AZƏRBAYCANIN ƏN ZƏNGİN REKTORU KİMDİR?
Tarix: 22-11-2013, 11:07 | Çap et
Nə qədər ağır olsa da etiraf etmək lazımdır ki, bu gün ali təhsil ocaqlarının bir neçəsində özbaşına işlər cərəyan edir və rektorlar tələbələrə sanki qazanc mənbəyi kimi baxırlar. Təsadüfi deyil ki, bəzi universitetlərdə qeydə alınan qanun pozuntuları və tələbələrin hüquqlarının pozulması nəticəsində ali təhsil müəssisələrinin rəhbərləri sərvət dəyərində ölçülən varidat toplayıblar. Bəzi universitet rektorları maliyyə imkanlarına görə hətta oliqarxlarla müqayisə ediləcək səviyyəyə gəlib çatıblar. Bəs görəsən, varidatı başından aşan rektor (lar) kimdir?
Mətbuatda yazılan məqalələrə istinad etsək, barəsində ən çox tənqidi fikirlər səsləndirilən şəxslərdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır. Qəzetlərin yazdığına görə, Hesablama Palatası tərəfindən ötən il deputat Gülçöhrə Məmmədovanın rektoru olduğu AMİU-da və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecində aparılan yoxlamalar zamanı xərc smetalarının düzgün tərtib edilmədiyi aşkar edilib. Bundan əlavə, 2008-2009-cu tədris ilində universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əməkhaqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib. Elmi dərəcələrə və elmi adlara, iş stajına görə əməkhaqları düzgün hesablanmayıb. Bəzi işçilərə artıq, bəzi işçilərə isə az məvacib hesablanıb. Normativdən artıq ştat və kafedralar saxlanılmaqla büdcədən əlavə vəsait mənimsənilib. Avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərclənib. Malların satınalınması zamanı tender keçirilmədiyi, şişirdilmiş xərclər aşkar edilib. Beləliklə, Hesablama Palatasının auditi nəticəsində universitetin 22 min manat büdcə vəsaitini mənimsədiyi, 3,3 min manat vergidən yayındığı aşkarlanıb. Habelə 12,3 min manat dəyərində əlavə iş və xidmətlər yerinə yetirilib, 1,9 milyon manat civarında mal və inventar uçota götürülüb. Normadan artıq 147 ştat vahidi ixtisar edilib. O da bildirilib ki, Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi təhsil ocağında tələbələr imtahanları hansısa «şərtləri» ödəyərək verirlər. AMİU-nun müəllimləri üçün inşa olunan binalarda mənzillərin paylanması zamanı ədalətsizliyə yol verildiyi də qeyd olunur. Hələ bu harasıdır ki. Yayılan məlumatlara görə, hər il testdən kənar üsullarla AMİU-ya tələbə qəbulu həyata keçirilir. Və bununla universitet rektoru külli miqdarda gəlir əldə edir. Biz isə Gülçöhrə Məmmədovanın belə işlərə şərait yarada biləcəyinə inanmırıq.
Ola bilməz ki, Milli Məclisin deputatı bu cür neqativ əməllərlə məşğul olsun. Yox, deyəsən, varidatı başından aşan rektor Gülçöhrə xanım deyil. Haqqında xoşagəlməz məlumatların yayıldığı rektorlardan biri də Azərbaycan Dillər Universitetinin (ADU) rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidovdur. Xatırladaq ki, Baş Prokurorluğun əməkdaşları bir neçə ay əvvəl Dillər Universitetində mənimsə halları aşkarlayıb. Belə ki, audit zamanı ciddi maliyyə və hüquq pozuntularına, nöqsan və çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəməmə hallarına yol verildiyi üzə çıxıb. Universitetin büdcədənkənar gəlirlərinin icra faizi aşağı olub. Tələbələrin sıxlığının gözlənilməməsinə baxmayaraq, artıq saxlanılmış qruplar üzrə tədris olunan dərs saatlarına, işçilərin məvaciblərinin düzgün olmayaraq I kateqoriyalı ali təhsil müəssisələrinin işçilərinin əməkhaqqı kimi müəyyənləşdirilməsinə və normadan artıq saxlanılan ştat vahidlərinə görə maaşlar ödənilib. Universitetin Bakı şəhəri, Təbriz küçəsi, 49 ünvanında yerləşən 7200 kv.m sahəsi olan 5 mərtəbəli tədris binası 2005-ci ildə istismara verildiyi və həmin binada təmir-tikinti işləri aparıldığı halda, bina ADU-nun balansında əsas vəsait kimi uçota alınmayıb. Prokurorluq tərəfindən verilən məlumata əsasən, büdcəyə nağd olaraq 1,5 milyon manat ziyan vurulub. Deyilənə görə, Səməd Seyidovun maliyyə imkanları çox yaxşıdır və özünə lüks şərait yaratmağı bacarıb. Amma biz onun qeyri-qanuni yollara baş vuraraq varlandığına, ümumiyyətlə qanunları pozduğuna inanmırıq.
