Ekstrasens İlham Mirzəyevin həbsdən buraxılma planı - Ssenari artıq hazırdır - İLGİNC İDDİA
Tarix: 16-10-2014, 11:25 | Çap et
Analitik.az-a teleaparıcı, psixoloq, ekstrasens kimi özünü tanıdan, sonda cadugərlikdə ittiham edilərək həbs olunan İlham Mirzəyevin barəsində maraqlı bir xəbər daxil olub. Bu, İ.Mirzəyevin həbsdən azad olunma «ssenarisi» ilə bağlıdır. 2014-cü ilin aprel ayında Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirləndirilərək həbs olunan İ.Mirzəyevin əslində falçılıqla məşğul olduğunu hamı bilirdi. Teleefirdən camaata, guya, psixoloq məsləhətləri verməklə, əslində özünə müştəri yığması da göz qabağındaydı. Bu, aidiyyəti qurumların da diqqətindən yayınmış deyildi. Əvvəlcə utancaq-abırlı aparıcı kimi fəaliyyətə başlayan İ.Mirzəyevin «Etiraf»ı böyüdükcə, özünün də, ətrafının və iddialarının da böyüməsi onun həbsinə aparan yol olub. İ.Mirzəyevin həbsinin əsl səbəbi və ya səbəbkarları ilə bağlı müxtəlif versiyalar, ehtimallar irəli sürülüb. Dəqiq bilinən budur ki, o, dələduzluqda ittiham edilərək, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olundu. Vəkili Xanlar Bayramzadə İ.Mirzəyevin barəsində verilən məhkəmə hökmünü ədalətsiz saydığını, bu səbəbdən də «mütləq surətdə apellyasiya şikayətinin veriləcəyini» bəyan etdi. Tanış ritorikadır, bütün vəkillər hökmdən dərhal sonra apellyasiya şikayətinin veriləcəyini deyirlər. Bu, məhkumun qanunla təmin olunan hüququdur. Ancaq hər apellyasiya şikayəti təmin olunurmu? Əlbəttə ki, yox. Əslində isə İ.Mirzəyevin apellyasiya mərhələsindən azad olunması «ssenarisi» var. Vəkilin açıqlamasında «hökmü ədalətsiz saydığından» ifadəsi də təsadüfi deyil. Fikir verin, qanunsuz, qərəzli yox, ədalətsiz (?). Yəni, İ.Mirzəyev təqsirini boynuna alır, ancaq cəzanı daha yüngül istəyir. Analitik.az-a daxil olan məlumata görə, əslində vəkilin də İ.Mirzəyevin adından yumşaq açıqlama verməsi təsadüfi deyil. Bu, İ.Mirzəyevin həbsindən bəri davam edən «anlaşma»nın məntiqi sonluğa çatdırılması üçün lazımi addımdır. Kifayət qədər tanınmış bir şəxsin, əməlləri, hərəkətləri hər kəsə bəlli olduğu halda, birdən-birə həbsə alınması özü təsadüf deyildi. İ.Mirzəyev özü həbsinin səbəblərini nəinki ictimaiyyətdən, hətta, işi aparan istintaqçılardan da yaxşı bilir. Daxil olan məlumatlara inansaq, İ.Mirzəyevin cəzalandırılmasının özəl səbəbləri var. Teleaparıcı özü də cəzanın qaçılmaz olması ilə razılaşır. Lakin o, cəzanın bu cür ağır olacağı ilə razılaşmaq fikrində deyil, buna onun «əsasları» da var. Söhbət bu «əsaslarla» cəza zərurətinin balanslaşdırılmasından gedə bilər. Məlumatı verilən «ssenarinin» həll olunmamış sualları yalnız bununla bağlıdır: Güzəşt limiti nə qədərdir, «etiraf»ın nəticələri nə olmalıdır? Əslində ona kifayət qədər güzəştə gedilib. Cadugərə müraciət edərək aldananların sayı heç də rəsmi ittihamda göstərilənlərlə məhdudlaşmır. Digər bir məsələ, İ.Mirzəyev cadugərliklə məşğul olduğu «İlhaMED» klinikasında tək işləmirdi və müştərilərin cəlb edilməsində onun komandası fəaliyyət göstərirdi. Lakin məsuliyyətə təkcə İ.Mirzəyev cəlb edildi. İlk vaxtlardan İ.Mirzəyevin səhvini başa düşüb hər şeyi boynuna alması, onun tam məhvinə zərurəti aradan qaldırdı. Əks təqdirdə, mütəşəkkil qrup şəklində ittiham olunacağı halda, onun cəzası 7-12 il arası ola bilərdi… Üstəlik, azadlığa çıxma ehtimalı da çox azalardı. Həmçinin, onun «səmimi etirafları» qısa müddətdə həbsdən çıxmasına şərait yarada bilər. …Ona görə də cadugər aparıcının tamamilə sıradan çıxarılmaması üçün limitlərdən istifadə olunacaq. Lakin bu, həm də İ.Mirzəyevin öhdəliklərinə və vədlərinə tam sadiqlik nümayiş etdirməsindən asılıdır. İlk növbədə həbsinin özəl səbəbi, bu işdə maraqlı olan şəxs(lər)in adını unutmalıdır. 6 aya yaxın vaxtda İ.Mirzəyevin susqunluğu onun bu tələbə əməl edə biləcəyinə inam yaradır. Ən azı, oxşar həbslədə olduğu kimi, nə İ.Mirzəyev özü, nə də vəkili həbsin sifarişli, qərəzli olması iddiaları ilə çıxış etmir. Bütün bunlar İ.Mirzəyevin apellyasiya mərhələsindən azadlığa buraxılması imkanlarını yaradır. İstiqamət belədir ki, hökmdən şikayət verilir, onun qanuniliyi deyil, ədalətsizliyi mübahisələndirilir. Məhkumun şəxsiyyəti, zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi və onların şikayətçi olmaması, ilk məhkumluq və s. cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla İ.Mirzəyevin cəzası həbsdən dəyişdirilərək şərti cəza ilə əvəz olunur. Bu halda onun məhkəmə zalından dərhal buraxılması mümkündür. Belə bir təcrübə məhkəmələrdə var və burada heç də qanunsuzluğa yol verilmir. Bir neçə ay əvvəl Gülər Əhmədovanın Bakı Apellyasiya Məhkəməsindən azad olunması hər kəsin yadındadır. Eyni üsulla İ.Mirzəyevin də apellyasiya məhkəməsindən buraxılması mümkündür. Əsas odur ki, İ.Mirzəyev təqsirini boynuna alır və səmimi peşimançılıq hissi keçirir, onun bu hissləri qiymətləndirlir, qərar verən səlahiyyətli şəxslər qanunun verdiyi hüququn teleaparıcıya münasibətdə tətbiq edilməsini məqsədəuyğun bilirlər. Belə planın reallığına dair daxil olan məlumatlara görə, İ.Mirzəyevin azadlığa çıxması zaman məsələsidir. Allah qapısını açsın!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|