Cəza: «Halal»a haram qatan firmada yoxlamalar başladı - “Kristal CF”-yə qarşı cinayət işi qaldırıla bilər
Tarix: 26-12-2014, 12:13 | Çap et
Ölkəmizdə “Halal” məhsul adı ilə bir çox ərzaq məhsullarının satılması haqda məlumat vermişdik. Əslində bu ad altında satılan məhsulların nə qədər halal olması həmişə şübhəlidir. Ötən həftə “Halal” sözü ilə markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edildi. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumat idi. Görəsən, Komitə bununla bağlı hansı tədbirləri həyata keçirdi? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Analitik.az-a bildirdi ki, müvafiq nəzarət xidməti bazarda mütəmadi olaraq araşdırmalar aparır: “Sahibkarın xəbəri olmadan satış nöqtələrindən nümunələr götürülərək laboratoriyalara verilir. Yoxlanıldıqdan sonra nəticəyə uyğun tədbirlər həyata keçirilir. “Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasını istehsal edən “Orxan-SS” firmasına sertifikat verilməyib. Çünki onun istehsal şəraiti bu tələbələrə cavab vermir. Biz dərhal qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrindən çıxarış aldıq. Dünəndən bu müəssisədə yoxlamalara başlamışıq. Hazırda bu müəssisədə araşdırmalarımız davam edir. Yaxın günlərdə araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq. İlkin müşahidələrimiz ondan ibarətdir ki, hazırda həmin müəssisədə istehsal prosesi demək olar ki, dayanıb. Məlum faktla bağlı artıq ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etməkdən imtina edirlər. Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik. Fakt aşkarlanarsa ki, standartın tələblərinin pozulması istehsal müəssisəsinin günahı üzündəndir, təbii ki, orada istehsal dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə görə, müəssisə 5000 manat cərimə olunacaq. ” Onu da qeyd edək ki, bu, halal adı ilə bazara «haram» məhsul çıxarılmasına dair ilk məlumat deyil. Həmçinin xatırladaq ki, son vaxtlaradək televiziya və radio kanallarında da «Kristal CF» əmtəə markası altında «halal» kolbasa və sosiska məmulatlarının reklamı gedirdi. Bəlkə də illərdir ki, alıcılar «Kristall CF»-in kolbasalarını halal məhsul bilirdilər. İndi isə Komitə rəsmisinin məlumatından aydın olur ki, bu müəssisəyə heç komitə tərəfindən də «Halal qida» sertifikatı verilməyib. Belə olduğu halda məhsulun halal adı ilə reklam edilməsi, həmçinin, «Halal» adı ilə markalanması və satışa da bu adla çıxarılması istehlakçıların aldadılması, onlara məhsul haqqında yanlış məlumat verilməsi deməkdir. Bəs bu kimi əməllərə görə bu məhsulun istehsalçısı və ya əmtəə nişanının sahibi hansı məsuliyyət daşıyır? Sualı Analitik.az saytına şərh edən hüquqşünas Xəyal Feyzullayev bildirib ki, qanunvericilikdə istehlakçıların hüquqlarının pozulmasına görə inzibati məsuliyyət, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmaya görə isə cinayət məsuliyyəti nəzərdə tutulub: «İstehlakçıların hüquqlarının pozulması dedikdə, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş digər əməllərlə yanaşı, standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bu cür inzibati xətaya yol vermiş vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə edilir.» Hüquqşünas, həmçinin, bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində «İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma» maddəsi nəzərdə tutulub. CM-in 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma dedikdə, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma başa düşülür. İstehlakçıya məhsulun (xidmətin) bu və ya başqa xüsusiyyətləri barədə yanlış, yaxud natamam məlumat verilməsi istehlakçını məhsulun istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair aldadılması ilə nəticələnir. «Malın istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair aldatma konkret olaraq malın hazırlanma tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı, texniki göstəriciləri və s. bu kimi xüsusiyyətləri barədə aldatmada ifadə oluna bilər. «Halal» standartında müəyyən olunmuş tələblərə cavab verməyən məhsulun üzərinə «Halal» yazılaraq istehlakçıya təqdim edilməsi onun aldadılması ilə nəticələnir. Bu baxımdan «Halal» adı altında məhsulun istehsal edilməsi və ya satılması CM-nin 200-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilməlidir. Çünki istehlakçı «Halal» yazısına inanaraq məhsulu alırsa, o, istədiyi keyfiyyətdə, standartda olan məhsulu seçdiyini düşünür. Lakin əgər, konkret olaraq, kolbasanın tərkibində donuz piyi aşkar olunursa, deməli, həmin kolbasa məmulatı «Halal» standartına cavab vermir. Bu da cinayət əməli kimi CM-in 200-cü maddəsində nəzərdə tutulmuş cəza tədbirləri ilə cəzalandırılmalıdır». Hüquqşünas onu da deyib ki, istehlakçıların aldadılması ilə nəticələnən cinayət əməli ən yüngül halda cərimə cəzası ilə cəzalandırılır. İstehlakçıların aldadılması təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, istehlakçılara külli miqdarda ziyan vurmaqla törədildikdə isə daha ağır cəzalar nəzərdə tutulur: «Konkret olaraq «Kristall CF» əmtəə markası ilə «Halal» adı altında buraxılan kolbasada donuz piyinin aşkar edilməsi istintaq qaydasında sübuta yetirildiyi halda, cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu işdə «Orxan-SS» firmasının vəzifəli şəxsi və ya hansı məsul şəxsi cavabdehlik daşıyacaq – bunu istintaq orqanı müəyyənləşdirə bilər. Qanun bu sahədə birmənalı və hər kəs üçün aydındır.»- deyə, X.Feyzullayev bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|