ŞOK: Karmen" ununu Ermənistanda "Armen" adı ilə satışa çıxaran kimdir? - Əsabil Qasımov haqda ilginc iddialar
Tarix: 4-03-2015, 11:04 | Çap et
1955-ci il təvəllüdlü, 79 saylı İmişli Seçki Dairəsinin deputatı, parlamentin İqtisadi Siyasət komitəsinin üzvü Əsabil Qasımovun adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallanıb. Onun böyük biznes şəbəkəsinə malik olduğu, bir neçə gəlirli sahəni inhisarında saxlaması artıq heç kimə sir deyil. Halbuki qüvvədə olan müvafiq qanunvericiliyə görə, millət vəkillərinin, dövlət məmurlarının, vəzifəli şəxslərin şəxsi bizneslə məşğul olmaları qəti qadağandır. Lakin Əsabil Qasımov və onun kimi düşünən digər vəzifə sahibləri, dövlət qulluqçuları hələ də qanunlara məhəl qoymadan biznes fəaliyyətilə məşğul olurlar. Halbuki millət vəkilinin birbaşa işi, üzərinə düşən əsas vəzifəsi parlamentdə vətəndaşların, seçicilərinin problemlərini, vətəndaşaların sosial narazılıqlarının həllilə məşğul olmaq, həmin problemləri gündəmə gətirməklə dövlətin aidiyyəti orqanların diqqətini onların həllinə yönəltməkdir. Heç şübhəsiz ki, Əsabil Qasımov bu cür millət vəkillərindən deyil. Elə bu səbəbdən də seçicilər onu millət vəkili yox, məhz deputat adlandırırlar. Çünki Əsabil Qasımov seçicilərin yox, məhz öz şəxsi problemlərini həll etmək üçün deputat mandatına yiyələnib…
Əsabil Qasımovun seçiciləri ondan və fəaliyyətindən narazıdırlar
Beləliklə, hazırda deputatların bir qisminin açıq-aşkar şəxsi bizneslə məşğul olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, həmin millət vəkilləri bir qayda olaraq şəxsi bizneslərini uşaqlarının, qardaşlarının, ya da özündən başqa heç kəsin tanımadığı bir şəxsin adına rəsmiləşdirir və işlərini rahat şəkildə yönləndirirlər. Konkret olaraq Əsabil Qasımova gəlincə, mənbə bildirir ki, o, 2010-cu ildə millət vəkili seçilənə qədər "Karat" MMC şirkətinin prezidenti olub: "2006-cı ildə "Karat" MMC-nin də daxil olduğu "Karat Holdinq" yaradılıb. İki il sonra "Karat" MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb. Bu gün "Karat Holdinq"in tərkibinə - "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC, "Azinvest" tikinti şirkəti, "Everest-M", "Şin Servis", "Karmen" MMC, Hökməlidə makaron fabriki, Hökməlidə kisə fabriki; "ASTEL MMC" (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri), taxıl anbarları, Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində dəyirman kompleksləri, "Gəncə Fatoğlu", Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli "Marina Plaza" oteli, Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri, Səməd Vurğun küçəsində "Ağ Saray" binası, Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market" daxildir. Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovun adına olmasa da, holdinqin onun nəzarəti altında olması şübhəsizdir. Halbuki "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 9.3 maddəsində deyilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyətilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Bundan başqa, "Milli Məclisin deputatının statusu haqqında" Qanunda yazılıb ki, millət vəkilləri elmi-pedaqoji fəaliyyətdən başqa digər fəaliyyətlərlə məşğul ola bilməzlər. Gördüyünüz kimi, hazırda Milli Məclisdə oturub qanun yazan, ayrı-ayrı qanun layihələrini müzakirə edən, sonda isə onların lehinə və ya əleyhinə səs verənlərin bəziləri qanunlara riayət etmirlər. Bir sözlə, Əsabil Qasımov kimi