Etibar Pirverdiyevə zərbə üstünə zərbə! - “Azərenerji” rəhbərinin təftişi başlayır
Tarix: 25-02-2015, 15:10 | Çap et
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev növbəti çətin vəziyyətlə üzləşib. Belə ki, Pirverdiyevin rəhbərlik etdiyi qurumda geniş miqyaslı yoxlamaların başlanılması planlaşdırılıb.
Xatırladaq ki, iki həftə öncə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir. Etibar Pirverdiyev üçün bu qərar gözlənilməz olub. İndi isə səlahiyyətlərinin kəskin azaldılmasının şokundan ayrıla bilməyən “Azərenerji” prezidenti yeni problemlə üzləşib. Yaxın vaxtlarda Hesablama Palatasının Pirverdiyevin rəhbərlik etdiyi ASC-də geniş miqyaslı auditə hazırlaşdığı bildirilir. İddialara görə, bu qurumda külli miqdarda yeyinti faktları ilə bağlı hökumət daxilində kifayət qədər məlumatlıdırlar və elə bu səbəbdən “Azəreneji”nin fəaliyyətinin ciddi şəkildə təftiş edilməsinə ehtiyac duyulub. Xatırladaq ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz "Azərenerji" olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərinə dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır. Bununla belə, ölkənin enerji sektorunda çoxsaylı problemlər qalmaqdadır. Bölgələr bir yana, hətta Bakıətrafı kənd və qəsəbələrdə, Abşeron rayonunun əksər hissələrində, Sumqayıtda və s. payız aylarından başlayaraq fasiləsiz işıq məsələsində ciddi problemlər yaranır. Belə iddialar mövcuddur ki, bu, yuxarıda haqqında danışılan fantastik məbləğdə vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-şəffaf, təyinatsız xərcləmələrin "qurbanına" çevrilməsi ilə bağlıdır. Hətta belə fikirlər də səslənir ki, Etibar Pirverdiyev şəxsi biznesini gücləndirdiyi halda, enerji sektorunda köklü müsbət dəyişikliklərin baş verməməsi haqqında danışılan vəsaitlərin taleyi ilə bağlı şübhələri daha da qüvvətləndirir. Belə şübhələr hökumət çevrələrində də kifayət qədər güclü olduğundan, ən əsası isə, “Azərenerji”nin ölkənin enerji sektorunun müasir standartlara uyğunlaşdırılması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaması ucbatından Pirverdiyevin rəhbəri olduğu qurumun yoxlanılması qaçılmaz reallığa çevrilib. İstisna edilmir ki, həmin yoxlamalar nəticəsində ortaya çıxarılacaq korrupsiya faktları “Azərenerji” rəhbərinə baha başa gəlsin. Yəni iki həftə əvvəl olduqca önəmli səlahiyyətlərini itirən Etibar Pirverdiyevin adıçəkilən ASC-də aparılacaq təftişdən və həmin təftişin nəticəsində aşkarlanacaq ciddi maliyyə pozuntularından sonra vəzifəsini itirməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Bundan başqa, bir çox mənbələrin verdiyi məlumatlardan belə aydın olur ki, yarım ay öncə səlahiyyətlərinin önəmli hissəsini itirən və qarşıda ciddi təftişlə üzləşməsi gözlənilən "Azərenerji" rəhbərinin biznesinin əksər hissəsinə əl qoyulacağı da ehtimal edilir. Onsuz da son vaxtlar dövlət investisiya layihələrindən böyük ölçüdə kənarda qalmağa başlamış "Azinko" şirkətinin, Sumqayıt Texnologiyalar Parkı və digər biznes qurumlarının Pirverdiyevin əlindən alınacağı tamamilə gözləniləndir. Ümumiyyətlə isə hazırda aydın görünən reallıq ondan ibarətdir ki, artıq Etibar Pirverdiyev önəmli səlahiyyətlərindən məhrum edilib, onun vəzifəsi əvvəlki çəkisini, təsir imkanlarını itirib. Bir neçə il əvvələdək adı ölkənin əsas oliqarxları arasında çəkilən “Azərenerji” rəhbəri bu gün faktiki olaraq zəiflədilmiş durumdadır.Onun nə hökumət daxilindəki təsir imkanları, nə də şəxsi biznesinin vəziyyəti bir neçə il əvvəllə müqayisədə qətiyyən ürəkaçan deyil. Hər halda Etibar Pirverdiyevlə bağlı sürpriz gəlişmələr bundan sonra da davam edə bilər. Odur ki, hadisələri qabaqlamayaq və proseslərin necə inkişaf edəcəyini gözləyək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|