KTN-DƏ YUBANAN "TƏMİZLƏMƏ ƏMƏLİYYATI"
Tarix: 31-10-2013, 12:16 | Çap et
Prezident seçkilərindən sonra formalaşdırılan yeni hökumət kabinetində 3 yeni nazir var. Həmin nazirlərdən isə sadəcə iki hələlik rəhbərlik etməyə başladıqları nazirlikdə köklü kadr islahatlarına, başqa bir dillə desək, “təmizləmə” əməliyyatına start veriblər. Bunlar müdafiə naziri Zakir Həsənovla əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur. Dünənə olan məlumata görə, yeni əmək və əhalinin sosial müdafiəsi naziri rəhbərlik etdiyi qurumda hələlik 3 kadr əvəzlənməsi həyata keçirib. Nazirin imzaladığı aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad edilib. Bir neçə gün əvvəl Aparat rəhbəri vəzafəsindən azad olunaraq nazirliyin iqtisadiyyat şöbəsində işlə təmin olunan Elnur Kələntərovun isə artıq ümumiyyətlə nazirlikdən uzaqlaşdırıldığı bildirilir. Düzdür, nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu əmrlərdən xəbərsizdirlər. Amma artıq Elnur Camalxanov işdən çıxdığını təsqid edib. O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib: “Könüllü olaraq öz ərizəmlə işdən azad olunmuşam. Bura biznes fəaliyyətindən gəlmişdim, bizneslə də məşğul olacağam”. Müdafiə Nazirliyində (MN) isə kadr islahatları daha geniş miqyası əhatə edib. İndiyədək MN-nin şəxsi heyətlə iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini, Səfərbərlik idarəsinin rəisi, general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə nazirliyin tərbiyə işləri idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək. MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək, cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. MN-nin Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev isə Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib. Bundan başqa, Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib. Yeni müdafiə nazirinin digər əmri ilə Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub. Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə general-mayor Ramiz Tahirov gətirilib. Ramiz Tahirov həm də müdafiə nazirinin yeni müavini təyin edilib. Adı çəkilən hər iki nazirlikdə qarşıdakı günlərdə yeni kadr dəyişikliklərinin olacağı gözlənilir. Amma maraqlıdır ki, yeni nazirlərdən yalnız kənd təsərrüfatı naziri Heydər Əsədov heç bir kadr islahatına ehtiyac duymayıb. Mövzu ilə bağlı qəzetimizə danışan aqrar sektora yaxın mənbə bunun müvəqqəti xarakter daşıdığını və Heydər Əsədovun nazirliyin fəaliyyəti ilə yaxıvn tanışlıqdan sonra kadr islahatlarına start verəcəyini deyib: “Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəliləri arasında həyəcan hökm sürür. Hər kəs gələcək aqibətindən dolayı narahatdır. Bu da deməyə əsas verir ki, Heydər Əsədov kənd təsərrüfatı sektorunda çoxdan gözlənilən köklü kadr islahatlarını hazırlığı içərisindədir”. Artıq adı çəkilən nazirlikdə “vurulması” gözlənilən bəzi iri vəzifə sahiblərinin adlarına dair də ehtimallar səslənir. Bunlardan biri nazir müavini Aslan Aslanovdur. Onun qudası, keçmiş müdafiə naziri Səfər Əbiyevin də “vurulması” və son günlər özü haqqında artan tənqid yazılar Heydər Əsədovun Aslan Aslanovu öz komandasında görmək istəməməsinin işarəsi sayılır. Nazirliyin tərkibindəki “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin ictimai rəydə hədsiz korrupsiyalaşmış qurum obrazının yaranması və bunda səhmdar cəmiyyət sədri Əli Bayramovun “misilsiz xidmətlərinin” olması yeni kənd təsərrüfatı nazirinin “Aqrolizinq”in indiki rəhbərini də işdən kənarlaşdırıcağı qənaətini qətiləşdirir. Bundan başqa, nazirliyin İqtisadiyyat və maliiyə maliyyə şöbəsinin müdir Rafiq Məcidovun, İnvestisiya, proqram və layihələrin hazırlanması şöbəsinin müdiri Rəşid Abbasovun, heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun, ərzaq məhsullarının keyfiyyəti. standartlar və lisenziya şöbəsinin müdiri Xəlil Ələkbərovun da görəvlərindən kənarlaşdırılacağına dair söz söhbətlər dolaşır. Nazirin daha iki müavininin - Bəhram Əliyevlə İlham Quliyevin də postlarında saxlanılıb-saxlanılmayacağı dəqiq bilinmir. Bəzi iddialara görə, Heydər Əsədov nazirlikdəki bir çox yüuksək vəzifələrə nazir təyin edilənədək rəhbərlik etdiyi Hesablama Palatasından tanıdığı yüksək səviyyəli kadrları gətirə bilər. Bir sözlə, İsmət Abbasovun keçmiş nazirliyində narahatlıq və qeyri-müəyyənlik davam edir. Xüsusilə sabiq nazirlə daha yaxın münasibətdə olanlar narahatdırlar. Çünki Əsədovun nazirlikdə “təmizləmə əməliyyatı”na məhz belə post sahiblərindən başlayacağı daha ağlabatan görünür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
|