deputatlar özləri qanunun tələblərinə əməl etmir, ona hörmətlə yanaşmırlar". Əsabil Qasımovun deputat kimi fəaliyyətinin seçicilər, ictimaiyyət, əsasən də mətbuat tərəfindən ciddi narazılıqla qarşılandığını deyən məlumatlı şəxs qeyd edir ki, o, İmişli sakinlərini narahat edən məsələləri yoluna qoymaqda maraqlı görünmür: "79 saylı İmişli Seçki Dairəsini təmsil edən deputat Əsabil Qasımovun oğlu Taleh Qasımov tərəfindən idarə olunan "Karat Holdinq" özəl sektorda öz mövqelərini günü-gündən gücləndirir. Bu arada, Əsabil Qasımov isə seçicilərilə maraqlanmır, onların görüşlərinə getmir, bir sözlə, özünü əsl millət vəkili kimi aparmır. Bu səbəbdən də İmişli rayonunda yaşayan və Əsabil Qasımovun seçiciləri olan şəxslər ondan razılıq etmirlər desək, yəqin ki, yanılmarıq. Bunu həmin seçicilərlə ünsiyyət zamanı dərhal müəyyən etmək olur. Məsələn, seçiciləri iddia edirlər ki, seçkiöncəsi Əsabil Qasımovun tərəfdarları qapı-qapı gəzərək, deputat üçün təbliğat aparsalar da, o, seçki dövründə də şəxsən özü kəndlərə getməyib. Deputat seçiləndən sonra isə nəinki özü, hətta nümayəndələri belə seçicilərin taleyilə maraqlanmır. Müəyyən məsələlərlə bağlı seçicilər tərəfindən edilən şikayətlərə də deputat tərəfindən heç bir reaksiya verilmir. Özünün və köməkçilərinin telefonları yad nömrələr üçün daim qapalıdır".
"Karmen" sözündəki ilk hərfi, yəni "K"ni çıxardıqda maraqlı bir söz alınır
Bir qədər öncə də qeyd etdiyimiz kimi, mətbuat nümayəndələri də Əsabil Qasımovun fəaliyyətini qənaətbəxş hesab etmirlər. Elə bu səbəbdən də əksər media qurumları Əsabil Qasımovun nöqsanlı fəaliyyətini tutarlı arqumentlərlə tənqid edirlər. Həmin yazılarda deputatın biznes fəaliyyəti, inhisarçılıq meylləri, seçicilərlə təmasdan yayınması, mətbuata qapalı olması və s. bu kimi məqamlar öz əksini tapır. Bundan başqa, onu da vurğulamaq lazımdır ki, bu gün jurnalistlərin böyük əksəriyyəti Əsabil Qasımovu millət vəkili kimi deyil, məhz iş adamı, bir çox gəlirli biznes sahəsini əlində cəmləməyi bacaran sahibkar kimi tanıyır. "Əsabil Qasımovun adı daha çox biznes qalmaqallarında hallandırılır. Onun deputat kimi, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində, həmçinin parlamentin plenar və komitə iclaslarında aktivliyi müşahidə olunmayıb" deyən məlumatlı şəxs iddia edir ki, Əsabil Qasımov ictimai rəylə hesablaşmayan deputatdır: "Onun hər hansı açıqlamasını, hətta həssas məqamlarda belə bir cümlə şərhini belə eşidən olmayıb. Yəqin o, buna ehtiyac duymur. Çünki başı biznesə qarışdığından digər məsələlərə vaxt ayıra bilmir".
Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz məlumatda o da bildirilir ki, Əsabil Qasımov "Qızıl gül" inqilabının banisi, sabiq prezident Mixail Saakaşvilinin dövründə qonşu Gürcüstanda tenderə çıxarılan un dəyirmanlarının bir hissəsini satın alıb. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Əsabil Qasımovun ailə şirkəti olan "Karat Holdinq"ə məxsus "Karmen" unları eynilə yeni müəssisədə də istehsal edilir və Gürcüstan bazarında "Karmen"unları alıcılarına çatdırılır: "Lakin sonrakı fəaliyyətində Əsabil Qasımova məxsus un dəyirmanının Gürcüstanda davamlı vergidən yayınmalara yol verdiyi və buna görə də qonşu ölkənin vergi orqanları ilə deputat arasında gərginlik yarandığına dair məlumatlar dolaşmaqdadır. Bu səbəbdən də Gürcüstanın vergi orqanları bir müddət əvvəl Əsabil Qasımovdan dövlətə ödənilməsi nəzərdə tutulan verginin ödənilmədiyini gördükdə məhkəməyə müraciət edib. Məhkəmə isə deputatın sahibi olduğu şirkətin vergidən yayındığını təsdiqləməklə bərabər, eyni zamanda vergini vaxtında ödəmədiyindən məbləğə cərimə faizləri də tətbiq edilib. Əsabil Qasımov isə öz növbəsində, Gürcüstan məhkəməsinin çıxardığı qərarı icra etməyib və hələ də qeyd edilən vergini ödəməkdən boyun qaçırır. Bu səbəbdən də Gürcüstanın rəsmi dairələri Əsabil Qasımovun Gürcüstan ərazisinə daxil olmasına qadağan qoyublar". Əsabil Qasımovun Gürcüstanda 2-3 min hektarlarla torpaq sahəsinin olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, "Karmen" MMC-nin istehsal etdiyi ün və un məhsulları məhz Gürcüstan vasitəsilə düşmən ölkə olan Ermənistanda satışa çıxarılır. Deputatın bu məsələdən məlumatlı olub-olmadığını deyə bilməsək də, məhz bununla əlaqədar Əsabil Qasımova bir sualımız var. Hörmətli deputat, "Karmen" sözündəki ilk hərfi, yəni "K"ni çıxardıqda maraqlı bir söz alınır - "Armen". Sizə sualımız odur ki, un məhsullarını Ermənistandan "Armen" adı ilə satışa çıxarırsınızmı? Bu sualın cavabını almaq üçün sizi çox axtardıq, çox aradıq, lakin əlaqə qurmaq mümkün olmadı. Odur ki, qısa müddətdə ünvanladığımız sualın cavabını gözləyirik. Yəqin ki, "Karmen"in "Armen" olmasına aydınlıq gətirəcəksiniz…
Deputat planlarını reallaşdırmaqdan ötrü bir sıra cəhdlərdə bulunub və əlaqələrini işə salıb
Başqa bir məlumatda isə deyilir ki, Əsabil Qasımov bu ilin noyabr ayında baş tutacaq parlament seçkilərində iştirak etmək niyyətində deyil. Mənbənin sözlərinə görə, o, ciddi cəhdlə oğlu Taleh Qasımovun deputat seçilməsinə nail olmağa çalışır: "Əsabil Qasımov hələ ki, oğlunun hansı dairədən namizəd olacağını dəqiqləşdirməsə də, böyük ehtimalla Taleh Qasımovun şəxsi istəyilə namizədliyini məhz Sumqayıtdan verəcək. Artıq heç kimə sirr deyil ki, Əsabil Qasımov beş ilə yaxındır deputat kimi fəaliyyət götərsə də, indiyə kimi aktiv millət vəkilləri sırasında yer almayıb. Yəni qanunvericilik təşəbbüslərinin irəli sürülməsində və parlamentin beynəlxalq əlaqələrinin qurulmasında hər hansı aktivliyi olmayıb. İctimaiyyətə qapalı olan deputat seçicilərlə də sıx təmas yaratmayıb. Digər tərəfdən, rəsmi olaraq sahibkarlıq fəaliyyətilə də məşğul ola bilmir. Bu səbəbdən o, qarşıdakı seçkilərdə özünün yox, oğlunun namizədliyini irəli sürmək niyyətindədir. Belə ki, Əsabil Qasımov artıq planlarını reallaşdırmaqdan ötrü bir sıra cəhdlərdə bulunub və əlaqələrini işə salıb". Məlumatlı şəxs həmçinin, onu da qeyd edib ki, Əsabil Qasımov bu dəfə millət vəkili seçilməyəcəyini bildiyi üçün qabaqlayıcı tədbir kimi oğlunun namizədliyini irəli sürməyə cəhd göstərir: "O, çox gözəl bilir ki, budəfəki seçkilərdə İmişli rayon sakinləri, eləcə də yuxarı dairələr ona etimad göstərməyəcəklər. Odur ki, Əsabil Qasımov oğlunun namizədliyini irəli sürməklə özünü sığortalamağa çalışır. Çünki bu il baş tutacaq parlament seçkilərində bizneslə məşğul olan bir sıra deputatlar mandatlarından məhrum olacaqlar. Həmin siyahıda Əsabil Qasımovun da adı yer almaqdadır. Odur ki, 2015-ci il parlament seçkilərində Əsabil Qasımovun qələbə qazanması heç bir halda real görünmür".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Əsabil Qasımovun Gürcüstandakı şirkətinin hansı firma adı altında fəaliyyət göstərməsi barədə növbəti sayımızda məlumat verəcəyik.
(Ardı var) \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|