Suraxanıda hələ də QOÇULUQ zənanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                 

1 SAYLI İQTİSAD MƏHKƏMƏSİNİN SƏDRİNA ŞOK İTTİHAM
Tarix: 30-10-2013, 09:36 | Çap et
1 SAYLI İQTİSAD MƏHKƏMƏSİNİN SƏDRİNA ŞOK İTTİHAM
Keçən il redaksiyamıza ilginc bir məlumat daxil olmuşdur. Ancaq biz həmin yazını dərc etsək də onun qəhrəmanlarının adlarını açıqlamamışdıq. Bu günləri isə bu məsələ ilə bağlı bir çox yeni məlumatlar əldə etdiyimiz üçün o yazını əlavələrlə oxuculara təqdim edirik.

Etibarlı mənbədən aldığımız məlumata görə bir müddət əvvəl 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Hüseynov Müseyib Abbas oğlu Cəmilə adlı bir xanımı aldadaraq, onun 500 min manatlıq evini 260 min manata alıb. Bu azmış kimi Cəmilə xanımdan aldığı evi cəmi 50 min manata sənədləşdirərək vergidən də külli miqdarda yayınıb.

Bu barədə redaksiyamıza daxil olan sensasion iddiaya görə, aldadılan xanımın Gülarə Rəhimxan qızı Rəhimova soyadlı bacısı məhkəmə sədrinin bu əməlindən xəbər tutaraq tez xaricdən Azərbaycana qayıdıb və məsələni həll etmək məqsədilə adıçəkilən sədrlə görüşüb.

Məhkəmə sədri isə evi bacılara geri qaytarmaqdan imtina edib. Aldadılan xanımın böyük bacısı Gülarə Rəhimova sədrin bu əməllərini mətbuata çıxaracağını bəyan etdikdə isə, sədr geri addım ataraq, evi qaytaracağına vəd verib. Ancaq bacılara bildirib ki, evi bir şərtlə onlara qaytara bilər; ona başqa bir yerdə yerləşən eyni sahəsi və qarajı olan bir ev tapsınlar.Aldadılan xanımın bacısı sədrin bu şərti ilə razılaşıb. Lakin sədr sonradan fikrini dəyişərək, bacılardan onların evindən bir otaq daha böyük olan ev tələb edib.

Cəmilə xanımın bacısı Gülarə Rəhimova ilə Müseyib Hüseynov arasında yaranan ciddi mübahisə sonda məhkəmə sədrinin halının pisləşməsi ilə nəticələnib. Belə ki, Gülarə Rəhimova sədrin bu əməlini mətbuata çıxardaraq, onu ifşa edəcəyini bildirdikdə sədrin həyəcandan ürəyi gedib. Köməkçisinin yardımı ilə bir neçə dəqiqədən sonra özünə gələn sədr bacılara son həmlə edərək bildirib ki, gedin hara istəyirsiniz şikayət edin,bəs o Fövqəladə Hallar naziri Kəmallədin Heydərovun qohumudur və bu səbəbdən ona heç kim bir şey edə bilməz. Böyük bacı məhkəmə sədrinin bu əməlindən məhkəməyə şikayət edəcəyini bildirdikdə isə hörmətli məhkəmə sədri ona belə deyib: “Sən məni bir məhkəməyə verməklə heç nəyə nail ola bilməzsən. Azərbaycanda heç bir məhkəmədə məni uda bilməzsən.Çünki bu kimi məhkəmə qərarlarına mən baxıram”.

Görünür, bu günə qədər onlarla işi “öz hüquq anlayışına” uyğun həll edən İqtisad Məhkəməsinin sədri məhkəmə sistemindəki tanışlarına güvənərək ölkədə yaşayan hər kəsi aldada biləcəyini düşünür.
Qeyd edək ki, apardığımız kiçik araşdırma nəticəsində öyrəndik ki, bəhs olunan hakimin FHN rəhbəri K.Heydərovla heç bir qohumluq və tanışlıq əlaqəsi yoxdu, o sadəcə nazirin adından istifadə edir.
Qeyd edək ki, bəhs etdiyimiz 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri ilə əlaqədar redaksiyamıza bir çox yeni məlumatlar daxil olub,ancaq oxucunu yormamaq üçün onlar haqda gələn yazımızda danışacayıq.Bircə onunla kifayətlənək ki, Müseyib Hüseynov adı bundan əvvəl də qalmaqallı məhkəmə işlərində çıxardığı ədalətsiz qərarlarla mətbuatda dəfələrlə hallanıb ki,bu da onun ədalətli insan olmasına şübhə ilə yanaşmağa imkan verir.

Məsələn, Gundelik-baku.com saytının 2011 –ci il yanvarın 24-də dərc olunmuş “1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsindən ədalətsiz qərar” məqaləsində qeyd edilir ki, Almaniya vətəndaşı Monira Fazelian bir müddət öncə investor hüquqları pozulduğundan “1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Belə ki,Almaniyanın "Az-Saks KST LTD" şirkəti 2007-ci ildə Azərbaycanda, Bakı-Sumqayıt yolunda zavod açıb, Monira Fazelian isə onun həmtəsisçilərdən biri olub. Sonradan isə o müəssisəyə direktor təyin olunub. Lakin bir müddət sonra bir sıra şəxslər tərəfindən ona qarşı qanunsuzluq,haqsızlıq edilib və Monira Fazelian direktor ola-ola müəssisəyə buraxılmayıb.Uzun sözün qısası 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində "Afina" MMC ilə "Az-Saks Beton LTD" MMC arasında qalmaqallı məhkəmə prosesi keçirilib. Nəticədə Müseyib Hüseynovun sədrlik etdiyi məhkəmədə "Az SAKS Beton LTD"nin zəruri sənədlərə malik olmasına əhəmiyyət verilmədən "Afina" MMC-nin xeyrinə qərar qəbul edib. Və bununla da xarici investorları Azərbaycandan, onun məhkəmə orqanlarından və qanunlarından narazı salıb. Gundelik-baku.com bildirib ki,hakimlər bu cür hərəkətlərilə Azərbaycanı beynəlxalq aləmdə biabır edirlər. Görəsən, onlar bunun fərqinə varmırlar?...

Musavat.com-un 12 Aprel 2009-cu il tarixdə dərc etdiyi “İş adamını kürəkəninin adı ilə şantaj edirlər”məqaləsində isə Müseyib Hüseynovla bağlı digər qalmaqallı bir məhkəmə prosesindən bəhs edilir.Bildirilir ki,məhkəmə sədri başqasının mülkünü ələ keçirən saxtakarların tərəfini tutub. A.R.Ko” MMC-nin rəhbəri,iş adamı Asif Əsədullazadənin İqtisad Məhkəməsində üzləşdiyi qanunsuzluq və açıq rüşvətxorluq barədə mətbuatda çox yazılıb. Xatırladaq ki, Asif Əsədullazadə birgə iş gördüyü “Badi Kubə" MTK-nın rəhbərliyi tərəfindən aldadılaraq külli miqdarda ziyana düşüb.Belə ki, "Badi Kubə" MTK-nın rəhbərliyi "A.R - Ko" MMC-nin blankını saxtalaşdıraraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Həmin saxta müraciətdə "A.R- Ko" MMC-nin tikinti aparılan torpaq sahəsindən "Badi Kubə" MTK-nın xeyrinə imtina etməsi göstərilib. Bakı Şəhər İcra Hakimiyyəti isə öz növbəsində, həmin saxta müraciəti əsas tutaraq "A.R - Ko" MMC-yə məxsus 40 sot torpaq sahəsini "Badi Kubə" MTK-ya verib" Bu məsələdən xəbər tutan A.Əsədullazadə 1 saylı yerli İqtisad Məhkəməsinə müraciət edərək “Badu-kubə” MTK-ya BŞİH-dən saxtalaşdırılmış sənədlərə əsasən verilmiş sərəncamın etibarsız sayılmasını, əvvəlki sərəncamın bərpasını istəyib. A.Əsədullazadə deyir ki, işə baxan hakim Tahirə Əsədovanın iddiaya obyektiv baxacağını zənn etsə də sonradan bunun tam əksini görüb.

Məhkəmə sədri Müseyib Hüseynov isə iddiaçıya deyib ki, qarşı tərəf çox “hörmət” etdiyindən onun iddiasını təmin edə bilməyəcək.Məhkəmədə rastlaşdığı hüquqi “bespredel”in şiddəti həm də şair kimi tanınan A.Əsədullazadəni o qədər təsirləndirib ki, o, qələminə güc verməyə məcbur olub. A.Əsədullazadə O, öz kitabında İqtisad Məhkəməsinə “tərif” də verib: “İqtisad Məhkəməsi - iş adamlarının və ya şirkətlərin bir-birinə külli miqdarda ”atan"dan sonra “atan” tərəfin dələduzluq əməlini qanuni şəklə salan bir qurumdur".

Yazımızın əsas mövzusuna qayıdaraq onu bildirək ki,bütün deyilənlərə rəğmən biz inanırıq ki,aldadılan Cəmilə və Gülarə adlı xanımların problemi bizim bu barədə ikinci yazımız dərc olunanacan öz həllini tapacaq.
Onu da qeyd edək ki, hörmətli Gülarə xanım Bakı şəhərində tanınmış biznesmen ,iş adamlarından biridir,həmçinin «Eurovision-2012» mahnı müsabiqəsinin milli seçim turunun yarımfinal iştirakçısı olmuş müğənni Orxan Kərimlinin anasıdır.

Onu da bildirək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin sədri Müseyib Hüseynov tərəfindən aldadılan bacıların hüquqlarını müdafiə edən vəkil məsələnin mətbuata çıxacağını bildikdə bacıların müdafiəsindən imtina edib. Lakin haqlı bir adamı mətbuata müraciət etdiyi üçün müdafiə etməkdən imtina edən vəkilin hüququn aliliyini necə kölgə altına salması isə başqa bir yazının mövzusudur.

Sənan /Qafqaznews.az/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suraxanıda hələ də QOÇULUQ zənanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru