Beyləqanda TƏHSİL NECƏ BATI(RILI)R - İTTİHAM VAR!
Tarix: 17-07-2023, 11:30 | Çap et
Ötən yazımızda Elvin Abbasovun saxta diplomla Beyləqan təhsilində at oynatmağından bəhs etmişdik və bu yazımız Elm və Təhsil naziri Emin Əmrullayevə bir müraciət kimi də qəbul edilə bilər. Çünki bu sahədə pis nə baş verirsə, buna görə daha çox qınanılan, tənqid edilən də məhz cənab Əmrullayevdir. Bu gün Azərbaycan təhsil sistemində bütün baş verən proseslərin məsuliyyətini Emin Əmrullayev bir nazir olaraq öz üzərinə götürüb. Ona görə də o verdiyi qərarlarda, imzaladığı sənədlərdə, hətta əmr verərkən belə diqqətli olmalı, adi bir səhvə belə yol verməməlidir.
Məlum məsələdir ki, təhsil hər bir dövləti, xalqı aydınlığa, inkişafa aparan tərəqqi yoludur. Buna görə də təhsil strategiyasına uyğun şəkildə mütərəqqi islahatlara imza atılmalı, təhsilin keyfiyyətinə təsir edən mühüm amillər üzərində qərarlar qəbul edilməlidir. Bunun üçün də ilk növbədə kadrların təyinatı məsələsində diqqətli olmaq vacibdir. Əlbəttə ki, təhsilə yad və kənar şəxsləri gətirib strateji-ideoloji sahəyə, yumşaq ifadə ilə desək, yerləşdirəndə söz yox ki, təhsili öz əlimizlə mənəvi terrora sürükləyirik. Buna görə də həm Elm və Təhsil Nazirliyi, həm də dövlətin ayrı-ayrı qurumları kadr təyinatı məsələlərində mütləq diqqətli olmalıdır. Ölkənin tərəqqisi də, tənəzzülü də məhz həmin kadrlardan asılıdır.
Xatırlayırsınızsa, ötən yazımızda Elvin Abbasovun özbaşınalığı haqqında yazmışdıq.
“Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov necə və hansı tələblərlə sektora müdir təyin edilib? Və yaxud Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?
Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Yəni, Beyləqan təhsili tarixən çörəkli yer olub. Amma onu deyək ki, Elvin Abbasov əvvəlki təhsil müdirlərindən çox fərqlənir. Biz inanmırıq ki, o bu sahəyə qazanmaq, varlanmaq, qaz vurub-qazan doldurmaq üçün gəlib. Amma onun əvvəlki sələflərindən bir fərqi var. Nədir o fərq? Məsələn, əvvəlki təhsil müdirlərinin diplomu ilə bağlı ictimaiyyətdə hər hansı bir dolaşıq söz-söhbətlərə rast gəlməmişəm. Ancaq bu gün, Beyləqanda onu tanıyanlar Elvin Abbasovun diplomunun dövlət sənədi olmamasını danışırlar. Hətta Elvin bəyi yaxından tanıyanlar onun necə və nə vaxt, harda oxuduğuna da “mat-məəttəl”qalıblar. Onu tanıyanlar bildirir ki, Elvin Abbasov taksi sürücüsü kimi fəaliyyət göstərib. Sonradan isə sələmçiliklə, yəni faizə pul verməklə məşğul olurdu. Məhz o, bu yolla, haram (sələmçiliklə) pul qazanmaqla varlandı. Yəni, hazırda Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri ilə Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunan Abbasov Elvin Sevdimalı oğlu rayonda müəllim kimi yox, “sələmçı Elvin” kimi tanınıb. Belə bir şəxsin birdən-birə bir rayonun təhsil sektoruna müdir təyin edilməsi olduqca qəribə görünür. İnsanlar haqlı olaraq sual edirlər ki, sələmçi hara, təhsil müdiri hara. Əslində bu insanların haqlı mövqeyidir. Əslində biz Elvin Abbasovun faizə (sələmə) pul verməsini, sələmçiliklə pul qazanmasını qəbul edirik. Olsun! Zatən ölkənin ən iri məmurları bunu edirlər. Görün, ölkədə nə qədər mərc oyunlarından pullar qazanılır. “Azərlotereya” ASC bütün bölgələrdə qumarxanalarla açıq-aşkar ciblərə girirlər “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Bu səbəbdən də Elvin Abbasovu qınamırıq. Və hesab etmirik də ki, onun sələmçi kimi ad çıxarması“ karyera yüksəlişi” yolunda onun üçün ciddi əngələ çevrilə bilər.
Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlərdir. Əldə etdiyimiz məlumata görə, Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edib. Başqa bir mənbənin bilgisinə görə isə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Bəs yaxşı, onda belədirsə, Elvin Abbasov bu diplomu necə əldə edib? Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni, bu qədərmi bəsitdir hər şey, cənab nazir? Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün TN-ə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor, az müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit bir şey! Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub. Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.
Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb. Bundan əlavə şəkillərdən göründüyü kimi, bir çox insanlar yaltaqlıq edərək Elvin Abbasovu tərif yağışına tutublar. həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən yaltaq insanlar Elvin Abbasovu elə müdafiə edirlər ki, sanki ovsunlanıblar. Bu yaltaqlığı edənlərin haqq-ədalət, vicdan, insanlıq yadlarına düşmür. Azərbaycanda demokratik imic daşıyan şəxslərin əksəriyyəti bu yaltaqlıq virusunun daşıyıcısıdır.
Elə xalqı aldatmağın özü də bir yaltaqlıqdır. Saxta diplomla təhsil sahəsinin inkişafı üçün çalışdığını söyləyən sektor müdirinin olması da böyük qanunsuzluqdur. İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?
Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq, Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul olub - olmamasını, olubsa, neçə balla qəbul olmasını, eləcə də Müəllimlər İnstitutunun Zaqatala filialında tarix-coğrafiya fənni üzrə ixtisasın olub - olmamasını aydınlaşdıracaqlar. Mənbə: Realmediaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Bu gün, 23:33 |
|
|
|
• Cavan olmam bir də mən... - VİDEO
Bu gün, 23:29 |
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
|