Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                     İrandan müharibə anonsu .....                     "132 manatlıq məhsul qeybə çəkilib" .....                     Satacağımız almalar da əlimizdə qalıb... .....                     Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... .....                     Gecə vaxtı yerinə yetirilən işlərə... .....                     Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? .....                     Ucuz ev, yoxsa oyun? .....                     "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" .....                     "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                 

"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi" - Yaralı baş gizir
Tarix: 26-12-2020, 11:30 | Çap et
"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi"
İkinci Qarabağ müharibəsində yaralanan baş gizir kömək istəyir. DİA.AZ bildirir ki, Vüqar Vəliyev Əyyub oğlu 1984-cü ildə Zərdab rayonunun Alıcanlı kəndində doğulub. O, oktyabrın 5-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaralanıb: “Evliyəm, iki qız, bir oğlan övladım var. Hazırda Yevlax rayonu, Aran qəsəbəsində kirayədə yaşayıram. 2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə işləyirəm, baş gizirəm. Bu il sentyabrın 26-da əmrə əsasən bölgəyə çıxdıq. Sentyabrın 27-də səhər döyüşə girdik. Suqovuşan alınandan bir gün sonra oktyabrın 5-də gecə yaralandım. Beş güllə yarası almışam. Sağ qolumun dirsək hissəsinə hazırda mil qoyulub, dəmir məngənə ilə sıxılıb. Sağ əlimdə iki barmağım işləmir. Sol tərəfdən, döş qəfəsi və aşağı hissə, qabırğa, bir də bud hissədən güllə yarası almışam. Dörd güllə sol tərəfimdən bədənimi yaralayıb, bir güllə isə sağ qoluma dəymişdi”.

Döyüşçü deyir ki, yaralanandan sonra heç nə xatırlamır. Huşunu itirən hərbçi gözlərini Bakıda hospitalda açıb: “Deyilənə görə, məni Naftalan Şəhər Mərkəzi Xəstəxanasına göndəriblər, orada ilk tibbi yardım göstərilib. Bir gün orada qalandan sonra Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparıblar. Həmin müddət ərzində koma vəziyyətində olmuşam. On yeddi gündən sonra oktyabrın 21-də “Bona Dea International Hospital”da ayılmışam. Oktyabrın 30-da Mərkəzi Hərbi Klinik Hospitalda bir həftə nəzarət altında qalmışam. Bundan sonra mənə bir aylıq ev şəraitində məzuniyyət verildi. Noyabrın 7-də xəstəxanadan çıxdım, Zərdaba, kəndimizə gəldim. Qolumda və bədənimdə ağrılar var. Əyiləndə, oturanda, duranda zülm çəkirəm. Adi hərəkət edəndə güclü ağrılarım olur. Sağ tərəfdə bağırsağım çöldədir. Sellofanla gəzirəm. Xüsusi sellofanlar var, iki-üç gündən bir, həyat yoldaşım evdə özü dəyişir. Mil olan qolumun kənarlarını dərmanlayıb, bağlamağı da həyat yoldaşım özü edir”.

Xəstəxanadan evə buraxılan keçmiş döyüşçü doğma kəndi Alıcanlıya, ata yurduna gətirilib. Dediyinə görə, bu müddət ərzində heç bir aidiyyəti qurum onunla maraqlanmayıb: “İyirmi yeddi gün kənddə yatdım. Bu müddət ərzində bələdiyyədən, icra hakimiyyətindən heç kim maraqlanmadı. Gəlib, soruşmadılar ki, nəsə yardım, kömək lazımdırmı? Qolumdakı mil sümüyə bağlıdır deyə uzananda-duranda bərk incidir. Buna görə bərk ağrılarım olur. Həmin vaxt “103”ə zəng etdim ki, gəlib, iynə vursunlar. Ağrıkəsici iynə vurmağa görə Təcili Tibbi Yardım işçiləri məndən pul istədi. Dedilər ki, axı bizim kəndə gəlib qayıtmağımız var, yol uzaqdır. Üç nəfərik, pul verin. Özlüyümdə fikirləşdim ki, bunlar üç nəfərdirsə kəndə gəlməyə görə hərəsinə on manat pul vermək lazımdır. Dedim ki, Allah canınızı sağ eləsin, gəlməyə ehtiyac yoxdur. Səhər atam rayona gedib, ağrıkəsici aldı. Sağ olsun qonşumuz, az-çox başı çıxırdı, mənə iynəni o vurdu”.

Vüqar Vəliyev yaralanandan sonra altı əməliyyat keçirib. Dediyinə görə, yeddinci əməliyyatı isə gələn ilin yanvarında nəzərdə tutulub. Hazırda hərbçinin vəziyyəti ağır orta olduğu üçün məzuniyyətini ikinci ay da artırıblar: “Həkim deyib ki, yanvarın 10-da gəl Bakıya, müayinə edək. Bağırsağım çöldədir. Buna görə yenə əməliyyat olunmalıyam. Hazırda dərmanlarımı apteklərdən özüm alıram, ev şəraitində də müalicə olunuram. Yataq xəstəsiyəm, ayağa qalxıb, harasa getməyə çətinlik çəkirəm. Bintə, yoda, “zelyonka”ya (brilliant yaşılı-red) qədər hamısını özüm alıram. Kirayə yaşadığım evdə şərait çox pisdir. Dörd qardaşıq, ata yurdunda da elə bir şəraitimiz yoxdur ki, orada qalaq. Mən hərbi formanı geyinən gündən kirayələrdə yaşamışam. Yataq xəstəsiyəm, pis vəziyyətdə qalmışam. Üç uşaqdır, atamın da maddi imkanı yoxdur. Sağ olsun, qohum-qonşu əl atır. Evə hər ay 150 manat verirəm. Evi iş yerimə yaxın kirayələmişəm. Aidiyyəti qurumların laqeyin münasibəti mənə pis təsir edir”.

"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi"
"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi"
"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi"
"Ağrıkəsici iynə vurmaq üçün Təcili Tibbi Yardım işçiləri məndən pul istədi"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru