Gədəbəydə icra başçısına söykənən özbaşınalıq - Və icra başçısına güvənən özbaşına məmurlar...
Tarix: 4-11-2014, 12:58 | Çap et
Gədəbəy rayonunda səhiyyə və təhsil sahələrinin xüsusilə bərbad durumda olmalarına dair kifayət qədər materiallar dərc etmişdik. Ən azından bizə belə gəlirdi ki, dərc olunan materiallar bu sahələrin əsaslı şəkildə yoxlanması və gərəkən tədbirlərin görülməsi üçün kifayət etməlidir. Lakin yeni aldığımız şikayət məktublarında sakinlər hər iki sahənin getdikcə daha biabırçı, dözülməz bir duruma düşdüyünü bildirirlər. Məlumatlarda vurğulanır ki, rayonun icra başçısı Ramiz Yediyarov bütün ölkədə prioritet sahələr kimi dövlətin xüsusi diqqət və qayğı ilə əhatə etdiyi təhsil və səhiyyə sistemlərini iflic vəziyyətə gətirməklə, əslində Gədəbəy sakinlərinin qəsdinə durub. Rayonun digər sahələrində mövcud olan neqativ hallar səhiyyə sistemindən də yan keçməyib. Çünki Rayon Səhiyyə Şöbəsinin müdiri Ramiz Pirverdiyev Gədəbəy səhiyyəsini birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında idarə etməkdədir. Bu qaydalar isə yalnız bir məqsədə, mümkün qədər çox pul toplanmasına xidmət edir. Məhz bu səbəbdən rayon əhalisi əksər hallarda profilaktik müalicə üçün Gəncədə fəaliyyət göstərən pullu səhiyyə ocaqlarına üz tutur. Rayonda yaşayan əlillər də onlara pulsuz verilməli olan dərmanları çox zaman əldə edə bilmirlər.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında da anoloji vəziyyət, daha doğrusu, qanunsuzluqlar hökm sürür. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, Zərifə xanım Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında olan özbaşınalıqlar vətəndaşları boğaza yığıb. Vurğulanır ki, məhz Ramiz Yediyarovun tələbi ilə RMX-nın baş həkimi bütün personala xəstələrdən məcburi qaydada rüşvət yığılmasını tapşırıb. İmkanı olmayan xəstələr isə baxımsızlıqdan əziyyət çəkirlər. Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan xəstələrə dövlət büdcəsindən ayrılan dərman preparatları və qida məhsulları verilmir. Xəstələrdən özləri üçün evdən yemək gətirmələri və xəstəxananın yaxınlığında olan aptekdən dərman almaları tələb olunur. Bütün bunlar azmış kimi, bir müddət bundan əvvəl RMX-nın əsas girişi də bağlanaraq, xəstəxananın aşağı tərəfindən başqa giriş açılmışdır. Binanın ətrafına dolanaraq xeyli yol getmək məcburiyyətində qalan xəstələrin şikayətinə isə əlbəttə ki, heç kəs qulaq vermir. Bu vəziyyətin yaranmasına isə səbəb Zərifə xanım Əliyevanın adını daşıyan xəstəxananın girişi önündə “Nur” yeməkxanasının açılması olub. Bu növbəti qanun pozuntusu da icra başçısının “ali göstərişi” əsasında baş verib. Rayon sakinlərinin ümumi rəyinə görə Gədəbəy rayon Mərkəzi Xəstəxanası bu gün baş həkim Ramiz Pirverdiyevin super marketinə çevrilib. Ramiz Pirverdiyev o qədər maddi imkana sahib olub ki, hətta Səhiyyə Nazirliyindən göndərilən məktublara belə cavab verməyi özünə borc bilmir. Məsələn, sağalmaz milom xəstəliyinə tutulmuş Ocaqverdiyev İlqar Cəfər oğlu dərman preparatlarının olduqca baha olması ilə ələqədar ona maddi köməklik edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib. Bu barədə nazirlik tərəfindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına göstəriş verilməsinə baxmayaraq bu günə qədər həmin xəstə bu dərmanları ala bilmir. Düz altı aydır ki, həmin xəstəyə heç bir köməklik göstərilmir. Rayon əhalisinin əksəriyyəti bilir ki, Gədəbəy rayon xəstəxanasına gələn pulsuz dərman preparatları Ramiz Pirverdiyev tərəgindən satılır. Pulunu da öz cibinə qoyur. Bunun nəticəsidir ki, bu qədər dərman preparatları yeyintisi olan rayonda ziyalı övladı olan İlqar Ocaqverdiyevə yardım etmək müşkül məsələyə çevrilib.
Gədəbəyin əksər kəndlərində yerləşən tibb məntəqələrinin fəaliyyət göstərməməsi üzündən əhaliyə ilkin tibbi yardım göstərmək olmur. Tibb məntəqələrinin bağlı olmasının səbəbi isə həmin binaların yararsız vəziyyətdə olması və tibbi avadanlıqların qıtlığıdır. Maraqlıdır, görəsən, rayonun səhiyyə sahəsinə ayrılan vəsait hansı istiqamətə xərclənir? Əlbəttə ki, bu suala Ramiz Pirverdiyev və digər rəhbər şəxslər cavab verməlidirlər. Bəlkə o zaman Gədəbəyin səhiyyə və təhsil obyektlərinin ərzaq təminatı həvalə olunmuş 6 MMC-nin də əsil sahiblərinin kimliyinə aydınlıq gətirilər. Əslində bu şəxslərin kimliyi hamıya məlumdur. Ərzaq təminatından başqa səhiyyə müəssisələrinə dərman preaparatları və tibbi avadanlıq, orta məktəblərə isə partalar, yazı lövhələri və digər ləvazimatlar “alan” bu ilğım-müəssisələr əslində yalnız kağız üzərində mövcuddurlar. Bununla belə rayon rəhbərliyi davamlı olaraq məhz bu “altılığın” xidmətlərindən istifadə etməyə üstünlük verir. Məhz bu müəssisələrin vasitəsilə bir xəstəyə ayrılan gündəlik 5 manat ərzaq pulu və xəstələrə pulsuz verilməsi nəzərdə tutulmuş dərmanların alınması üçün rüblük ayrılan 80 min manat vəsait Ramiz Yediyarov tərəfindən mənimsənilir.Gəbədəyin ən ağrılı problemlərindən birinin də təhsillə bağlı olduğunu deyən şikayətçilər bildirirlər ki, son illər adıçəkilən rayon ali məktəblərə qəbul faizinə görə ölkədə sonuncu yerlərdən birini tutur: "Təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində isə icra başçısı Ramiz Yediyarovla birgə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin də misilsiz "xidmətləri" var. İcra başçısı təhsilə ayrılan vəsaitə sahib çıxmaq üçün təhsil şöbəsinin müdirilə iş birliyinə girib və onların fəaliyyətləri nəticəsində gədəbəyli gənclər normal təhsil almaqdan məhrum olublar. Baxış Nağıyev icra başçısının bütün tapşırıqlarına can-başla əməl etdiyindən Ramiz Yediyarov ona bütün lazımi şəraiti yaradıb. İş o yerə çatıb ki, icra başçısı rayonun dövlət qurumlarında uzun müddət çalışan ixtisaslı kadrları əsassız yerə vəzifəsindən azad edib yerinə yaxın adamlarını yerləşdirir. Əvvəlki icra başçıları əhalini diqqətdə saxlayır, onlara müəyyən yardımlar edirdilər. Lakin Ramiz Yediyarov rayona icra başçısı təyin ediləndən sonra yalnız insanların hüquqlarını pozmaqla məşğuldur". Sakinlər tərəfindən təqdim olunan açıqlamalarda bu da bildirilir ki, hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır. Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil. Təəssüflər olsun ki, Gədəbəy rayonunda problem təkcə bununla bitmir. Belə ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların gündəlik sayı ilə jurnalda adları qeyd olunanlar arasında böyük fərq var. Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, bütün bunlara baxmayaraq, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevə “gözün üstə qaşın var” deyən yoxdur. Çünki onu himayə edən şəxs birbaşa Ramiz Yediyarovdur. Buna görə də heç kim Baxış Nağıyevin işinə müdaxilə etmir, onun yol verdiyi bir sıra ciddi nöqsanlara göz yumurlar. Bununla yanaşı, mənbə iddia edir ki, Baxış Nağıyevi nə təhsilin, nə də təhsil alan şagirdlər üçün nəzərdə tutulan məktəb binalarının durumu maraqlandırır. Elə buna görə də bu gün rayonun kənd məktəbləri uçma təhlükəsilə üz-üzə qalıb: “Gədəbəydə tez-tez güclü küləklər olur. Və günlərin birində kənd məktəblərindən birinin şagirdlərin başına uçacağı təhlükəsi hər gün mövcuddur. Buna çarə tapmaq əvəzinə Baxış Nağıyev məktəblərin təmirinə ayrılan vəsaitin təyinatdankənar xərclənməsinə şərait yaradır.” Baxış Nağıyevin vəzifəsindən gəlir mənbəyi kimi istifadə etdiyini deyən mənbənin sözlərinə görə, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri icra başçısının mühafizəsi və himayəsi altında olduğundan rayonda ürəyi istədiyi kimi hərəkət edir. Bundan başqa, Baxış Nağıyevin məktəblərə yersiz direktor təyinatları ucbatından rayonda gələcək üçün savadlı kadrların yetişməsinin qarşısına sədd çəkilir. Buradan da belə qənaətə gəlmək olar ki, Gədəbəy təhsilinin bərbad hala düşməsinə səbəb Baxış Nağıyevin əməlləridir. Mənbənin bildirdiyinə görə, vaxtilə öz ziyalıları və alimlərilə fərqlənən rayon bu gün təhsil səviyyəsinə görə ölkə üzrə ən geridə qalmış rayonlardan biridir.Ən acınacaqlısı isə budur ki, bu gün icra başçısının və digər məmurların ədalətsiz münasibətindən bezən insanların bir hissəsi isə Gədəbəyi tərk etmək məcburiyyətində qalıblar. Təxminən, 100 min nəfərə yaxın əhalisi olan və Ermənistanla üzbəüz mövqedə yerləşən rayonda əhalinin sosial vəziyyəti getdikcə pisləşir. Bütün bunları nəzərə alaraq, öz növbəmizdə biz də rayon sakinlərinin çoxsaylı müraciətlərinə qoşularaq ölkənin Təhsil Nazirliyindən, Səhiyyə Nazirliyindən, bu günlərdə rayonda yoxlama aparan Maliyyə Nazirliyindən və digər əlaqədar qurumlardan Gədəbəydə bu gün gedən prosesləri dərindən araşdırmağı və getdikcə dərinləşən tənəzzülün qarşısını almağı artıq dərəcədə xahiş edirik. \\ Bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|