İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                 

AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
Tarix: 6-11-2013, 15:53 | Çap et
AZƏRBAYCANI TƏHDİD EDƏN DİNİ PARÇALANMA
BİZİ BİRLƏŞDİRƏN VAHİD KONSEPSİYA İŞLƏNMƏLİDİR

DİA.AZ: - Keçən günlərdə ölkədə mövcud olan təhlükə törədə biləcək iki təriqətlə bağlı məlumatları diqqətinizə çatdırdıq. Söhbət Azərbaycan üçün qeyri-ənənəvi hesab olunan vəhabilərdən və nurçulardan gedir. Bildirək ki, hər bir təriqətin arxasında konkret qüvvə dayanır ki, məhz onların sayəsində bu gün nə vəhabilərə «gözün üstə qaşın var» deyən tapılır, nə də nurçulara. Hətta nurçular bir sıra məqamlarda Azərbaycan dövlətinin tərəfdaşı kimi çıxış edərək, dövlətlə ortaq layihələrdə iştiraka qədər məhrəmləşiblər. Bu isə təhlükənin, hər an bizi sanca biləcək ilanın artıq qoynumuza qədər yaxınlaşmasından xəbər verən bir haldır.

Onu da bildirək ki, bu qeyri-ənənəvi dini cərəyanlar Azərbaycanda təkcə nurçuluq və vəhabiliklə yekunlaşmır. Xristianlığın ayrı-ayrı qolları, habelə krişnaizm və digər bu kimi dini cərəyanlar da bu gün dinlərin poliqonuna çevrilən (rəsmilərimiz buna «tolerantlıq» deyir -red.) Azərbaycan üçün xarakterik hesab olunmaqdadır. Bu gün Azərbaycanda Məhəmməd adında inanclı baptistə, Zülfiqar adında krşinaidə, Mustafa adında «Yehova Şahidi»nə rast gəlmək mümkündür.

Təbii ki, demokratiya baxımından hər bir insan istədiyi inanca sahib ola bilər. Amma bu heç də o demək deyil ki, insanlar bu məsələdə başlı-başına buraxılmalıdır. Əgər vəziyyət bu cür özbaşınalıq halına gətirilərsə, dövlət üçün təhlükə hesab olunacaq xaotik vəziyyət yarana bilər ki, artıq Azərbaycan belə bir təhdidin astanasındadır. Bir ölkənin ideoloji müstəvisində xaso hökm sürürsə, həmin ölkənin insanlarının bir çatı altına yığılması imkansızdır və bu da həmin dövlətlər üçün fəlakətdən yaxşı heç nə vəd etmir.

Azərbaycan isə elə bir dövlətlərdəndir ki, onun üzləşdiyi problemlərin böyük əksəriyyəti ümummilli xarakter daşıyır və Azərbaycan insanlarının hər hansı ideya ətrafında parçalanması, bu işə rəvac verilməsi ən böyük cinayət əməli hesab olunmalıdır. Amma yazıqlar olsun ki, bu gün məhz dini zəmində parçalanmaya (bu, real mənzərənin ən yumşaq ifadəsidir) nədən olanların əksəriyyəti səlahiyyət sahibləridir. Hansısa qəpik-quruş qədərli maddiyyat naminə Azərbaycan dövlətinin sütunları təhlükə altına atılır.

DİA.AZ bu dəfəki araşdırmasında kifayət qədər ənənəvi hesab olunan, amma yazıqlar olsun ki, məhz dövlətin bu məsələdə təpərli görünməməsi nədənindən təhlükə hesab olunan inancla - şiəçiliklə bağlı məqamlara toxunacaq. Bu bir faktdır və etiraf olunmalıdır ki, hazırda böyük əksəriyyəti şiə olan Azərbaycan insanları bu inanc-baxış sistemi məsələsində də parçalanıblar. Kimi ağzını açıb İrandakı gerçəkdə fars şovinisti olan mollalardan fətva gözləyir, kimi də Bakıda yasxana mollalarının nəzir qutusu marağından uzağa getməyən və heç bir fəlsəfəsi olmayan faydalanma marağı ilə özünün dini etiqad tələbatını ödəməkdədir.

Belə bir şəraitdə İranın təklif etdiyi yolun daha da şirnikləndirici olduğu heç şübhəsizdir. Ona görə də bu gün yüzlərlə inanclı insanımız hətta dövlətə qarşı getməyi belə göz önünə alır, ağlının ucundan keçirir. Səbəbsə dövlətin müvafiq qurumlarının yerində olmaması, yerində müdaxilə etməməsidir. Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsi Həcc biznesinə daha diqqətli, daha həssasdır, nəinki dini-ideoloji müstəvidəki boşluqdan yararlanaraq Azərbaycan insanlarının beyinlərini oğurlayan fars-molla rejiminin işləklərinə.

Kim iddia edə bilər ki, bu gün həbsxanalarda «dindar» adı altında saxlanılan və əslində məhz İranla şübhəli əlaqələri səbəbindən hədəfə çevrilən həmin inanclılarla bağlı məsələyə Allahşükür Paşazadənin dairəsindən hər hansısa münasibət bildirilib, reaksiya verilib. Belə bir hadisə olmayıb. Hətta Allahşükür Paşazadənin idarəsi bu kimi halları lənətləmə cəsarətində belə deyil ki, bu da Azərbaycanın dini siyasətinin İranın inhisarında olması ilə bağlıdır. Yəni necə ki, nurçular Türkiyədəki təhlükəli çevrələrdən, vəhabilər Küveyt və Səudiyyə Ərəbistanından qidalanır, Azərbaycanda da böyük əksəriyyətin inanc sistemi olan şiəlik İranın inhisarı altındadır ki, bu da dövlətimiz adına ən böyük ayıblardan biri hesab olunmalıdır.

Hələ də Azərbaycanda dindarlar Ramazan bayramını iki tarixdə qeyd edirlər, hələ də Azərbaycanın ruhani idarəsi hansısa dini əhəmiyyətli əlamətdar tarixlə bağlı fətvanı verənə qədər gözlərini İrandakı mollalara dayayırlar. Yəni müstəqil dini siyasətin, dini inanc sistemimizin olmamasının nəticəsidir ki, bu gün bizlər ciddi şəkildə parçalanmışıq. «Allaha ibadət» adı altında saxtakarların siyasi oyunlarının güdazına gedirik. Və Allahın bizə verdiyi ən böyük nemət olan ümumi evimizin - DÖVLƏTİMİZİN sütunlarını belə təhdid edirik.

Ən acınacaqlı olanı isə odur ki, hələ də bu sahədəki təhlükəni dövlətin müvafiq qurum və təşkilatları yetərincə hiss etmirlər. Onlara bu gün Şeyx Qamətin «hər cümə namazına 20 minə yaxın adamımız gəlir» kimi açıqlama verməsi şişirtmə-qürrələnmə, başqa təriqətlərə acıq vermə təşəbbüsü kimi görünür. Onlara bu gün Mövsum Səmədovun, Taleh Bağırzadənin fətvaları evcik-evcik oyunundan başqa bir əhəmiyyətdə təsir bağışlamır. Onlar bu gün «Xəzər» kanalının aşıladığı təhlükəni duyacaq səviyyədə deyillər.

Amma təhlükə var. Azərbaycan rəsmən parçalanıb. Və sabah - Qarabağı azad etmə zamanı biz bu parçalanmış milləti bir araya çox çətinliklə yığacağıq. Bunu görmək lazımdır. Artıq parçalanmışıq ki, Suriyada, Əfqanıstanda Azərbaycan oğulları canlarını absurd ideyalar naminə qurban verirlər. Və bu gün minlərlə azərbaycanlı var ki, fars mollalarının ağzından fətva gözləyirlər.

Sizcə ayılmalı deyilikmi? Ortaya sənəd qoymağın tam zamanıdır. Azərbaycanı birləşdirəcək, özünə qaytaracaq sənədin - bu ölkəni vahid dini konsepsiyasının. Cəhənnəmə olsun o tolerantlıq…

Samir - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru