Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                 

ƏLİ KƏRİMLİNİN KEÇMİŞ SİLAHDAŞI DANIŞDI
Tarix: 22-11-2013, 13:11 | Çap et
ƏLİ KƏRİMLİNİN KEÇMİŞ SİLAHDAŞI DANIŞDI
Seçkilərdən məğlub çıxan radikal müxalifət yenidən üzünü xaricə tutub. Milli Şuranın vahid namizədinin seçkidən sonra başlayan Avropa turnesi Amerikaya qədər uzanıb. Hər hansı siyasi statusu olmayan Cəmil Həsənli Azərbaycan müxalifətinin lideri kimi təqdim edilərək, müəyyən qüvvələrin təsiri altında hərəkət edir, qapı-qapı düşərək özünə və tərəfdaşlarına dəstək axtarır. Azərbaycan müxalifətinin seçki sonrası vəziyyəti, Cəmil Həsənlinin xaricə səfərlərinin məqsədi, Milli Şurada daxilindəki ziddiyyətlər, partiyalararası ciddi fikir ayrılıqları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını sabiq millət vəkili Yurddaş Partiyasının sədri Mais Səfərli cavablandırır.

- Azərbaycan müxalifətinin seçki sonrası durumunu necə dəyərləndirirsiniz?
- Gördüyünüz kimi müxalifət növbəti prezident seçkilərini də uduzdu. Seçkidən əvvəl olduğu kimi, bu proses başa çatandan sonra da müxalifət liderləri öz kreslolarını qoruyub saxlamaq üçün müxtəlif vasitələrə əl atırlar. Hələ seçki öncəsi qarşıdakı məğlubiyyəti yaxşı dərk etdiklərindən, özlərinin deyil, kənardan neytral bir nəfərin namizədliyini dəstəkləməyi üstün saydılar. Çünki seçkidən sonra tərəfdarların, cəmiyyətin ittihamlarından, iradlarından, tənələrindən yaxa qurtarmağa çalışırdılar. Biz bütünlükdə seçki prosesinə nəzər salsaq görərik ki, liderlər öz istəklərinə nail oldular. Əgər radikal müxalifətin partiya sədrləri seçkiyə özləri qatılsaydılar, bu uğursuzluq bilavasitə onların ayaqlarına yazılacaqdı. Lakin taktiki gedişlər sayəsində fərqli mənzərə yarandı. Onlar əvvəlcə ictimai-siyasi proseslərdən məlumatsız olan kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd seçdilər. Halbuki ötən 20 ildə bu postu liderlər bir-birinə güzəştə getməmişdilər. Ana-ata müxalifət, vahid namizəd olmaq onlar üçün az qala həyati əhəmiyyət daşıyan bir məsələ idi. Ancaq bu dəfə asanlıqla vahid namizədliyi Rüstəm İbrahimbəyova həvalə etdilər. O isə Azərbaycana gəlməkdən qorxduğu üçün liderlərin ümidlərini doğrulda bilmədi. Son anda tarixçi Cəmil Həsənlinin üzərində dayandılar. Buna baxmayaraq, nəticələri təhlil edəndə seçkidəki uğursuzluğun yalnız Cəmil Həsənlinin deyil, bütövlükdə müxalifətin məğlubiyyəti olduğunu anlamamaq olmur. Çünki Milli Şura müxalifətdə saç-saqqal ağardanlardan ibarətdir. Onlar hər dəfə seçkiləri biabırçı şəkildə uduzmaqla tarixə düşüblər. Seçkiləri uduza-uduza gələn bu şəxslərin seçici dairəsi kifayət qədər məhduddur, elektoratı zəifdir. Son prezident seçkisinin nəticəsi bunu bir daha sübut etdi. Düzdür, həmin liderlər kreslolarını bu dəfə də itirmədilər, amma seçki prosesindən şil-küt olmuş vəziyyətdə çıxdılar.

- Amma Milli Şurada təmsil olunan liderlər uduzduqlarını nəinki mədəni qaydada etiraf etdilər, hətta seçkinin nəticələrinə qara yaxmağa cəhd göstərdilər...
- Bu, yalnız bir amillərlə bağlıdır. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də onlar elə hesab edirdilər ki, seçkidən dərhal sonra hay-küy salacaq, bunu ictimailəşdirməklə Avropanı, Qərb dövlətlərini Azərbaycan hakimiyyəti üzərinə ayağa qaldıracaqlar. Ancaq bu dəfə müxalifət liderlərinin bu gözləntisi özünü doğrultmadı. Çünki seçkidən-seçkiyə daha da məlumatlı olan, təkmilləşən, öz seçici hüququndan sərbəst şəkildə istifadə edən vətəndaşlarımız səsvermə məntəqələrinə gəlib öz iradələrini ifadə etdilər. Azad, ədalətli keçirilən səsvermədə seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verdilər. Beləliklə, xalq bu dəfə də öz seçimini etdi. Seçkinin demokratik, şəffaf keçməsini sübut edən daha bir amil dünyanın müxtəlif ölkələrinin rəhbərləri tərəfindən Prezident İlham Əliyevə təbrik məktublarının gəlməsidir. Hətta indiyə kimi də belə təbrik məktubları gəlməkdədir. Bu, eyni zamanda dünyanın Azərbaycan xalqının seçiminə hörmətlə yanaşmasının göstəricisidir.

- Milli Şuranın namizədi Cəmil Həsənli seçkilər başa çatandan sonra dərhal Avropa turnesinə çıxdı. Hazırda da o, Amerikadadır və bəzi mətbuat orqanları bunu ictimailəşdirərək qeyd edirlər ki, Cəmil Həsənli Vaşinqtona Azərbaycan müxalifətinin lideri kimi dəvət edilib. Sizcə, bu səfərlərdə məqsəd nədir?
- Hazırda radikal müxalifət liderləri seçkidə keçirdikləri “şok”un içindədirlər. Onlar seçkidən sonra ən azı hay-həşir salıb əvvəlki kimi dirçələcəklərini ehtimal edirdilər. Bununla təkrar lider kimi cəmiyyətdə qəbul olunacaqlarını, demokratik ölkələrdən gələn diplomatların onlarla görüşəcəklərini arzulayırdılar. Lakin belə olmadı, seçkilər sakit keçdi. Müxalifətin ucuz şou düzənləməsi üçün hər hansı “fakt” tapılmadı. İndi öz otaqlarına çəkilən müxalifət liderləri üçün yeganə təsəlliverici məqam kreslolarını qoruyub saxlamalarıdır. Seçkilərdən pərt halda çıxan Cəmil Həsənli də belə vəziyyətdən yararlanmaq istəyir. Heç nə olmamış kimi təşəbbüsü ələ alan Cəmil Həsənli özünü Qərb dövlətləri tərəfindən qəbul olunan ciddi siyasi fiqur, müxalifət lideri kimi göstərməyə çalışır. Bu minvalla da Avropanı, Amerikanı gəzir. O, bunu ictimaiyyət içərisində özünü dik tutmaq, gündəmdə qalmaq üçün edir. Guya ki, heç nə itirilməyib, müxalifət qarşıdan gələn növbəti seçkilərə ciddi hazırlaşır və sair. Əgər müxalifət partiya sədrləri kimi Cəmil Həsənli də başını aşağı salıb otursaydı, tamamilə yaddan çıxacaqdılar. Əslində müxalifətin bu cür hərəkəti Azərbaycanın uğurlarını həzm etməyən bəzi qüvvələr üçün də “göydəndüşmə” olur. Həmin qüvvələr Azərbaycana, hakimiyyətə təsir və təzyiq etmək, öz ölkələrinin maraqlarını təmin etmək üçün Cəmil Həsənli kimilərindən istifadə edirlər. Yəni, istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycanda bu cür adamların olmasını istəyənlər var. Elə Amerikanın özündə Azərbaycanın inkişafından narahatçılıq keçirən qüvvələr də az deyil. Türk-İslam dövləti olsa da dünyəviliyi, müasirliyi özünə prioritet seçən Azərbaycanın böyük templərlə irəli getməsi, regionun aparıcı dövlətinə çevrilməsi onları qane etmir. Bunun qarşısını almaq, Azərbaycanı, onun prezidentini daxili problemlərlə məşğul etmək üçün qərb dairələri hər zaman yeni nə isə düşünür, hazırladıqları planı həyata keçirməyə çalışırlar. Bunun üçün isə Azərbaycandakı radikal müxalifət, Milli Şura, müxalifət lideri adlandırılan Cəmil Həsənli onlar üçün yaxşı “tapıntı”dır. Ona görə də mütəmadi olaraq belə səfərlər təşkil olunur.

