Göygöl YAP-çısı prezident İlham Əliyevdən kömək istədi - "Korrupsiyanın qalmasını istəyənlərə məğlub olmaq üzrəyəm, mənə kömək edin"
Tarix: 13-12-2014, 17:18 | Çap et
DİA.AZ: - YAP üzvü, GDU-nu fərqlənmə diplomu ilə bitirən, SDU-nun magistaturasını bitirmiş, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyyatda olan leytenant, DQMK-nın təşkil etdiyi imtahanla Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi işləmiş, Məmmədov Şahin Şakir oğlu prezident İlham Əliyevə kömək üçün müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Sizin "korrupsiya bir xəstəlikdir və biz ölkəmizi bu xəstəlikdən xilas etməliyik" sözlərinizə görə bir dövlət qulluqçusu işlədiyim Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya hallarına qarşı çıxdım. Ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizəyə dəstək olduğum üçün dövlət qulluğuma xitam verildi. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın büdcə vəsaitlərini özü üçün gəlir əldə etmək məqsədilə israf etməsi ilə bağlı aidiyyatı qurumlara etdiyim müraciətlər, göstərdiyim faktlar baxılması üçün sonda Göygöl rayon İcra Hakimiyyətinə göndərilir. Göygöl rayon İcra Hakimiyyəti isə bu qanun pozuntularına heç bir reaksiya vermir. Göz yumur. Sanki, Şərqiyyə Hümbətovanın fəaliyyətini yoxlamaq mümkünsüzdür. Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidovun qəbulunda dəfələrlə olmuşam. Ş.Hümbətovanın korrupsiya əməlləri barədə faktlar ortaya qoymuşam. Ancaq cənab Arif Seyidov hər dəfə Ş.Hümbətovanın korrupsiya əməllərinə heç bir reaksiya verməyib. Bu hallar məndə belə bir təəssürat yaranır ki, cənab Arif Seyidov , bütün bu qanunsuz fəaliyyəti həyata keçirmək Ş.Hümbətovaya icazə verir.
Hörmətli cənab Prezident! Mən bu ölkənin vətəndaşıyam, ali təhsilliyəm, YAP-ın üzvüyəm, ehtiyyatda olan zabitəm dövlətimin mənə kömək etməsini istəyirəm. Doğru yol tutduğum üçün, dövlət mənafeyini müdafiə etdiyim üçün, Sizin korrupsiyaya qarşı apardığınız mübarizəyə dəstək olduğum üçün işdən azad edilməyim azmış kimi, indi də cinayət məsuliyyətinə cəlb edilmək üzrəyəm. Səbəb çox sadədir. Korrupsionerə korrupsioner demək. Ş.Hümbətova korrupsiya əməllərinin araşdırılmadığını görüb cəsarətlənir və məni birdəfəlik susdurmaq üçün həbs edilməyimi istəyir. Ş.Hümbətovanın barəsində çoxsaylı şikayətlərlə bağlı Göygöl rayon İcra Hakimiyyətinin heç bir tədbir görməməsi, vətəndaşların korrupsiyaya qarşı mübarizə aparmaq istəyinə zərbə vurur. İnamsızlıq yaradır.
Hörmətli cənab Prezident! Korrupsiyaya qarşı apardığınız məqsədyönlü və qətiyyətli mübarizənin uğurla yekunlaşacağına sonsuz inamım olduğu üçün bir dövlət qulluqçusu kimi korrupsiyaya qarşı çıxdım. Ancaq məndən asılı olmayan səbəblərə görə sizin mübarizənizə dəstək verə bilmədim. Haqqı dediyim üçün susduruldum. Ş.Hümbətovanın qanunsuz əməllərini araşdırmırlar. Korrupsiyaya qarşı apardığım mübarizədə, korrupsiyanın qalmasını istəyənlərə məğlub olmaq üzrəyəm. Mənə kömək edin.
Belə bir müraciəti Sizə işdən azad edilməmişdən öncə etmişdim. Və Sizdən xahiş etmişdim ki, mən dövlət qulluğundan azad edilsəm belə göstərdiyim məsələlərlə bağlı tədbir görülməsi üçün göstərişlər verəsiniz.
İndi isə yenidən Sizə müraciət edərək xahiş edirəm ki, MƏN HƏBS EDİLSƏM belə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətovanın korrupsiya əməlləri araşdırılsın. Heç olmasa mənim həbs edilməyimin ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizəyə bir xeyri olsun".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|