670 min insan Rusiyadan geri göndərilə bilər .....                     Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                 

Qərib Məmmədovdan milyonların hesabı sorula bilər... - Başı dərddədir...
Tarix: 25-06-2015, 11:58 | Çap et
Qərib Məmmədovdan milyonların hesabı sorula bilər...
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün səlahiyyətli şəxslərinin fəaliyyəti ciddi şəkildə təftiş olunur
Bildiyiniz kimi, bu ilin fevral ayının 5-də dövlət başçısının imzaladığı müvafiq fərmanla ölkədə mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədi ilə Qərib Məmmədovun 20 ilə yaxın müddət ərzində rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ləğv edilib. Adıçəkilən komitənin səlahiyyətləri isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilib. Bununla da Qərib Məmmədovun karyerasına son qoyulmuş oldu.
Lakin görünən odur ki, sabiq komitə sədri DTXK-nin ləğvi ilə canını qurtara bilməyəcək. Belə ki, əldə etdiyimiz bilgilərə görə, onu həbs təhlükəsi gözləyir.
Redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, təxminən, 2 aydan artıqdır ki, Qərib Məmmədov başda olmaqla, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bütün səlahiyyətli şəxslərinin, eləcə də komitənin yerli şöbələrinin fəaliyyəti ciddi şəkildə təftiş olunur: "Deyilənlərə görə, həm Qərib Məmmədovun, həm də onun tabeliyində çalışan şəxslərin işi Heysablama Palatası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Maliyyə və Vergilər nazirlikləri, həmçinin digər müvafiq qurumlar tərəfindən köklü şəkildə araşdırılır. Qeyd edim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən bir müddət sonra adıçəkilən komitəyə və onun tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsi ilə bağlı auditin nəticələri ürəkaçan olmayıb. Belə ki, Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Qərib Məmmədovun komitəsində ötən il ərzində bir çox maliyyə pozuntularına yol verildiyi bildirilib. Məlum olub ki, komitənin aparat üzrə büdcə proqnozları tərtib edilərkən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək bir sıra hallarda xərc maddələri üzrə əhatəli iqtisadi əsaslandırma və hesablamalar aparılmayıb, bəzi xərclər üzrə real tələbat və ötən illərin icra faizi nəzərə alınmayıb, tələbatdan artıq vəsaitlər nəzərdə tutulub. Nəticədə bəzi xərc paraqrafları üzrə kassa xərcləri aşağı olub, bəzi xərclər üzrə ilkin təyinat tam icra edilməyib. Bundan başqa, dövlət qulluğunun tənzimlənməyən qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi nəticəsində əməkhaqqı, ezamiyyə müddətinin düzgün hesablanmaması səbəbindən ezamiyyə xərcləri artıq ödənilib, xidməti minik avtomobillərinin sayı həddinə əməl edilməyib, nəqliyyat vasitələrinin təmiri bəzi hallarda qüsur aktları tərtib edilmədən həyata keçirilib, normalara riayət edilməməsi nəticəsində artıq yanacaq silinib".

Məlumatlı şəxsin sözlərinə görə, Hesablama Palatası tərəfindən aparılmış audit zamanı o da bəlli olub ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 2013-2014-cü illərdə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına vəsait üzrə yerinə yetiriləcək təmir-tikinti işləri ilə bağlı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməyib, ödənişlər icraçının təqdim etməli olduğu sənədlər tələb olunmadan aparılıb, başa çatmayan təmir-tikinti işlərinin dəyəri müəssisənin balansında müvafiq hesabda əks edilməyib: "Bağlanmış müqavilələrdə və mal alışı sənədlərində isə malların adları, texniki tələbləri, ölçüləri, mənşəyi və parametrləri öz əksini tapmayıb, 2 halda müqavilə öhdəlikləri 23,5 faiz və 12,3 faiz icra edilərək heç bir səbəb göstərilmədən ləğv olunub və müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan digər müəssisə ilə birbaşa müqavilə bağlanaraq icra edilib. Qeyd edim ki, uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışan şəxslər də artıq etiraf edirlər ki, Qərib Məmmədovun nöqsanlı fəaliyyəti ucbatından 100 milyonlarla dövət vəsaiti havaya sovrulub. Mənbə həmçinin, onu da iddia edir ki, ötən 20 ildə Qərib Məmmədov ətrafına kifayət qədər səriştəsiz, savadsız, qeyri-peşəkar "kadr"ları toplayıb və bununla da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətini iflic vəziyyətə salıb: "Deyilənlərə görə, Qərib Məmmədovun sağ əllərindən olan Cavid Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin məlum videolarının rejissorluğunu edib və Elşad Abdullayevdən sonra Qərib Məmmədovun sevimlisinə çevrilib. Bundan başqa, ölkə başçısının informasiya texnologiyalarının inkişafına önəm verdiyi dövrdə savadsız mütəxəssisləri komitəyə yığmaqda Qərib Məmmədovun torpaq islahatına nə qədər "səmimi" olması daha aydın görünür. Onun "kadr"larının böyük əksəriyyəti adi üçbucağın sahəsini hesablaya bilmir, 1 hektar torpağın neçə kvadratmetr olduğundan xəbərsiz idilər. Odur ki, bu cür komitənin ləğv olunması təbii hal kimi qarşılanmalıdır. Çünki Qərib Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini özünün biznes obyektinə çevirmişdi…" \\gundelik-baku.com \\

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru