DAHİLƏR KÜÇƏDƏ - KÜÇƏLƏRDƏKİ DAHİLƏR...
Tarix: 17-10-2013, 09:58 | Çap et
Bu, dilənçilik deyil. Bu qarşısına çıxan insanlara əl açıb onlardan kömək, onlardan imdad diləmək də deyil. Söhbət öz halal zəhməti ilə, lap el dilində desək, alın təri ilə pul qazanan küçə musiqiçilərindən gedir. Tarixi qədim köklərə gedib çıxan musiqi sənətinin bu növü əsrlər ötsə də, yaşamaqdadır. Qədim Yunanıstanın paytaxtı Afina şəhərində toplaşan küçə musiqiçiləri lira adlanan simli musiqi alətində yunan xalq mahnılarını ifa etməklə insanları qələbəyə kökləyirdilər. Bu musiqi sədaları yunan xalqının içində toplaşmış kədər hissini dağıtmağa da xidmət edirdi. Əsrlər ötsə də, küçə musiqiçiliyi hələ də unudulmayıb. Hətta müasir dövrdə dünyanın böyük şəhərlərində küçə musiqiçilərinin festivalları da təşkil olunur. Belə musiqi sənətçilərinə bu gün az da olsa, Bakı küçələrində də rast gəlmək mümkündür. İsti-soyuq, yay-qış demədən öz işlərinin başında, neçə deyərlər sevimli musiqi alətlərini kökslərinə sıxıblar. İllərdir küçələrdə qarmon, gitara, kamança çalan belə insanların bəziləri artıq məşhurlaşıblar da... Belə musiqiçilərdən biri də əslən Cənubi Azərbaycandan olan 53 yaşlı Eldar Manafovdur. Onunla metronun “Xalqlar dostluğu” stansiyasının çıxışında qarşılaşırıq. Öz sevimli qarmonu qucağında, gözündə eynək, qarşısında kiçik bir pulqabı və bir də siqaret kötükləri ilə dolu külqabı... Qulaqlarımızda isə böyük sənətkarımız Akif İslamzadənin “Ala gözlüm” mahnısının sədaları. Ancaq məkan da, zaman da, elə ifaçı da fərqli. Fərqli məkanda, fərqli zamanda və fərqli simanın barmaqlarından qopur “Ala gözlüm”ün sədası. Onu öz dünyasından qoparmamaq üçün bir kənarda dayanıb sakitcə gözləyirik. Musiqi bitir. Biz də bundan istifadə edib növbəti reportajımızın qəhrəmanına yaxınlaşırıq, pulqabına 50 qəpik də atmağı unutmadan. Və beləcə söhbətimiz baş tutur. 10 yaşından bu peşə ilə məşğul olan qəhrəmanımızın heç bir musiqi təhsili yoxdur. Heç notu da bilmir. Amma çox gözəl musiqi duyumu var. Rəşid Behbudov, Şövkət Ələkbərova və Akif İslamzadədən uzun-uzadı söhbətlər etməkdən də doymur. Gəlin onun dediklərini öz dilindən oxuyaq: “10 yaşımdan qarmon çalmağı öyrənmişəm. Amma kasıb ailədən olduğum üçün heç vaxt musiqi təhsili ala bilməmişəm. Çox istərdim ki, musiqi təhsilim olsun, lakin bu mənə qismət olmayıb. Musiqi təhsili ala bilmədiyim üçün də uzun illər fəhləliklə məşğul olmuşam. Sonradan yaxşı qarmon çaldığım üçün məni toylara dəvət edirdilər. Birlikdə toylara getdiyim dəstə dağıldıqdan sonra isə işsiz qaldım. Ancaq yenə də köməyimə gələn bu sevimli qarmonum olur. Artıq 15 ildir ki, paytaxtın ayrı-ayrı yerlərində qarmon çalıram”. 15 ildir halal zəhməti ilə gündəlik çörəkpulunu qazanan həmsöhbətimiz “Gənclik” metrosunun çıxışında, “Vosmoy” bazarının yaxınlığında və A.M.A.Y-ın qarşısında işləyib. “Amma A.M.A.Y-ın yerini heç nə verməz”, deyir həmsöhbətimiz. A.M.A.Y-ın sahibi ona işləməyə kömək etməklə yanaşı maddi yardımını da əsirgəmirmiş: “Orda gəlirim yaxşı olurdu. Elə bil ki, oradakı insanlar musiqini başa düşürdülər, onların musiqi duyumu var idi. Ona görə də zəhmətimə yaxşı qiymət verirdilər. A.M.A.Y-ın yeri dəyişəndən sonra gəldim bura. Burada da ki, Allah bərəkət versin günə 10-15 manat qazanıram. Hətta elə gün olur ki, 20 manat da qazanıram”. Qazandığı pulun böyük bir hissəsini qızının təhsilinə xərclədiyini deyir Eldar kişi. Özü təhsil ala bilməsə də, qızının təhsil alması üçün çox çalışır: “Mən özüm ali təhsil ala bilmədim. Həmişə düşünürdüm ki, uşaqlarımı oxudacam. Ancaq oğlumu oxuda bilmədim. Nə qədər çalışsam da gördüm ki, onun təhsilə marağı yoxdur. Qızım isə İncəsənət Universitetində oxuyur. Qazancımın böyük bir hissəsini onun təhsilinə xərcləyirəm”. Həmsöhbətimiz daha çox öz bildiyi mahnıları ifa etdiyinmi söylədi. Ancaq hərdən mahnı sifarişləri aldığını da bildirdi: “Hərdən qutuya 1-2 manat atıb sifariş verənlər də olur. Sifarişçilər isə daha çox gənclər olur ki, onlar da ”Dolya vorovskaya" və “Ağlın varsa evlənmə” mahnılarını sifariş edirlər. Ancaq mənim bu mahnılardan xoşum gəlmir. Mən daha çox xalq mahnılarına üstünlük verirəm. Hətta bir neçə dəfə buna görə gənclərlə mübahisəm də olub. Onlara başa salmaq istəyirəm ki, “Dolya vorovskaya” , “Ağlın varsa evlənmə” sənət deyil. Sənət Rəşid Behbudovun, Şövkət Ələkbərovanın oxuduqlarıdır. Təəssüf ki, bu gün gənclərimizin zövqü korlanıb. Onlar əsil sənəti qoyub bulvar mahnılarına qulaq asırlar. Bulvar mahnılarına qulaq asan gənclikdən isə ciddi bir şey gözləməyə dəyməz. Bizim nəsil Rəşid Behbudovun mahnıları ilə böyüyüb. İndiki nəsil Üzeyir Mehdizadənin səsi ilə böyüyür". Müsahibimizi narahat edən əsas problemlərdən biri gənclərin musiqi duyumunun olmaması ilə bağlıdırsa, digəri isə təhsilsizliklə, kitaba marağın az olmasıdır: “Sovet dövründə gənclərin səsi kitabxanalardan gəlirdi. İndi isə onları çayxanalarda, gecə klublarında tapmaq olur. Hamısı da vaxtlarını boş-boş əyləncələrə xərcləyirlər. Hər şeyin dadı-duzu qaçıb. İndi nə sənətə, nə də sənətkara qiymət verən var. İndi hər şey bayağılaşıb”. Sonda qəhrəmanımızdan ayrılarkən biz də pul verib mahnı sifariş edirik. Ancaq onun dili ilə desək, zəhlətökən mahnılardan yox, “Küçələrə su səpmişəm ” mahnısını. O da qarmonu köksünə basaraq dilə gətirir... \ musavat \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
|