Axı, kimdir həmin rektor..? Müxtəlif qanunsuzluqların cərəyan etdiyi təhsil müəssisələrindən biri də Əhməd Vəliyevin rektoru olduğu Odlar Yurdu Universitetidir (OYU). Rektor olmaqla yanaşı, Milli Məclisdə mandat sahibi olan Əhməd Vəliyevin bizneslə məşğul olması barədə bu günə qədər çox danışılıb. Verilən informasiyalara görə, rektor-deputatın şəhərin müxtəlif yerlərində ticarət obyektləri, bahalı mənzilləri, villaları, avtomobilləri var. Digər tərəfdən, «Muğanbank», «Oksigen» klinikası və «Jalə Plaza» da ona məxsusdur. Bu barədə bir qədər düşünməyə dəyər. Yəni varidatı başından aşan rektor Əhməd Vəliyev ola bilər. Gələn saylarımızda rektorun fəaliyyətindəki nöqsanları araşdırıb sizləri də məlumatlandıracağıq. Bakı Biznes Universitetinin (BBU) rektoru İbad Abbasov da Əhməd Vəliyevdən geri qalmır. O mənada ki, BBU rəhbəri də OYU rektoru kimi qanundan kənar işlərə imza atır, tələbələri semestr öncəsi təsir altında saxlayır. Varidatı başından aşan rektorun əlamətləri İbad Abbasova çox uyğun gəlir. Ancaq hər halda müəyyən araşdırma aparmaq lazımdır. Növbəti saylarımızda onun səbəb olduğu özbaşınalıqlarla bağlı geniş məlumat verməyə çalışacağıq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədovun da adı tez-tez qalmaqallı olaylarda hallanır. Yayılan xəbərlərdə deyilir ki, ADPU rektorunun büdcəsi çox genişdir və maliyyə imkanları baxımından heç bir sıxıntı yaşamır. Ola bilsin ki, var-dövlət içində üzən rektor məhz Yusif Məmmədovdur. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev də zaman-zaman mətbuatın gündəminə gəlir.
Neft və qaz sahəsi üzrə kadrlar hazırlayan təhsil qurumunun rəhbəri yəqin ki, rektor işlədiyi neçə il ərzində özünə gün-güzəran yaradıb, imarət tikdirib, bağ evi alıb, xarici banklarda hesab açdırıb və sair. Nəzərə alsaq ki, ADNA-da imtahanlar zamanı tələbələrin böyük bir qismi hansısa «prinsip»ləri ödəyərək qiymət alırlar, onda Siyavuş Qarayevin maddi durumunu təsəvvür etmək elə də çətin məsələ deyil. Gəncə Kənd Təsərrüfatı Akademiyasında da işlər qaydasında getmir. Burda təhsil alan tələbələr peşmanlıq hissi keçirirlər. Ona görə ki, müəllimlər onlara dərsdən başqa hər şeydən danışırlar. İmtahana az müddət qalmış isə tələbələr müəllimləri «görüb» işlərini bitirirlər. «Varidatı başından aşan rektor kimdir» sualına cavab tapa bilmədik. Amma bu günlük. Biz həmin şəxsin kim olduğunu bilirik. Yuxarıda adları qeyd olunan rektorların arasında ən çox varidatın kimə məxsus olmasını isə gələn saylarımızda yazacağıq. Bizi izləyin.
Yazı ilə bağlı bütün tərəflərin münasibətini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|