Yasamal ƏSMM-də köhnə oyunların yeni tərtibatı - İmkanlılar imkansız kimi qeydə alınanda...
Tarix: 17-07-2015, 10:46 | Çap et
Qəzetimizin ötən saylarından birində Bakının Yasamal rayonunda fəaliyyət göstərən Əhalinin Sosisl Müdafiə Mərkəzinin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və bir çox başqa neqativ hallardan bəhs edən material dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, Yasamal ƏSMM-in direktoru Gülnarə Salahova aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə Bakıda fəaliyyət göstərən analoji qurum rəhbərləri arasında xüsusilə seçilir. Aldığımız açıqlamalarda belə bir itiham irəli sürülür ki, plastik kartların tətbiq olunduğu vaxtdan bəri çox yayılmış bir üsulla, kartların ilk altı ay ərzində qanuni sahiblərindən saxlanılması yolu ilə aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi bu gün də Yasamal ƏSMM-də geniş tətbiq olunur. Həmçinin məlumatlarda vurğulanır ki, bu mərkəzdə sosial yardıma ehtiyacı olan insanlar irəli sürülən şərtlərlə razılaşmırlarsa, onlar müxtəlif üsullarla incidilir, sənəd məsələsində get-gələ salınırlar. Məlum olduğu kimi sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur, yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Amma Yasamal ƏSMM-də bu tələblərin heç birinə əməl olunmur. Rayon sakinlərindən əldə etdiyimiz məlumatlara görə, mərkəzin direktoru Gülnarə Salahova ölkə başçısının sosial yardıma ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğını heçə sayaraq öz şəxsi maraqları naminə çalışır. Sakinlər deyir ki, qanunla ünvanlı yardım almaq hüququna malik olan insanlar mərkəz rəhbəri tərəfindən müxtəlif bəhanələrlə süründürməçiliyə məruz qoyulurlar. Mərkəzdən ünvanlı yardım alan şəxslərin çoxu isə imkanlı insanlardır. Onların sosial yardıma əslində heç bir ehtiyacları da yoxdur. Bu barədə məlumatlarda deyilir: “Direktor həmin şəxslərdən müəyyən məbləğdə rüşvət alaraq, onlara qeyri-qanuni sənəd düzəldir. Yardımın 6 ayını onlara verib, 6 ayını isə özünə götürür. Ünvanlı yardıma həqiqətən də ehtiyacı olanlar isə, idarədən əliboş yola salınırlar. Direktor və işçiləri bu insanları heç bir səbəb olmadan incidirlər, onların qarşısına sənəd maneəsi qoyurlar. Elə sənədlər tələb edirlər ki, bu, qanunda yazılmayıb...” Artıq ötən materialda da qeyd etdiyimiz kimi, aldığımız məlumatlarda belə bir məqam da vurğulanır ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Salahova bəzi məcburi tədbirlərə də əl atmalı olmuşdur. Belə ki, Yasamal ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Gülnarə Salahovanın Yasamal ƏSMM-nin rəhbərliyinə gəlməsi xüsusunda mətbuata açıqlamanı təqdim edən mənbə isə iddia edir ki, bu xanım ilkin olaraq, qanunsuz yolla direktor müavini təyin edilib. Belə ki, Gülnarə Salahova 2014-cü ilin oktyabr ayında respublikanın ən ucqar rayonu olan Yardımlı rayonuna elan olunan müsahibədə iştirak edib və bu zaman onun heç bir rəqibi olmayıb. Sonra isə nazirlikdə olan himayədarının səyi ilə məhz Yasamal rayon ƏSMM-nə müavin təyin edilib. Bundan bir qədər də sonra Gülnarə Salahova şər atmaqla keçmiş müdirin işdən çıxarılmasına nail olub və artıq özü bu mərkəzdə direktor vəzifəsini icra etməyə başlayıb. Qeyd etməyə bilmərik ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda Salahovanın hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilməlsi, onun yuxarı dairələrdə güclü himayədarlarının olması fikrini bir daha təsdiq edir...\\bizimdovr.az\\
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
|