Xızının icra başçısının fəaliyyəti təftiş olunur - Hesablama Palatası iş başında... - Xəzər Aslanovun qələmi qırılıb?
Tarix: 3-04-2015, 10:57 | Çap et
Məlum olduğu kimi, Hesablama Palatası dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirlərini həyata keçirməyə başlayıb.
Bu məqsədlə Xızı rayonuna ezam olunmuş yoxlama briqadası son iki ildə dövlət tərəfindən rayon iqtisadiyyatına ayrılmış investisiyaların auditi ilə məşğul olmağa başlayıb. Qeyd edək ki, bəzi xəbərlərə görə, yoxlamaların gedişində real vəsait çatışmazlığının üzə çıxacağı şübhə doğurmur. Belə ki, bir müddət öncə mətbuatda Xızı rayonunda 75 yerlik uşaq bağçasının və Tıxlı kəndində 180 şagird yerlik ümumi orta məktəbin yeni binasının tikintisində ciddi yeyintilərin olduğu barədə kifayət qədər faktla "zəngin" yazılar getmişdi. Rayon icra hakimiyyəti başçısının müavini Azər Əlizadənin qardaşına məxsus olduğu bildirilən şirkətin Tıxlıda tikdiyi məktəb binasının smeta dəyəri təxminən 3-4 milyon manat civarında olub. Lakin Tıxlı camaatı bu qədər vəsaitin heç olmasa yarısının məktəb tikintisinə sərf edildiyinə şübhə ilə yanaşır. Hər halda, tikintidə əsasən yerli materiallardan, xüsusən də rayondakı zavodun istehsal etdiyi qırmızı kərpicdən və betondan istifadə edilməsi smeta dəyərini bu hesabla xeyli azaltmalı idi. Digər tərəfdən, məktəbin tələm-tələsik istifadəyə verilməsini təsdiqləyən məqamlar da az deyil. Belə ki, məktəbin ətrafında müvafiq asfaltlama işləri demək olar ki aparılmadığından yağmurlu havalarda palçıqdan tərpənmək olmur. Bunun əziyyətini müəllim və şagirdlərlə birlikdə valideynlər də çəkir. Məktəbə aparan kənd yolları bundan da bərbad haldadır. Bu problemin valideynləri narazı salacağından ehtiyat edən yerli icra strukturu nümayəndələri yollara "əncam" çəkməyi qərara alıb. Özü də görün necə! Bu məqsədlə hətta valideynlərdən müxtəlif miqdarda vəsait toplandığı bildirilir. Hesab edirik ki, bu cür faktlar rayonda audit aparan nümayəndələrin diqqətindən yayınmayacaq. Baxmayaraq ki, əldə etdiyimiz məlumata görə audit aparan mütəxəssislərin yerli icra strukturları ilə isti münasibətləri barədə bilgilərimiz var. Lakin, onların fəaliyyətinə rəhbərlik tərəfindən ciddi nəzarətin olması yoxlamaların nəticələrinin saxtalaşdırılması ehtimalını azaldır. Hər halda, Hesablama Palatasının apardığı əvvəlki yoxlamalarda bir sıra saxtakarlıqların ört-basdır edilməsi barədə yayılan xəbərlər rayonda ictimai fikrə təsirsiz ötüşməyib. Belə ki, Xızı Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Quliyevin səlahiyyəti olmaya olmaya apardığı "torpaq əməliyyatı" nədənsə bundan öncəki audit nümayəndələrinin diqqətindən "yayındırılmışdı". Söhbət Xızıda torpaqların auksiondankənar, özü də köhnə tarixə hərraca qoyulmasının orijinal üsulunu "icad" eləmiş Namiq Quliyevin sabiq icra başçılarının imzalarını saxtalaşdırma əməllərindən gedir. Təəssüf ki, bu saxtakarlıqlar kimlərinsə güclü əli ilə ört-basdır edildi. Gözləmək olar ki, bu dəfəki yoxlamalarda Namiq Quliyevin saxtakarlıqları işləməyəcək. Çünki, bir tərəfdən Xızı camaatı, o cümlədən sahibkarlar icranın bu "töycü" yığanının əlindən təngə gəlib, digər tərəfdən isə, aparılan audit yoxlamalarına nəzarət daha da gücləndirilib. Hesablama Palatasının Xızıda apardığı yoxlamalara xüsusi əhəmiyyət verən daha bir məqamı da qeyd etmək yerinə düşər. Məsələ ondadır ki, bu yoxlamaların Xəzər Aslanovun komandasının yeyintilərini "spisat" etmək məqsədi daşıdığı bildirilir. İcra başçısının aqrar məsələlər üzrə sabiq müavini Arzu Əzizovun kurasiyasında olan sahələr üzrə əsaslı vəsait qoyuluşunun vəziyyəti ilə bağlı araşdırmalar çox gizli məqamlara aydınlıq gətirə bilər. Bunlar sanki icra başçısı Xəzər Aslanovu maraqlandırmır. Yeri gəlmişkən, Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin tapşırığı ilə təmir edilmiş evlərin tamamilə sökülməsinə göstəriş verən icra başçısı Xəzər Aslanovun adı artıq bu hərəkəti səbəbindən "yuxarıların" "qara" siyahısına düşüb. Odur ki, mümkün təhlükəni neytrallaşdırmaq üçün Xəzər Aslanovun hərəkətə keçdiyi bildirilir. Evlərin qanunsuz sökülməsinə hüquqi fon vermək məqsədilə Xızı rayon məhkəməsinin hakimi İsgəndər Hacıyevə icra başçısı tərəfindən birbaşa müvafiq göstərişlərin verildiyi barədə yayılan xəbərləri təsadüfi saymaq düzgün olmazdı. Ümumiyyətlə, Xızı rayonunun yerli icra orqanlarının bu biabırçı söküntü əməliyyatlarında rayon məhkəməsinə arxalandığı deyilir. Bildirilir ki, Xızı rayon məhkəməsinin sədri İsgəndər Hacıyevin işi-gücü obyekt uçuranlara məhkəmə qətnaməsi vasitəsilə "indulgensiya" paylamaqdır. Bunun hakimə hansı konkret dividendlər gətirməsi əslndə ciddi müzakirə mövzusudur. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|