Hacıbala Abutalıbovun "kassiri"nə qarşı ittiham var - Bakı Baş Maliyyə İdarəsinin rəisi kimə güvənir?
Tarix: 1-05-2015, 12:10 | Çap et
Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi Elçin Əliyevin adı mətbuatın gündəminə tez-tez gəlir. Yazılanlara görə, onun işində yol verdiyi ciddi nöqsanlar dövlət büdcəsinə öz təsirini göstərir. Bu haqda bir qədər sonra. Diqqətinizə çatdırmaq istəyirik ki, sözügedən idarə Maliyyə Nazirliyinin tabeliyində ərazi struktur bölməsidir.
Qurum Bakı şəhəri üzrə maliyyə, büdcə, mühasibat uçotu və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanmasında səlahiyyətləri daxilində iştirak edir, dövlət büdcəsinin paytaxt üzrə yerli xərclərinin layihəsinin qanunvericiliyə uyğun hazırlanması və Maliyyə Nazirliyinə təqdim olunmasını həyata keçirir. Bundan başqa, idarə büdcə sistemi, vergi, dövlət xəzinədarlığı sahəsində normativ hüquqi tənzimlənmənin həyata keçirilməsində səlahiyyətləri daxilində iştirak edir. Mötəbər qaynaqlar isə iddia edir ki, paytaxt üzrə yerli xərclərin layihəsi qanuna uyğun formada hazırlanmır: "İdarə rəisi vəzifə səlahiyyətlərindən kənara çıxaraq layihələrin hazırlanmasını özünəməxsus "qayda"da həyata keçirir. İl ərzində paytaxtda görülən dövlət sifarişli layihələrin maliyyə büdcəsi olduğu kimi sənədlərdə öz əksini tapmır. Bakı Baş Maliyyə İdarəsinin səlahiyyətinə aid olan məsələlərin icra olunmasında müxtəlif formalı qüsurlar mövcuddur. Bu isə idarənin rəhbəri tərəfindən həyata keçirilən qeyri-qanuni işlərlə bağlıdır. Rəis idarənin strukturuna daxil olan şöbə müdirlərinə təsir göstərərək sanki onları qanunları pozmağa məcbur edir. Paytaxt rayonlarının maliyyə idarələrinin müdirləri bu şəxslə mütləq hesablaşmalıdır. Əks halda, rəis onlara əlavə problemlər yarada bilər". Bu günlərdə Bakı Baş Maliyyə İdarəsinin rəisinin biznes fəaliyyəti ilə məşğul olması haqda maraqlı məlumatlar yayılıb. Daha doğrusu, vətəndaş Əli Mahmud oğlu Əkbərov müxtəlif saytlara şikayət edib. O bir sayt vasitəsilə prezidentə yazdığı şikayət məktubunda bunları qeyd edib: "Məlumat üçün bildirirəm ki, uzun illərdir mən ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayıram. Mənim evimə yaxın məsafədə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında isə Əliyev Elçin Rəhim oğlu yaşayırdı. Lakin 2014-cü ildə Əliyev Elçin Rəhim oğlu həmin evi sökdürərək yerində qanunsuz olaraq qeyri-yaşayış binasının inşasına başladı. Xeyli müddətdir ki, həmin tikilinin inşası davam edir və tikinti zamanı bilavasitə mənim mülkiyyət, eyni zamanda qonşuluq hüququm pozulub. Belə ki, o həmin qeyri-yaşayış binasını Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini pozmaqla mülkiyyət hüququ üzrə mənə məxsus fərdi yaşayış evinə 1 metr ara məsafədə inşa etdirib. O mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına, həmçinin digər qanunvericlik aktlarına, tikinti normaları və qaydalarına əməl etmədən qanunsuz olaraq həmin binanın tikintisinə başlamış və hazırda inşasını davam etdirir. Dəfələrlə bu barədə onunla söhbət aparmışam, gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsi üçün qonşuluq prinsipinə uyğun məsələnin könüllü şəkildə həll olunmasını təklif etmişəm. İlk söhbətimizdən sonra mülkiyyətimdə olan evi satın almaq qərarına gəlmiş, lakin sonradan evi daha ucuz qiymətə məndən almaq üçün aramızda olan razılığı pozmuşdur. Elçin Əliyev elə hesab edirdi ki, inşa etdirdiyi qeyri-yaşayış binası evimə bitişik vəziyyətdə olduğundan evimi ona ucuz qiymətə satmaq məcburiyyətində qalacam. Bu səbəbdən də o aramızda baş tutmuş razılığı məqsədli şəkildə sonradan pozdu. O qeyri-yaşayış binasını gələcəkdə qazanc əldə etmək məqsədi ilə inşa etdirir. Həmin binanın evimə baxan hissəsində 40 sayda pəncərə var". Vətəndaşın şikayətinə baxmayaraq, maliyyə idarəsinin rəisi tikinti işlərini davam etdirib. "Nəsimi" metrostansiyasının bir neçə metrliyində ucalan tikilidə son tamamlama işləri gedir. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|