Daha bir maliyyə fırıldağı şəbəkədi: Dövlətin götürdüyü krediti "yeyiblər" - FAKTLAR
Tarix: 27-05-2015, 12:21 | Çap et
Fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının inkişafına yardımçı olmaq, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərmək, aqrar bölmənin stimullaşdırılmasını həyata keçirmək, kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, kredit ittifaqlarının, borcalanlar qrupunun yaradılmasına, inkişaf etdirilməsinə dəstək vermək, onlara kreditlərin verilməsini təmin etmək olan "İcraçı Kredit Agentliyi" (İKA) MMC Bank olmayan Kredit Təşkilatının sədri Arif Əliyevlə bağlı redaksiyamıza tükürpədən məlumatlar daxil olub.
Redaksiyamızın elektron poçt ünvanına məktub göndərən şəxs iddia edir ki, agentliyin rəhbəri kredit təşkilatlarının rəhbərləri ilə əlbir olaraq Dünya Bankından ayrılan milyonlarla vəsaiti başqa istiqamətlərə yönəltməklə məşğul olur bu fəailiyyətini hazırda da davam etdirir. "O, yaxın ətrafına məxsus ayrı-ayrı şəxslərin adına kənd təsərrüfatı və sahibkarlığın inkşafı adı altında bir neçə milyon dollar kredit götürərək həmin vəsaitləri özünün başqa biznesinə yönəldib. Bu əməliyyatların bir çoxu Salyan rayonunda həyata keçirilir. "İcraçı Kredit Agentliyi"nin rayonlarda fəaliyyət göstərən kredit təşkilatlarına ayrılan vəsaitlərdə Arif Əliyevin və Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı Kreditlər Üzrə Dövlət Agentliyinin sabiq baş direktoru Razim Vəliyevin də payı var. Bank Olmayan Kredit Təşkilatı məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyi olub. Lakin MMC rəhbəri assosiasiyanın idarə heyətinin sədri Ayaz Quliyevlə əlbir olaraq qeyri-qanuni yollarla Bank Olmayan Kredit Təşkilatını öz və yaxın adamlarının adına özəlləşdirməyə nail olub. İKA-nın qeyri-adi özəlləşdirmə strategiyası ondan ibarətdir ki, agentliyin nizamnamə kapitalındakı payını azaldaraq Arif Əliyev başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçiblər. Bu şəxs hazırda dövlət zamanəti ilə Dünya Bankından alınan 18,8 milyon ABŞ dollarını "özünün özəl təşkilatı"nın vəsaiti kimi istifadə edir və dövlətin büdcəsinə qaytarmağa tələsmir". Məktub müəllifi daha sonra yazır ki, bu vəsaitin ölkəmizə gətirilməsi və İKA vasitəsilə Kİ-lərə paylanılması müvafiq hökumət qurumu, eyni zamanda Dünya Bankı tərəfindən agentliyin təsisçisinin tam olaraq ictimai birlik, yəni "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" olması təqdirində razılaşdırılmışdır. Yəni "İcraçı Kredit Agentliyi" MMC-də 18,8 milyon dolların dövriyyəsindən əldə olunan mənfəət heç bir fiziki şəxsin marağı olmadan ilin sonu nizamnamə kapitalına əlavə olunmalı, layihə bitdikdən sonra isə dövlət büdcəsinə ötürülməli idi. MMC sədri isə mütəmadi olaraq kredit ittifaqlarının sədrlərini öz otağında toplayır, onları bu strategiyanı həyata keçirməyə məcbur edir. Əks halda onları kreditdən məhrum etməklə hədələyirdi. Absurd odur ki, kredit ittifaqları assosiasiyanın üzvü olmalarına baxmayaraq, sədrlərindən pul yığmaqla həmin şəxsləri ikitərəfli təsisçi etmələri heç bir məntiqə sığmır. Həmçinin dövlət layihəsini icra edən və kapitalı dövlət vəsaitindən ibarət olan təşkilatın naməlum fiziki şəxslər tərəfindən özəlləşdirilməsi də bir daha Dünya Bankının vəsaitinin heçç-puça çıxarılmasına ciddi şübhələr yaradır. Layihə çərçivəsində kəndli fermerlər və kiçik sahibkarlar kredit ittifaqları vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə etməklə öz güzəranlarını yaxşılaşdırmalı idilər. Dövlətə çatası olan mənfəət isə müxtəlif təsisçilərin adı ilə özəlləşdirilərək Arif Əliyev və onu himayə edən şəxsə çatdırılırdı. Bunun həyata keçirilməsində Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş baş direktoru, hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin