"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                 

Arzu Rəhimovun 2 milyon manatlıq şok korrupsiyası - Köhnə bina yeni tikili kimi sənədləşdirilib
Tarix: 11-07-2014, 11:43 | Çap et
Arzu Rəhimovun 2 milyon manatlıq şok korrupsiyası
Arzu Rəhimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) yaratdığı xoşagəlməz ab-hava göz qabağındadır. Respublika Hərbi Komissarlığının ləğv edilməsindən sonra gənclərin hərbi xidmətə çağırılması məsələsində olduqca ciddi problemlər meydana çıxmağa başladı. Vəzifələrinə ötəri münasibət bəsləyən xidmətin yerli şöbə və idarələrinin rəsmiləri xəstə çağırışçıları hərbi xidmətə göndərməklə və sağlam gəncləri nəyinsə müqabilində əsgərlikdən yayındırmaqla bu sahədə özbaşınalığın əsasını qoydular. General-leytenant Arzu Rəhimovun rəisi olduğu xidmət iki illik fəaliyyəti dövründə müsbət işlərlə yadda qala bilmədi.

Məhz bunun nəticəsidir ki, qanunsuz işlərə imza atan generalın adı ölkə mətbuatının gündəmindən düşmək bilmir. Artıq vəziyyət o həddə çatıb ki, bu sistemdə çalışan bir çox zabit generalın fəaliyyətinə açıq-aşkar şəkildə etirazlarını bildirir və işləmək istəmədiklərini dilə gətirirlər. Onların fikrincə, ölkənin keçmiş hərbi komissarı Əliağa Hüseynovun dövründə normal şərait var idi, eyni zamanda şəxsi heyət indiki kimi incidilmirdi. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan sonra qurumun yerli şöbə və idarələrinin yerləşdiyi binaların əsaslı təmiri, o cümlədən yeni binaların tikintisi məsələsinə də xüsusi diqqət ayrıldı. Belə ki, ölkə rəhbərliyi xidmətin işinin yüksək səviyyəyə çatdırılmasından ötrü büdcədən lazım olan qədər vəsait ayırır. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Arzu Rəhimov prezidentin etimadından istifadə edərək büdcədən ayrılan vəsaitləri başqa məqsədlərə sərf edir. Xatırladaq ki, qəzetimizin əvvəlki saylarında xidmətin Sumqayıt şəhər idarəsinin təmiri və Nizami rayon idarəsinin yeni binasının tikintisi zamanı dəhşətli maliyyə yeyintilərinə yol verilməsi barədə yazılar dərc etmişdik. Buna baxmayaraq, general-leytenant həmin məqalələrə heç bir reaksiya vermədi. Hörmətli xidmət rəisi bütün bunlara susmaqla münasibət bildirdi. Ki, susmaq da razılıq əlaməti kimi başa düşülür. Axı faktın qarşısında nə demək olar? Arzu Rəhimov nə qədər arqument gətirsə də belə fakt faktlığında qalır. Və çoxları xidmət rəisinin hansı qanunsuzluqlara zəmin yaratdığını yaxşı bilir. Ümumiyyətlə, Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi ilə bağlı xəbərlər səngimək bilmir. SHXÇDX rəhbəri ilə bağlı yeni iddialar ortaya atılıb. Mötəbər mənbələrdən aldığımız məlumatlara görə, xidmətin Ağsu rayon şöbəsinin bir neçə ay öncə açılışı edilən binasının «tikintisi» zamanı kütləvi yeyintiyə yol verilib. Daha doğrusu, həmin binanın tikintisi sadəcə olaraq, göstərilib. Sual edirik: görəsən, belə işlərlə məşğul olan şəxs kimə arxayındır? Axı bu pulu ölkə başçısı cənab prezidentimiz ayırır. Hara baxır Xanlar Vəliyev, nədir bu yaranan susqunluq? Kimə verilir bu pullar ki, bunun da nəticəsində dövlət büdcəsindən ayrılan 1 700 000 manat vəsait göyə sovrulub: «Bu ilin fevral ayının 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün yeni tikilən inzibati binanın açılış mərasimi keçirildi. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış etdilər. Arzu müəllim açılış mərasimində söylədiyi çıxışı zamanı prezident İlham Əliyevin 2012-ci ilin fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi barədə imzaladığı fərmanla şəhər, rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının bu sahədə çalışan hər kəsə öz məsuliyyətini daha dərindən dərk etməyə imkan verdiyini dedi. O bildirdi ki, xidmətin yerli şöbələri üçün yeni inzibati binalar tikilir və ya mövcud binalar əsaslı təmir edilir. Xidmətin yerli şöbəsi üçün ilk inzibati bina Ağsu rayonunda tikilib. Ümumi sahəsi 2500 kvadratmetr olan üç mərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada 21 iş otağı, o cümlədən iclas zalı, çağırışçılarla iş bölməsi, səfərbərliyə hazırlıq və səfərbərlik bölməsi, qeydiyyat otağı, növbətçi, məxfi hissə, tibbi komissiya üçün 12 otaq fəaliyyət göstərir. Bu, Arzu Rəhimovun söylədiyi fikirlərdir. Əslində isə, xidmətin Ağsu rayon şöbəsi üçün yeni bina tikilməyib. Generalla icra başçısının açılışını etdiyi bina Dövlət Miqrasiya Xidmətinin Ağsu rayon şöbəsinə məxsus olub. Daha sonra şöbə ordan köçürüldüyündən bina boş qalıb. Arzu Rəhimov əlinə əlverişli məqamın düşdüyünü görüb həmin köhnə binanı təmir edib sənəd üzərində yeni bina tikdirdiyini göstərməklə büdcədən ayrılan 1 700 000 manat vəsaitin məsələsini həll edib. Çünki buna başqa ad qoymaq mümkün deyil. General aidiyyəti dövlət qurumlarından qorxub-çəkinmədən külli miqdarda vəsaiti şəxsi büdcəsinə yönləndirib. Yenə deyirəm xidmətin Ağsu rayon şöbəsi üçün heç bir yeni bina tikilməyib. Köhnə binanı təmir edib sənəd üzərində guya yeni tikildiyini qeyd etməklə külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.Bu konkret faktdır».

Buna nə sözünüz var, yoldaş general? Ölkə rəhbərliyi sizə və rəhbəri olduğunuz quruma etimad göstərdiyi halda, niyə belə işlərlə məşğul olursunuz? Axı yalan danışmaq, həqiqətə uyğun olmayan fikirlər bildirmək nəyə və kimə lazımdır?

Əgər ölkə rəhbərliyi məsləhət bilsəydi, Ağsuda hansısa köhnə binanı təmir edib xidmətin yerli şöbəsinin istifadəsinə vermək üçün göstəriş verərdi. Məgər, siz bunu bilmirsiniz? Bilmirdiniz ki, tutduğunuz qanunsuz əməlin üstü nə vaxtsa açılacaq. Amma sizi qınamıram. Xidmət yaranandan indiyə kimi imza atdığınız qanun pozuntularını Hərbi Prokurorluğun əməkdaşları yoxlamayıblar. Və buna görə də arxayın düşmüsünüz. «Gündəlik Bakı» qəzeti olaraq bu günə kimi SHXÇDX-də mövcud olan neqativ hallarla bağlı saysız-hesabsız faktları ortaya qoymuşuq. Buna baxmayaraq, Hərbi Prokurorluğun nümayəndələri Arzu Rəhimovun fəaliyyətini araşdırmırlar. Görəsən, niyə? Hərbi Prokurorluğun bu işdə marağı nədir ki, dövlət büdcəsinə ziyan vurmaqdan çəkinməyən generalın fəaliyyətini yoxlamır? Hörmətli Xanlar Vəliyev bilməlidir ki, bu gün Arzu Rəhimovun törətdiyi qanunsuzluqlara görə sabah onun da başı ağrıya bilər. Yəni yuxarı dairələrdə təmsil olunan şəxslər ona deyərlər ki, vaxtında bilirdin bu adam filan işlərlə məşğul olur niyə tədbir görmürdün. Odur ki, Xanlar müəllim xidmətin Ağsu rayon şöbəsinin «tikintisi» zamanı yeyintiyə məruz qalan 1 700 000 manatın izinə düşməli, həmçinin Arzu Rəhimovun fəaliyyətindəki digər nöqsanları araşdırmalıdır. Yenə təkrar edirik, bilmirdinizsə, deyirik bilin. Ümumiyyətlə, hərbi prokurorun bu məsələyə necə reaksiya verəcəyi çox maraqlıdır. Əminliklə söyləyə bilərik ki, Xanlar Vəliyevin təşkil etdirəcəyi yoxlamalardan sonra Arzu Rəhimovun həbsi məsələsi gündəmə gələ bilər. Gələn saylarımızda xidmətin Qəbələ, Füzuli rayon şöbələri və Nizami rayon idarəsi üçün yeni tikilən binalardakı maliyyə əməliyyatlarından söhbət açacağıq. Həmçinin Arzu Rəhimovun Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan və oliqarxlara məxsus həyat yaşamağı xoşlayan oğlu Murad Rəhimovun paytaxtın hansı elit məkanlarında və kimlərlə istirahət etməsini, yol polisi əməkdaşlarına hansı formada cavab verməsini də yazacağıq. Bizi izləyin.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S. Növbəti sayımızda oxuyacaqsınız: - Hansı generalın Fatmayı qəsəbəsində bağ evi mövcuddur? Həmin bağ evindəki iş otağının fotoları və burada gedən sövdələşmələrin, ağlasığmaz proseslərin məzmunu bizdə.

Ağsuda təhvil verilən binanın təmirinə Anar İsmayılov tərəfindən verilən 35 min manat + 76 min manat + 160 min manatın qaimələrini kim yazacaq? 1 milyon 700 min manat - 400 min manat guya binanın tikintisi üçün, 1 milyon 279 min manat təmir-tikinti, mebellər üçün. Bakı şəhərində həkim komissiyası üçün icarəyə götürülən klinikaya nə qədər icarə haqqı verilir? Görəsən, Azərbaycan hökumətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ayırdığı vəsaitlərlə həkim komissiyası üçün bina tikmək mümkün deyilmi?

«Şrek» ləqəbilə tanınan şəxs kimdir? Və ona bu ləqəbi kim verib? İsmayıllıdan Kürdəmirə transfer edilən şəxs kimə villa tikdirir? Rəsul Quliyevi xidməti uyğunsuzluğundan sonra nəyin müqabilində vəzifəyə gətirdilər? Mayın 31-də həbsdən buraxılan sürücünü Arzu Rəhimov necə qəbul edib? Bu və ya digər qandonduran faktları təfərrüatları ilə yüz minlərlə oxucularımız izləyəcək. Kim kimə şər, böhtan atır Arzu Rəhimov - biz sizə, yoxsa..? Bütün təfsilatı ilə danışılan faktlar yaxın günlərdə tərəfimizdən yuxarılara təqdim olunacaq.
\\ gundelik-bakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru