Bələdiyyə sədrinin müavini iş adamının başını partlatdı - Sabirabadda qanlı insident...
Tarix: 24-06-2015, 11:26 | Çap et
İyun ayının 21-də Sabirabad rayonunun Həşimxanlı kəndində qanlı olay baş verib. Bu barədə "Gündəlik Bakı"nın Şirvan bürosuna məlumat daxil olub. Hadisə kənd sakini Nəcəfov Aqif Qəhrəman oğlu ilə Həşimxanlı kənd bələdiyyə sədrinin müavini Əmrahov Fikrət Namik oğlu arasında qeydə alınıb. Qəzetimizin Şirvan bürosuna müraciət edən vətəndaş Aqif Nəcəfov başına gələnləri bu cür nəql edib: "Mən kəndimizdə xırda sahibkarlıqla məşğul oluram, daha dəqiq desəm çayxana işlədirəm. Bələdiyyə sədrinin müavini, hazırda isə sədrin vəzifəsini icra edən Fikrət müəllim hələ bir neçə ay əvvəl gəlib dedi ki, sənin işlətdiyin çayxananın ərazisi bələdiyyə torpağına aiddir. Birinci dəfə 50 manat verib onu yola saldım. İkinci dəfə də gəlib məndən pul istədi. Bu dəfə məbləği qaldırmışdı- 100 manat tələb etdi. Buna maddi imkanım çatmadı və pulu verə bilmədim. Həmin gündən bələdiyyə sədrinin müavini mənimlə prinsip aparmağa başladı. Aramızda baş vermiş narazılıq ayın 21-də insidentlə yadda qaldı. Belə ki, bazar günü bələdiyyə sədrinin müavini məni bələdiyyənin inzibati binasına dəvət etdi. Qeyri-iş günü olsa da, Fikrət Əmrahov orda idi. Elə oldu ki, söhbətimiz alınmadı. Belə başa düşdüm ki, çayxananın fəaliyyətini davam etdirməsi üçün sədr müavininə 2-3 min manat verməliyəm. Maliyyə durumum buna imkan vermirdi. Çox çək-çevirdən sonra aramızda narazılıq yarandı və sədr müavini məni vurdu. Bu zaman əlbəyaxa olduq. Özümü müdafiə məqsədilə mən də onu vurdum. Sonda o məni necə itələdisə, başım divara dəydi və parçalandı. Huşumu itirdim. Özümə gələndə artıq Şirvan Şəhər Mərkəzi Xəstəxanasında idim. Həkimlər vaxtında müdaxilə etməsəydi, bəlkə də indi həyatda yox idim. Bu hadisəni heç vaxt unuda və sədr müavinini bağışlaya bilmərəm. Hadisə ilə bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bələdiyyə sədrinin müavini mütləq cəzasını çəkməlidir". Baş vermiş hadisəyə aydınlıq gətirmək məqsədilə Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahovla əlaqə saxladıq. O hadisəni təsdiq edərək bildirdi ki, Aqif Nəcəfov mülkiyyətində olan 500 kvadratmetrlik ərazidə və bələdiyyə mülkiyyətindəki torpaq sahəsində qanunsuz tikinti işləri aparıb: "Sədr işə çıxmadığından onun səlahiyyətlərini mən icra edirəm. Vətəndaş həm əhaliyə xidmət edən su zolağının ərazisinə girib, həm də özünə aid olmayan təxminən 300 kvadratmetrlik ərazidə qanunsuz tikinti işləri həyata keçirib. Bundan başqa, dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 35 min kilovatlıq elektrik xəttinin altında "besetka"lar tikdirib. Buna görə iyun ayının 13-də ona rəsmi şəkildə məktub göndərdim. Xahiş etdim ki, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahəsində apardığı tikinti işlərini dayandırsın, torpağın əvvəlki vəziyyətinə qaytarılmasını təmin etsin. Əks halda, haqqında bələdiyyə tərəfindən məhkəmə iddiasının qaldırılacağını bildirdim. Görünür, vətəndaş mənim bu sözlərimi həzm etmədi. İş otağımda subsidiyalarla əlaqədar sənədləri hazırlayırdım. Birdən tanımadığım nömrədən mənə zəng gəldi. Dəstəyin o tərəfindəki Aqif Nəcəfov idi. İş adamına bir daha bələdiyyənin göndərdiyi məktub haqda məlumat verdim. O isə telefonda mənim ünvanıma təhqiramiz ifadələr işlətdi. Dedim ki, bu sözlərə görə səni başa salacam. Bunu deyib telefonu söndürdüm. Dərhal ərazi üzrə polis sahə müvəkkilinə məlumat verdim. İcra nümayəndəsini də yanıma çağırdım. Telefon danışığının üzərindən yarım saat keçəndən sonra sahibkar mənim otağıma gəldi. Yaxamdan tutub söyüş söyməyə başladı. Dözülməz söyüşlər söydüyü üçün mən də ona müqavimət göstərdim. Yanımda icra nümayəndəsi, onun müavini də var idi. Əsəbiləşib iş adamını itələdim. Bu vaxt başı otaqda harasa dəyib partladı. Hadisədə cinayət tərkibi olduğundan müvafiq hüquq-mühafizə orqanlarına artıq müraciət etmişəm". Baş vermiş cinayətlə bağlı Sabirabad Rayon Polis Şöbəsindən məlumat almağa çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Hər halda, bu hadisənin üzərindən səthi ötüb keçmək doğru olmazdı. Yerli hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri hadisənin başvermə səbəblərini obyektiv şəkildə araşdırmalı və günahkarı ciddi şəkildə cəzalandırmalıdır. Növbəti saylarımızda bu insidentlə bağlı təfərrüatları açıqlayacaq, bələdiyyənin xanım sədrinin nəyə görə işə çıxmaması və icra başçısı Nazim İsmayılovun baş verən xoşagəlməz hadisələrə niyə münasibət bildirməməsi barədə yazı dərc edəcəyik. Bizi izləyin. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
|