rəhbəri vəzifəsində çalışan Razim Vəliyev səbəbkardır. Beləliklə sədr İKA-nı məhz özünə qulluq etmək üçün özəlləşdirərək qanunsuz işlərinə davam edir. Kredit ittifaqları hələ 1999-cu ildə ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin qərarı və dəstəyi ilə yaradılıb. Onların əsas məqsədi dünyanın bütün ölkələrindəki kimi beynəlxalq prinsiplərə əsaslanaraq yoxsul təbəqənin həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Lakin Arif Əliyevin Dünya Bankı tərəfindən ayrılan vəsaitləri özəlləşdirməsi böyük problemlər yaradıb. Bu da ölkəmizin beynəlxalq imicinə zərbə vura bilər. Ötən il Dünya Bankı ilə imzalanan sazişə əsasən yeni kredit xətti ayrılanda bankın nümayəndələri kredit ittifaqlarının vasitəsilə işləməkdən qəti şəkildə imtina ediblər. Buna baxmayaraq, İKA öz strategiyasında 2015-ci ildə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıqdan bəhs edir. Bunlar hansı əməkdaşlıqdan bəhs edirlər? Halbuki, dünyanın ən böyük donor təşkilatı olan Dünya Bankı üç ildən çoxdur ki, bunlardan üz döndərmiş, layihənin saxlanmasını tələb etmiş və hətta onların çirkin əməllərindən Azərbaycanın rəsmi dairələrinə şikayət edərək tədbir görməyi tövsiyə etmişdir. Belə ki, agentlik Dünya Bankından alınan kreditləri tam büdcəyə geri qaytarmadan özlərinin gəlir əldə etməsi üçün yararlanır. Gələcəkdə bu borc hökumətin üzərində qala bilər. Kredit ittifaqlarını müflis edən Arif Əliyev, həmçinin başqa yollarla Kredit İttifaqları Assosiasiyasının İdarə Heyətinin sədri vəzifəsinə seçilən Ayaz Quliyev bu əməlləri ilə kimə nə demək istəyir? MMC sədri "Aşıxlı", "Tərəkəmə", "Yüzbaşlı-2", "Aran", "Ləman", "Masallı", "Hindarx" kredit ittifaqlarının və digərlərinin adı ilə təşkilatdan külli miqdarda pullar çıxarıb və onlara az miqdarda kredit göndərir. Salyan rayonunun Alçalı, Bəydili, Arbatan, Ərəbqardaşbəyli, Qızılağac və Salyan şəhərinin 19 nəfər sakininin əmlakı satışa çıxarılıb. Göstərilən vətəndaşların böyük əksəriyyəti əslən salyanlı olan "İcraçı Kredit Agentliyi"nin sədrinin qohumları və ona yaxın olan şəxslərdir. Məhkəmə qərarları faktiki olaraq formal xarakter daşıyır. Çünki mülkləri satışa çıxarılan sakinlərin hamısı həmin evlərdə bu gün də yaşayır, biznes sahələrindən istifadə edirlər. İKA-nın regional nümayəndəsi, sədrin yaxın qohumu Vaqif İslamov "ümidsiz kreditlər" sayəsində milyonerə çevrilib. Onun bütün maliyyə işlərində yaxın dostu "Dollar Rüstəm" kimi tanınan məşhur sələmçi iştirak edir. Faktiki olaraq agentliyin yüz minlərlə vəsaiti sələmçilər tərəfindən dövriyyəyə buraxılıb. Vaqif İslamov bu biznesdən böyük gəlir əldə edir. Kreditlərin isə MMC rəhbərinin şəxsi pulu olduğu deyilir". Məktubda qeyd olunan məqamları araşdırmaq məqsədilə "İcraçı Kredit Agentliyi" MMC-nin (012) 464-83-34 nömrəli əlaqə telefonuna zəng vurduq. Dəstəyi qaldıran xanım Arif Əliyevin yerində olmadığını, işə nə vaxt qayıdacağını isə bilmədiyini söylədi. Günün ikinci yarısında qeyd olunan nömrəyə bir daha zəng vurduq, amma yenə də sədri işdə tapa bilmədik. Növbəti sayımızda Şimal-Şərq (Xaçmaz-Quba-Qusar), Şimal-Qərb (Şəmkir-Tovuz-Qazax) və Cənub (Lənkəran-Astara) bölgəsi üçün ayrılan 50 milyon manatın hansı işlərə xərclənməsi və MMC sədrinin sabiq kənd təsərrüfatı naziri İsmət Abasovla birlikdə gördüyü işlər haqqında şok faktları açıqlayacağıq. Bizi izləməyə davam edin.
P.S. Bildiyiniz kimi, son vaxtlar maliyyə xəyanətində ittiham olunan bir neçə iri iş adamı, böyük şirkətlərin sahibləri həbs olunublar. Fikrimizcə, məqalədə qeyd olunan faktlar müvafiq orqanlar tərəfindən dərinliyinə qədər araşdırılsa, adıçəkilən şəxslərin də həbsi reallaşa bilər.
(Ardı var) "Gündəlik Bakı"nın araşdırma qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|