İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar - SƏNƏDLƏR DANIŞIR
Tarix: 14-10-2014, 11:48 | Çap et
“Təzadlar”ın ötən saylarında qeyd etdiyimiz kimi, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun rəhbərliyi dövründə baş vermiş ciddi qanun pozuntuları barədə Azərbaycan Hesablama Palatasının yoxlaması əsasında Baş Prokurorluqda cinayət işi başlanılaraq istintaqı davam etdirilir. İndiyədək ASC-nin bir neçə məsul şəxslərinə qarşı cinayət işi başlanılmışdır və onlardan biri həbs olunmuşdur. Prokurorluğun istintaq hərəkətləri isə hələ də davam etdirlir. Dünən isə “Təzadlar”ın poçtuna Əli Bayramovun dövləti vəzifədə çalışdığı illərdə belə qanuna zidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olması barədə rəsmi sənəd və sübutlar göndərilib. Təəssüflər olsun ki, redaksiyamızın əməkdaşı qarşı tərəf olaraq Əli Bayramovun mövqeyini öyrənmək istəyindən səbəbli olaraq imtina etməli oldu. Səbəb isə ondan ibarətdir ki, Əli Bayramov bir müddət əvvəl Publika.az saytına müsahibə verərək onun barəsində bəzi KİV-lərdə əsassız yazıların yazıldığını qeyd etmiş, sonra isə “Təzadlar”ın əməkdaşı barədə əsassız ittiham irəli sürmüşdür. O, bildirmişdir ki, guya qəzetin əməkdaşı (ad çəkmir, çünki ona belə bir zəng heç vaxt edilməyib) bu vəzifəyə təyin olunduğu gündən ondan əl çəkmir, ondan yazır... Hətta jurnalist dəfələrlə ona zəng etmişdir və guya jurnalistin məqsədi ondan nəsə qoparmaq olmuşdur və s. Biz KİV olaraq Əli Bayramovun bu ittihamını və yalanını qəti surətdə rədd edərək söylədiklərinin yalan olduğunu bildirməklə təkzib etdik, bildirdik ki, ümumiyyətlə, Əli Bayramovun 2007-ci ildən- “Aqrolizinq” ASC-yə sədr təyin olunduğu müddətdən ta işdən çıxarılana kimi barəsində “Təzadlar”da heç bir tənqidi yazı dərc olunmamışdır. Uzun sözün qısası, Əli Bayramov yalan danışırdı, sadəcə, ağsaqqal adamdır, bu yalanına görə durub onu məhkəməyə verəsi deyilik ki! Vermirik, çünki onsuz da özünün işi hazırda Baş Prokurorluqda istintaq olunur... Əli Bayramov adına olan və 50 illiyə icarəyə götürdüyü iki torpaq sahəsini niyə 2012-ci ildə dərhal satıb? Xatırladırıq ki, “Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib... Bu artıq “Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov işdən çıxarılandan sonra qurumun ikinci regional idarəsinə qarşı cinayət işidir. Ötən ayın sonunda Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a verilən rəsmi məlumatda deyilirdi ki, “İstintaq zamanı “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidməti hələ bu ilin iyununda isə “Aqrolizinq”in həm də Şəki filialının vəzifəli şəxslərinə qarşı oxşar cinayət işi başlamışdı. Belə ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən rəsmi açıqlamada deyilirdi ki, “Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir”. Nəhayət, sentyabrın sonlarında redaksiyamıza “Aqrolizinq” ASC-nin bir qrup işçisi adından ölkənin Baş Prokuroru Zakir Qaralova ünvanlı müraciət göndərilmişdi. Surəti “Təzadlar” qəzetinə ünvanlı müraciətdə dəhşətli arqumentlər və faktlar sadalanırdı. Müraciətdə keçmiş direktor Əli Bayramovun vəzifədə işlədiyi müddətdə yol verdiyi bir sıra qanunsuz hərəkətləri, həmçinin kommersiya fəaliyyəti ilə məşğul olması və s. qeyd edilmişdi... Biz qəzetin 26 sentyabr 2014-cü il tarixli sayında həmin məktub-şikayəti təqdim edəndən bir neçə gün sonra isə başqa bir şikayət məktubu aldıq. Məktub müəllifi olduqca maraqlı bir məsələyə, “Aqrolizinq” ASC sədrinin kommersiya fəaliyyətinə toxunurdu. Məktubdan sitat: “ Hörmətli “Təzadlar”! Siz dövlət büdcəsini talayanların iç üzünü açırsınız, bunlar Prezidentə dəstəkdir, dövləti maraqları qorumaqdır. Aşağıda sizə təqdim etdiyim və Əli Bayramova məxsus olduğuna 100 faiz əmin olduğum faktları da araşdırın... Onun Xirdalanda torpaq sahələri (6 hektar) isə şəxsən özünə məxsusdur və orada 5 il bundan əvvəl dəvəquşu ferması saxlayırdı, hal-hazırda isə lizinq yolu ilə alınan soyuducular orada fəaliyyət göstərir... Bilirəm ki, o soyuduculara görə neçə vaxtdır ki, lizinq faizini köçürməyib və işi məhkəmədədir... Keçmiş rəisin sürücüsünün də danışdığına görə, Sumqayıtdakı torpaqları da şəxsən özünə məxsusdur, 100 hektara yaxındır. “Stansiya Sumqayıt” deyilən yer var. Orada yeni üsulla tikilmiş istixanalar var. Türklər inşa ediblər. Istixanaların firma sahibi başqa adamdır, Mahir adında bir dostudur... Amma faktiki Əli Bayramovundur. O istixanaları yeni Bakı-Quba magistral avtomobil yoluna çıxan kimi (yuxarı yol) təxminən 6-8 kilometrdən sonra sol tərəfdə görə biləriniz (“Stansiya Sumqayıt” deyilən yerdə). Bu Istixanalar “EKO-AQRO” MMC-nin balansındadır və araşdıra bilərsiniz. Həmin istixanalarda hal-hazırda pomidor yetişdirilir... Zəhmət olmasa bu məlumatları da araşdırın. Bu hələ başlanğıcdır. Əli Bayramovun rayonlardakı əməlləri, lizinqə verilən texnikaların harada olması, Satınalmalara göndərilən MMC-lərin başına gətirilən faiz məsələsi və sair barədə Sizə geniş məlumat və material göndərəcəyəm. Bəzilərinin sənədləri də məndədir”. Bu da həmin sənədlərdən bir neçəsi. Dünən redaksiyamıza təqdim edilən sənədlərdən məlum olur ki, yuxarıdakı məktubda qeyd olunanlar həqiqətdir və sübuta ehtiyac qalmır. Məsələn, iki sənəd xüsusilə diqqəti çəkəndir. Bu sənədlərin hər ikisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22 iyun 2012-ci ildə verilmiş 0014254 və 0014257 nömrəli iki ədəd qeydiyyat şəhadətnaməsidir. Həmin qeydiyyat şəhadətnamələrinin biri 01.07.2005-ci ildən 50 il müddətinə Əli Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 2,5 ha torpaq sahəsinə, digəri isə yenə də 01.07.2005-ci ildən başlayraq 50 il müddətinə Əli Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsinə aiddir...
Əli Bayramov adına olan torpaq sahələrini kimə satıb?
Digər sənədlərə diqqət yetirəndə isə daha maraqlı sullarla rastlaşdıq. Məsələn, sənədələrin birindən məlum olur ki, Əli Bayramov qeydiyyat şəhadətnaməsi 0014254 olan və 01.07.2005-ci ildən 50 il müddətinə ona (Əli Məhəmməd oğlu Bayramova) icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 2,5 ha torpaq sahəsini “Eko Aqro” MMC-yə, qeydiyyat şəhadətnaməsi 0014257 olan və 01.07.2005-ci ildən başlayraq 50 il müddətinə yenə də Əli Məhəmməd oğlu Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsi isə “Faraş Aqro” MMC-yə satılıb... - Bəs “Eko Aqro” MMC və “Faraş Aqro” MMC kimə məxsusdur? - Bu MMC-lərin fəaliyyəti və vergi ödəyiciliyi barədə nələr üzə çıxdı? - Həmin MMC-lər hansı hüquqi ünvana məxsusdur? - “Investment group” şirkəti ilə Əli Bayramovun hansı işgüzar əlaqələri olub? (Davamı var) “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|