- Milli Şurada partiyalararası münasibətin kəskinləşməsini nə ilə əlaqələndirirsiniz?
- Əvvəldən Milli Şura daxilində intriqalar, ziddiyyətlər var idi. Qarşıda prezident seçkiləri olduğundan onlar sanki bunu arxa plana salmışdılar. Elə görüntü yaradırdılar ki, guya bütün umu-küsünü unudublar. Əslində isə intriqa və ziddiyyətlər oradakı liderlərin danışığında, fəaliyyətində açıq-aşkar hiss olunurdu. Amma bu gün həmin hisslər daha kəskin şəkildə özünü büruzə verməkdədir. Fikir verin, Rüstəm İbrahimbəyovun sədr olduğu Milli Şurada onun verdiyi həmsədrlik institutu təklifi partiyalar arasında ciddi fikir ayrılığı yaradıb. Xüsusən də Milli Şuradakı AXCP və Müsavat partiyaları arasında bu barədə vəziyyət daha gərgindir. Bunun da səbəbi məlumdur. Müsavat başqanı İsa Qəmbər çalışır ki, Milli Şura sədrliyini ələ keçirsin. Seçkidən sonra o, kreslosunu qorumağı bacarsa da, demokratik dəyərlərdən danışan bu adamın partiyasının nizamnaməsindəki tələblər İsa Qəmbəri narahat etməyə bilməz. Belə olan halda o, gözünü Milli Şura sədrliyinə dikib. Görünür, AXCP üzvləri bunu başa düşdüklərindən, Cəmil Həsənlini bu posta daha ideal namizəd sayırlar. Digər tərəfdən, Cəmil Həsənli vaxtilə Əli Kərimlinin yaxın çevrəsində olduğundan, AXCP-yə onun namizədliyini dəstəkləmək sərf edir. Cəmil Həsənli ilə AXCP arasında qırılmaz bağlar var. Bütün bunlar da iki partiya arasında narazılığı və fikir ayrılığını artırır.

- R.İbrahimbəyovun özü də partiya sədrinin Milli Şurada həmsədr olmasını istəmir. Onun qənaətinə görə, əgər partiya liderləri həmsədr olsalar qurumu məhv edər, Milli Şuranı İctimai Palataya çevirərlər. Sizcə, o, bu fikrində nə dərəcədə haqlıdır?
- Əslində bu, belədir. Milli Şuranın bir neçə aydır fəaliyyət göstərməsinin səbəbi bu quruma müxalifət liderlərindən kimsənin rəhbərlik etməməsi olub. Əgər Milli Şuranın sədri radikal müxalifəti təmsil edən partiya rəhbərlərindən kimsə olsaydı, o zaman bu qurum tarixin arxivinə gömüləcəkdi. Buna görə Rüstəm İbrahimbəyovun bu yanaşmasını düzgün sayıram. Çünki oradakı partiya sədrləri 20 ildir müxalifət liderliyini bir-birinə güzəştə gedə bilmirlər. Ən çox mübarizəni də öz aralarında aparırlar.

- Milli Şuranın perspektivini necə görürsünüz?
- Milli Şuranın artıq cəmiyyətdə heç bir çəkisi yoxdur. Lap əvvəldən bu qurumda cəmləşənlər köhnə simalar və onların bəzi tərəfdarları oldu. Ola bilsin ki, bir-iki nəfər də siyasi proseslərdən kifayət qədər xəbərdar olmayan şəxslər bura qoşulmuşdular. Ancaq ümumilikdə bu qurum vəd edildiyi kimi geniş xalq kütləsinin dəstəyini, etibarını qazana bilmədi. Gələcəkdə də hansısa uğura imza atacaqlarını düşünmürəm. Seçkilər öncəsi Milli Şura ortaya nə doğru-düzgün proqram, platforma qoya bilmədi, nə də insanlara indiki hakimiyyətin edə bilməyəcəyi bir yeniliyi gündəmə gətirmədi. Milli Şuranın namizədi seçicilər qarşısındakı çıxışını indiki iqtidarın nailiyyətlərinə, uğurlarına qara yaxmaq üzərində qurdu. Nəyə görə hakimiyyətə gəlmək istədiklərini, nə edəcəklərini açıqlaya bilmədilər. Bununla da onlar seçicilərin etimadını, səsini qazana bilmədilər, seçkilərdə məğlub oldular.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru