Çərşənbə, 5 mart 2025, 02:53:46  
   Lukaşenko Belarusun nüvə silahından nə vaxt istifadə edəcəyini açıqlayıb .....                     ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir .....                     Ermənistan eyni anda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz .....                     Ukraynaya dəstək, Azərbaycana dirsək? .....                     “Onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər” .....                     Araikin Paşinyana məktubu üzə çıxdı: Müharibə ilə bağlı Bakıda dedikləri… .....                     "Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın .....                     "Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb .....                     Əfv ömürlük məhbuslara da şamil olunacaq? .....                     Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib .....                     "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə .....                     Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? .....                     “Həkimlər dedi ki, 2 il ömrü qalıb” .....                     Pekin Trampın vədinə inanmır .....                     Paşinyanın QARIN AĞRISI... .....                     Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? .....                     10 ildən artıq evli olanlar daha çox boşanır: .....                     Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? .....                     Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib .....                     Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? .....                     Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var .....                     İran danışıqlardan imtina etdi .....                     Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək .....                     Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                     Başçının qəbuluna düşmək olmur... .....                     Böyük biabırçılıq və ya siyasi dəllalın şousu .....                     Naxçıvan icra başçısına I müavin təyin edilib .....                     Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” .....                     14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                 

DEYİR, ƏRİM MƏNİ QISQANMIR...
Tarix: 11-10-2013, 09:09 | Çap et
DEYİR, ƏRİM MƏNİ QISQANMIR...
Dövlət Rus Dram Teatrının aktrisası Natavan Hacıyevanın Milli.Az-a müsahibəsi.

- Natavan xanım, aktrisa olmaq qərarını nə zaman verdiniz?

- Mənim aktrisalığa həvəsim illər əvvəl yaranıb. Hələ universitetdə oxuyarkən tez-tez Dövlət Rus Dram Teatrına gəlib tamaşalara baxırdım. O zamanlar mən həm də rəqs ansambllarından birinin üzvü idim. Bu da, öz növbəsində, mənim aktrisalığa meyl etməyimdə az rol oynamadı. Mən, əslində, iqtisadçıyam. Öz sahəm üzrə müxtəlif yerlərdə işləyə bilərdim. Ancaq qəti şəkildə planlaşdırmışdım ki, aktrisa olacağam və buna görə də ikinci universitetə qəbul olmaq məqsədi ilə sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə təqdim etdim və ora qəbul olundum. Bir il orada oxuduqdan sonra təhsilimi davam etdirmək üçün Moskvaya yollandım.

- Bəs valideynləriniz bu qərarı necə qarşıladılar?

- Təbii ki, onlar müəyyən qədər narahat və narazı idilər. Ancaq mən onları razı sala bildim.

- Moskvadan qayıtdıqdan sonra dərhal işlədiniz, yoxsa?..

- Təhsilimi başa vurduqdan sonra Bakıya qayıtdım və 2008-ci ildə Dövlət Rus Dram Teatrının aktyor heyətinə cəlb edildim. O gündən bu günə qədər də burada fəaliyyət göstərirəm.

- Sizi sənətdən hansı qüvvə ayıra bilər?

- Qətiyyən, Allahdan başqa heç bir güc məni bu sənətdən ayıra bilməz.

- Ailəlisiniz?

- Bəli, artıq dörd ildir ki, ailə həyatı qurmuşam.

- Övladınız var?

- Xeyr, yoxdur. İnşallah, o da olacaq (gülür).

- Həyat yoldaşınızın sənətinizə müasibəti necədir? Sizi qısqanmır ki?

- Həyat yoldaşım mənim sinif yoldaşım olub. Əslində, sənətimə normal baxır. Amma bu, o demək deyil ki, qısqanclıq olmur. Olan olur...

- Bəs özünüz necə, qısqancsınız?

- Bir o qədər də yox, müəyyən qədər.

- Tamaşaçılardan sizə sevgi etirafı edən olub?

- Sırf “səni sevirəm” deyən insan olmayıb. Məni bir aktirsa kimi bəyənənlər isə kifayət qədərdir.

- Həyatınızda neçə dəfə sevmisiniz?

- Yalnız bir dəfə. O da həyat yoldaşımı. Sevgim təkcə ona olub.

- Ümumiyyətlə, təbiətcə necə insansınız?

- Təbiətcə sakit biriyəm. Çalışıram ki, adım heç bir qalmaqalda hallanmasın.

- Hər kəsin həyatında özünün də bağışlamadığı bir səhv olur. O səhv hər dəfə yada düşəndə insanı “incidir”. Sizin də belə bir səhviniz olub?

- Olub. Üç il bundan öncə elə bir səhv etmişəm ki, acısını hələ yaşayıram.

- Nə idi o səhv?

- Bu barədə danışmaq istəməzdim... Ümumiyyətlə, mən dərdimi bölüşən insan deyiləm. Dərdlərimi, sirlərimi nədənsə öz içimdə boğmağa üstünlük verirəm.

- Bir neçə il bundan öncəki Natavanla indikinin arasında fərq nədir?

- Əsas fərq budur ki, əvvəllər həddindən artıq səbrsiz idim. İndi elə bil ki, səbr etməyi öyrənmişəm, zaman keçdikcə bu neqativ halı aradan qaldıra bilmişəm.

- Hansı geyim tərzinə üstünlük verirsiniz?

- Mənə necə rahatdırsa, elə də geyinirəm. Kənardakı insanların fikirlərini çox vaxt nəzərə almıram.

- Sizə nə çox qayğı göstərən kimdir?

- Düşünürəm ki, anam. Çünki o, indinin özündə də mənimlə mütəmadi olaraq əlaqə saxlayır, harada olduğumu, nə etdiyimi, nəyəsə ehtiyacım olduğunu, və s. soruşub maraqlanır.

- Tez kövrəlirsiniz?

- Bəli, kövrək olmağına kövrəyəm. Ancaq heç vaxt istəməmişəm ki, mənim göz yaşlarımı kimsə görsün.

- Seriallardan dəvət alırsınız?

- Bu vaxtacan seriallarda rol almamışam. Ancaq təzəliklə “Sonuncu bahar” adlı bir seriala dəvət almışam, orada çəkilirəm.

- Azərbaycanda açıq-saçıq səhnələrin çəkilməsinə münasibətiniz necədir?

- Bir aktrisa kimi deyə bilərəm ki, belə hallara normal baxıram. Həmin səhnələrə çəkilən heç bir aktrisanı da qınamıram. Çünki hərənin öz baxış tərzi var.

- Siz həmin növ səhnələrə çəkiləməyə razılıq verərsiniz?

- Düzünü desəm, mən indiyə qədər belə səhnələrdə iştirak etməmişəm. Təklif olunsa da, qəbul etmərəm. Yenə də deyirəm, qəbul etməməyim bunda qeyri-normal nəsə olmağından, yaxud həyat yoldaşımın pis reaksiya göstərə biləcəyindən irəli gəlmir, sadəcə olaraq, şəxsi qərarım belədir.

- Siz özünüz bir tamaşaçı kimi aktrisa Natavan Hacıyevanı necə qiymətləndirərsiniz?

- Bu suala cavab vermək mənim üçün bir qədər çətin olar. Yaxşı olar ki, buna tamaşaçılar özləri rəy versinlər. Çünki mən səhnədə oynayıram, onlar mənə baxırlar. Yəqin ki, onlar daha doğru bilərlər.

- Ümumiyyətlə, gününüzün çox hissəsini nə barədə fikirləşməklə keçirdirsiniz?

- Mən bu həyatda sənətdən, şöhrətdən, maddiyyatdan öncə insan olmağı fikirləşirəm. Əsl insan olmaq üçün bütün gücümlə səy göstərirəm. Fikirləşirəm ki, əgər hər bir insan kamil insan olmaq üçün cəhd etsə və bunu bacarsa, qalan amillər öz-özlüyündə düzələr.

- İndiyə qədər oynadığınız tamaşalardan hansı sizə daha çox uğur gətirib?

- Mənim bütün rollarım mənim üçün əzizdir. Heç birinin arasında fərq qoymuram. Amma “Hökmdarın taleyi”, “Teleskop” və s. kimi tamaşalar mənim üçün uğurlu sayıla bilər.

- Bəs hansı rolu canlandırmaq arzusundasınız?

- İstəyərdim ki, “Kleopatra”nı oynayım...

- Xarici görünüşünüzdən tam razısınız?

- Mən özümü tam gözəl və ideal bir insan hesab etmirəm. Necəyəmsə, eləyəm. Artıq heç nə istəmirəm. Hər bir şeyə görə Allaha şükr edirəm.

- Kompleksləriniz var?

- Dəqiq deyə bilmərəm, bəlkə var, bəlkə də yox (gülür)...

- Həyatdan nə istəyirsiniz?

- Bilirsiniz, mənim çox maraqlı bir uşaqlıq arzum var idi. O arzu hələ də mənim xəyallarımda yaşayır. Həmişə kimsəsiz uşaqların taleyi məni çox düşündürüb. İstərdim ki, bir evim olsun və bütün kimsəsiz uşaqları həmin evin damının altında bir yerə yığıb onları öz himayəm altına alım.

- Gələcəkdə nə etməyi düşünürsünüz?

- Hələ ki, heç nə düşünmürəm. Heç bir planım yoxdur. Hər şeyi zamanın axarına buraxmışam.

DEYİR, ƏRİM MƏNİ QISQANMIR...
DEYİR, ƏRİM MƏNİ QISQANMIR...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lukaşenko Belarusun nüvə silahından nə vaxt istifadə edəcəyini açıqlayıb
Bu gün, 06:50
ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir - “Wired” portalı
Bu gün, 03:36
Ermənistan eyni anda həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz - Rusiya səfiri
Bu gün, 03:24
Ukraynaya dəstək, Azərbaycana dirsək? - AXI NİYƏ?..
Bu gün, 03:21
“Onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər” - Sərdar Cəlaloğlu
Bu gün, 03:18
Araikin Paşinyana məktubu üzə çıxdı: Müharibə ilə bağlı Bakıda dedikləri… - FOTO
Bu gün, 03:09
"Qaradağ Sənaye Layihə" ASC-nin 44 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:05
"Azərpambıq ASK” ASC-nin işçilərinin sayı 458 nəfər azalıb
Bu gün, 00:02
Əfv ömürlük məhbuslara da şamil olunacaq? - AKTUAL
Dünən, 19:10
Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib - BU FAKTDIR...
Dünən, 19:00
"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Dünən, 18:58
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Dünən, 18:04
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Dünən, 18:02
Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Dünən, 17:59
Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Dünən, 17:58
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Dünən, 17:55
10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Dünən, 17:49
Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Dünən, 17:47
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Dünən, 17:41
Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Dünən, 17:30
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Dünən, 17:27
İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Dünən, 17:23
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Dünən, 17:22
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Dünən, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Dünən, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Dünən, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Dünən, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Dünən, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Dünən, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Dünən, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Dünən, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Dünən, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Dünən, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Dünən, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Dünən, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Dünən, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Dünən, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Dünən, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Dünən, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Dünən, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Dünən, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Dünən, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Dünən, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Dünən, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Dünən, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Dünən, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Dünən, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru