Nazir oğlunun rəhbərlik etdiyi "DDLAR GROUP" milyardlıq layihələri necə "udur"? - Azad Rəhimovun biznesi haqda bilmədiklərimiz
Tarix: 14-05-2015, 10:53 | Çap et
Son illərdə ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir və bu sahəyə külli miqdarda vəsait ayrılır. Bütün beynəlxalq idman federasiyaları və assossiasiyalarının rəsmi hesabatlarında Azərbaycanda bu sahəyə ayrılan diqqət öz əksini tapıb. Tikilən idman-sağlamlıq komplekslərinin, idman komandalarının saxlanmasına, onların bütün beynəlxalaq yarışlarda iştirakının təmin edilməsinə hər il büdcədən on milyonlarla manat vəsait ayrılır.
Amma yenə müxtəlif idman federasiyaları və komandalar yarışlara getmək üçün maliyyə problemləri ilə üzləşir, idman komplekslərində yaranan kommunal və ya texniki problemlərə görə məşqlərini davam etdirə bilmirlər. Aparılan araşdırmalar göstərir ki, hər idman kompleksinin saxlanması, işlək vəziyyətdə olması üçün böyük vəsaitlər sərf edilir. Əksər idman komplekslərində isə vəziyyət elə də ürəkaçan səviyyədə deyil. Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında həyata keçirilən bir sıra layihələrdə qeyri-şəffaflıq nəzərə çarpır, həmçinin tenderlərin keçirilməsi zamanı mövcud qanunlara riayət olunmur. Yadınızdadırsa, ötən saylarımızdan birində idman arenalarının tikilməsi işlərinin gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun nəzarəti altında olduğunu bildirmişdik. Qısaca vurğulayaq ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan nazir oğlu bunun ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. O, 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib, sonradan "DDLAR GROUP" adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, məmur oğlu 2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1"in "Qran Pri" yarışının təşkilatçısıdır. Xarici mətbuata verdiyi müsahibəsində "Baku Grand Prix" şirkətinin rəhbəri Arif Rəhimov "Qran Pri" yarışının Bakıda ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirib. Bununla da Azərbaycan postsovet məkanında Rusiyadan sonra "Formula 1" yarışına ev sahibliyi edəcək ikinci ölkə olacaq.
Nəzərinizə çatdırmaq istəyirik ki, hələ indiyə qədər nazirin və oğlunun sahibi olduğu biznes sahələri haqda mətbuatda elə də geniş məlumat getməyib. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, "DDLAR GROUP" şirkəti Gəncər və İdman Nazirliyi tərəfindən həyata keçirilən tender layihələrinin əsas qalibidir. İlk öncə sizə şirkətin yaranma tarixi haqda qısa məlumat vermək istəyirik. 1999-cu ildən fəaliyyətə başlayan "İnşaatçı" tikinti firması sonradan "DDLAR Group"a çevrilib. Qrupun tərkibinə tikinti və onu müşayiət edən xidmətlər, memarlıq həlqələri, interyerlərin dizaynı, beton istehsalı və bir çox başqa sahələrlə məşğul olan şirkətlər daxildir. "DDLAR Group" "Hər şey bir əldə" prinsipi ilə işləyir. Bu qrupa "İnşaatçı", "Mega Dizayn" və "Monolit Beton" şirkətləri daxildir. Araşdırmalara görə, Azad Rəhimov nazir vəzifəsinə keçdikdən sonra biznes sahəsindəki əlaqələrini daha da genişləndirib və idman sahəsinə ayrılan vəsaitlərin böyük hissəsini oğlunun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə yönəltməyi bacarıb. Belə ki, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri məhz "DDLAR GROUP" tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Əldə etdiyimiz məlumatlara görə, sadalanan rayonlarda olimpiya komplekslərinin tikilməsi məqsədilə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. İddialara əsasən, nazir oğlunun şirkəti tərəfindən həyata keçirilən tikinti işləri zamanı maliyyə pozuntularına yol verilib ki, nəticədə rəhimovların sərvəti qısa müddətdə çoxalıb. Bakı Su İdman Sarayının tikintisi, "Crystal Hall"un Birinci Avropa Oyunları üçün hazırlığı, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işlərini də Arif Rəhimovun şirkəti aparıb. Bütün bunlar qrupun rəsmi İnternet səhifəsində qeyd olunub. Hələ bu harasıdır. Məlumatlı mənbənin bildirdiyinə görə, nazir postuna təyin olunana qədər biznes sahəsində ciddi uğurlar qazanmış Azad Rəhimov oğlunun da özü kimi tanınmış biznesmen olmasına lazımi təkan verir: "Gənclər və İdman Nazirliyinin sifarişi ilə icra edilən layihələrdə maliyyə fırıldaqları mövcuddur. Müvafiq qurumlar yoxlama aparmaqla həmin maxinasiyaların üstünü aça bilər. Nədənsə bəzi qüvvələr bu işdə maraqlı deyillər. Onu da demək lazımdır ki, Gənclər və İdman Nazirliyinin rəhbəri tikinti sektorunda əsas pay sahiblərindən biridir. "DDLAR GROUP" tərəfindən təhvil verilmiş layihələrə nəzər salsaq bunu görə bilərik. "Green park", "İzmir", "Green Palace", "Astoriya", "Megacity" kimi böyük yaşayış kompleksləri məhz nazir oğlunun tikinti biznesinin tərkib hissəsidir. Tenderlərin şəriksiz qalibi olan "DDLAR GROUP" şirkətinin illik gəliri bəlkə də milyardlara bərabərdir. Əlbəttə, bu işdə nazirin böyük rolu var. Çünki o rəhbərlik etdiyi qurumun tenderlərinin böyük hissəsini oğlunun şirkətinə istiqamətləndirir. Beləliklə, dövlət büdcəsinin vəsaitləri nazirin himayəsindəki şirkətin bank hesablarına köçürülür".
Nazirin və oğlunun biznesi təkcə ölkə hüdudları ilə kifayətlənmir. "DDLAR GROUP" sərmayə layihəsi çərçivəsində Səudiyyə Ərəbistanında 2 və 3 mərtəbəli kotteclər layihələndirərək inşa edib. 96 kottecin inşası yerli landşaft nəzərə alınmaqla yerinə yetirilib. Məmur oğlunun həmçinin İtaliya və İspaniya kimi ölkələrdə də nəhəng biznes obyektlərinin olduğu bildirilir". Deyilənə görə, "Şadurvan" çay evi, " Green Park" elit yaşayış kompleksində yerləşən "Royal Club" da nazirin nəzarəti altındadır.
Qeyd edək ki, bizim heç kimin malında, var-dövlətində gözümüz yoxdur. Bizi maraqlandıran sadəcə büdcə vəsaitlərinin düzgün qaydada xərclənməməsidir. Dövlət qurumlarının həyata keçirdikləri tenderlərdə bir qayda olaraq bu quruma rəhbərlik edən şəxslərə yaxın adamların şirkətlərinin qalib gəlməsi artıq ənənə halını alıb. Bunu görmək üçün keçirilən tenderlərə nəzər salmaq kifayət edir. Tender elan edən qurumun orada iştirak edən şirkətlərlə əlaqəsinin olması isə yolverilməzdir. Bu məqamlar qanunvericilikdə öz əksini tapıb. Əfsus ki, gənclər və idman naziri qanunların tələbini kobud şəkildə pozaraq tenderlərin yetərli hissəsini oğlunun rəhbərlik etdiyi şirkətə verir. Hesab edirik ki, bu kimi hallar aidiyyəti dövlət qurumları- Hesablama Palatası, Maliyyə Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalı və büdcəyə divan tutan şəxslər qanunamüvafiq qaydada cəzalandırılmalıdır. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|