Aydın Əliyevin adamı sahibkarı həbslə hədələyir - Xaçmaz gömrüyündə özbaşınalıq
Tarix: 8-07-2015, 10:37 | Çap et
Qəzetimizin dünənki sayında Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsində cərəyan edən qanun pozuntuları, rəis Azər Məmmədovun vəzifəsinə laqeyd münasibət göstərməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Süleymanov İrşad Əlseyran oğlunun üzləşdiyi haqsızlıq barədə məlumat vermişdik. Vətəndaş bildirmişdi ki, damazlıq məqsədilə Rusiyanın Kalmıkiya vilayətinin Ulanxol damazlıq təsərrüfatından aldığı mal-qaranı rəsmiləşdirə bilmir:
"Yük şöbəsində dedilər ki, get maliyyə şöbəsində vəziyyəti araşdır, sonra gəl malı rəsmiləşdirək. Maliyyə şöbəsinin rəisi Məzahir müəllimə yaxınlaşdım və onunla səmimi görüşdüm. Qeyd edim ki, bundan öncə də ölkəyə damazlıq mal gətirmişdim. Həmin vaxt malın bir maşını üçün 236 manat rüsum ödəmişdim. Məzahir müəllim etiraz etmədiyini və müəyyən xərclərin ödənməsindən sonra malırəsmiləşdirə biləcəyini söylədi. Hər mal üçün məndən 180 dollar pul tələb etdi. Pulu vermək istəməyəndə aramızda narazılıq yarandı. İdarənin rəsmi şəxslərindən xahiş etdim ki, məni yeni rəis Azər Məmmədovla görüşdürsünlər. Amma rəis məni qəbul etmədi. Bildirdilər ki, baytarlar gedib sizin malı yenidən yoxlayacaqlar. İki nəfər baytar həkimi gəlib tövlədə 55 baş damazlıq malı yoxladılar. Biz birlikdə Xaçmaz Gömrük İdarəsinə qayıtdıq. İdarənin rəis müavini Zal müəllimin yanında oldum. O dedi ki, baş verənlər barədə rəisə məruzə edib sənə söz deyəcəm. Rəis bu dəfə də məni qəbul etmədi. Malıİpək Yolu terminalındakı laboratoriyaya göndərdiklərini açıqladılar. Daha sonra isə cavab gələndən sonra malı rəsmiləşdirəcəklərini dedilər. Üstündən üç gün keçdikdən sonra növbəti dəfə Xaçmaz Gömrük İdarəsinə yollandım. Burda mənə gömrük bəyannaməsi yazıldı. Bəyannamədə gətirdiyim damazlıq mal safqanlı və cins olmayan kimi göstərilmişdi. Etirazımı bildirərək bəyannaməyə qol çəkmədim. Bəyannamənin köçürmə qiymətini 9932 manat hesablamışdılar. İdarənin səlahiyyətli şəxslərinə bu özbaşınalıqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyimi dedim və oranı tərk etdim". Biz gözləyirdik ki, komitə sədri Aydın Əliyev may ayında vəzifəyə təyin etdiyi rəislə bağlı səsləndirilən ittihamlarla bağlı öz münasibətini bildirəcək və onun barəsində lazımi tədbirlərə imza atacaq. Görünən odur ki, komitə rəhbəri idarə rəisinin barəsində nəinki cəza tədbiri görmək fikrindədir, əksinə onun qanunsuz əməllər törətməsinə münbit zəmin yaradır. Dünən redaksiyamızla əlaqə saxlayan iş adamı yazı dərc olunandan sonra Xaçmaz Gömrük İdarəsinin rəisi tərəfindən hədələndiyini söylədi: "Əvvəlcə, üzləşdiyim problemi qəzetinizdə işıqlandırdığınız üçün sizə və qəzetin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Deyəsən, qəzetə etdiyim şikayət idarə rəisinin xoşuna gəlməyib. Belə ki, dünən mənə zəng vuran və özünü idarənin işçisi kimi təqdim edən Fətəli adlı şəxs rəisin sözlərini çatdırdı. Dedi ki, Azər Məmmədov bildirib ki, atdığı böhtanlara görə səni cinayətə cəlb elətdirəcək. Guya mən onun haqqında qəzetə yalan məlumat vermişəm. Mən isə həmin şəxsə cavabımda haqq mövqeyimdən geri çəkilməyəcəyimi dedim. İdarə rəisi qəzeti oxuyub, barəsində yazılanlardan bərk əsəbiləşib. Buna görə məni cinayət məsuliyyətinə cəlb elətdirmək istəyir. Onun işçisinə həmçinin dedim ki, əgər qəzetə verdiyim məlumatlarda cüzi yanlışlıq varsa, buna başımla cavabdehəm. Məgər indi hansı zəmanədə yaşayırıq ki, kimsə başqasına hədə-qorxu gəlsin? Ölkəmizin qanunları var. İnsanların hüquqları yüksək səviyyədə qorunur. Azər Məmmədovun hədələri məni qətiyyən qorxutmur. Çünki mən haqqam, haqqa söykənib danışıram. Azərbaycanın İlham Əliyev kimi prezidenti var. Mən ona güvənirəm. İdarə rəisi fikirləşir ki, bərkdən qışqırıb mənim səsimi batıracaq. Mərhum Heydər Əliyevin qurduğu, İlham Əliyevin rəhbərlik etdiyi ölkədə belə insanların iç üzü gec-tez ifşa olunacaq". Bu məsələylə bağlı prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Milli Təhlükəsizlik naziri Eldar Mahmudova, Daxili İşlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, spiker Oktay Əsədova və ombudsman Elmira Suleymanovaya teleqram vurmuşam. Qeyd etdiyimiz kimi, Azər Məmmədov may ayında Xaçmaz Gömrük İdarəsinə rəis təyin olunub. Təyinatının heç 100 günü tamam olmamış artıq onun barəsində şikayətlərin ardı-arası kəsilmək bilmir. Bu isə o deməkdir ki, idarə rəisi ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Növbəti saylarımızda Xaçmaz Gömrük İdarəsində baş alıb gedən özbaşınalıqlar haqda araşdırma yazısı dərc edəcəyik. \\gundelik-baku.com\\
Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
|