüsusi karantin rejimi, bu rejim çərçivəsində aprelin 5-dən etibarən vətəndaşların evlərindən çıxması üçün xüsusi buraxılış rejiminin tətbiq edilməsi nə qədər qəribə olsa da ilk növbədə tikinti baronlarının maxinasiyalarını üzə çıxarıb.
Belə ki, xüsusi karantin rejimi inşaat işlərinin aparılmasına qadağa qoymasa da birdən-birə şəhərin əksər tikinti meydançalarında işlər dayanıb. Baxmayaraq ki, Bakı şəhər İcra Hakimiyyəti tikinti şirkətlərinin işi davam etdirməsinə şərait yaradılacağını bildirib. İnşaat meydançaları işçilərin bir-birlərindən aralı işləməsinə imkan verən iş sahəsidir və burada zəruri sosial məsafə qaydalarına, gigeyena tədbirlərinə riayət etməklə işləmək olardı.
Bəs işlərin dayanmasının səbəbi nədir, tikinti şirkətləri nəyə görə işi davam etdirmirlər? Yoxsa onlar işçilərin qayğısına qalmaqda daha irəli gediblər və iş icazəsinin olmasına baxmayaraq onların koronavirusa yoluxması riskini daha da azaltmaq üçün əməkhaqlarını alıb evlərində oturmasına imkan yaradıblar?
Səbəb isə əlbətdə başqadır, tikinti baronlarından indiki çətin situasiyada bu cür sosial məsuliyyət-işçilərin əmək haqlarını saxlamaqla evlərinə göndərmək kimi təşəbbüs gözləmək sadəlövhlük olardı. Virtualaz.org araşdırıb ki, xüsusi karantin rejiminin elan edilməsindən sonra Bakıdakı tikinti meydançalarının əksəriyyətində işlərin dayanmasının səbəbi əslində tikinti baronlarının maxinasiyalarıdır. Daha doğrusu onların maxinasiyalarının bu rejimdə işə yaramamasıdır.
Məsələ bundadır ki, xüsusi karantin rejimi tikinti şirkətlrinin qeyri-leqal işçi qüvvəsindən kütləvi istifadəsi faktını üzə çıxarıb. İndiki rejimdə iş icazəsi olan şirkətlər öz əməkdaşlarının adlarını onlarla bağlanmış əmək müqavilələri ilə birlikdə xüsusi icaze.gov.az portalına daxil etməlidir. Və adları portala daxil edilənlər xüsusi icazə ilə təmin edilir və onlar iş yerlərinə gedib-gəlməkdə sərbəstdir.
Tikinti şirkətləri isə çoxsaylı qeyri-leqal işçi çalışdırdıqları üçün təbii ki, əmək müqaviləsi imzalanmadan işə cəlb etdikləri şəxslərin adlarını həmin portala daxil edə və müvafiq icazəni ala bilmirlər. Nəticədə onlar lazım olan sayda işçi qüvvəsini tikinti meydançasına çıxara bilmədiklərini görüb işi dayandırıblar və səbəbi karantin rejimi ilə əsaslandırmağa çalışırlar. Bu səbəbdəndir ki, Bakıda bir çox iri şirkətlər istisna olmaqla çoxları inşaat işlərini dayandırıb və nəticədə minlərlə adam işləmək imkanı olduğu halda evdə oturmalı olub.
Prezident İlham Əliyev həm videokonfrans rejimində keçirdiyi son müşavirədə, həm bir gün əvvəl nazirlər Sahil Babayev və Mikayıl Cabbarovla videokonfrans rejimində keçirdiyi qəbulda bir daha qeyri-leqal işçilər saxlayan, onlarla əmək müqavilələri bağlamayan və nəticədə vergilərdən, sosial ödənişlərdən yayınan sahibkarlar barədə danışıb. Belələrinə bir daha xəbərdarlıq edib və bildirib ki, dövlət indiki çətin dövrdə vergilərdən yayınmaq üçün bu cür maxinasiyalara əl atan sahibkarların "dərsini verəcək”. Prezident eyni zamanda vətəndaşları sahibkarlardan onlarla əmək müqaviləsi bağlamağı tələb etməyə, əmək müqaviləsi olmadan işləməyə məcbur edildikləri halda müvafiq dövlət orqanlarına məlumat verməyə çağırıb.
Axı sahibkarların bu cür qanunsuz əməlləri indiki situasiyada həm də dövlətin xüsusi karantin rejiminə görə işlərini itirməyə məcbur olmuş vətəndaşlara sosial yardım çatdırmasına da mane olur. Dövlət indiki halda əmək müqaviləsi olmadan işləyən və indi işini itirən vətəndaşları "görə bilmir” və nəticədə onlara sosial ödəmələri həyata keçirmək çətinləşir. Belə görünür ki, qeyri-leqal işçi qüvvəsindən geniş istifadə etdikləri bir daha üzə çıxan tikinti baronlarının "dərsinin verilməsi” zamanı çatıb... 7News.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|