AZƏRBAYCAN MTN ONLARI DURDURA BİLƏCƏKMİ?
Tarix: 26-11-2013, 11:29 | Çap et
"Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılmasına, o cümlədən məscidin axundu Şahin Həsənova qarşı sui-qəsdə cəhdlə bağlı baş verənlər kifayət qədər təhlükəli məqamları ortaya çıxartdı. Çünki MTN-in apardığı əməliyyatlar zamanı məlum oldu ki, yeni yaradılan bu qruplaşma sosial şəbəkələrdə yaradılan və məsuliyyətsiz açıqlamalarla çıxış edən hansısa qüvvələr deyil. Çünki onların özləri üçün baza yaratdıqları, rahatlıqla silahlandıqları aşkarlandı.
Və buda sübut edir ki, heç də gündəmə gələn bu gənclər müstəqil addım atmayıblar və onların arxasında kifayət qədər real güclər dayanır. Bu arada maraqlı başqa bir məqamada baxaq. Demək olar ki, bu terror təhlükəsi gündəmə gələn məqamda başqa bir olay baş verdi. Belə ki, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə olan barıtın Azərbaycana gətirilməsinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, respublikanın şimal sərhədindən - Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Eyvazov Qəşəm Durbala oğlu tərəfindən idarə olunan “İkarus-256” markalı, 50 BN 073 nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı iki ədəd arxa sağ və bir ədəd arxa sol işlək təkərlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş 140 kiloqram partlayıcı maddə-barıt aşkar olunaraq götürülüb.Ekspertlər hesab edir ki, bu hadisələrin eyni vaxtda baş verməsi heç də təsadüf deyil və bəzi məqamlarda buna mərkəzləşmiş bir qüvvənin əməli kimi də baxmaq vacibdir. Yəni, öncəliklə belə bir bəyanat verilir və bu qüvvə zərərsizləşdirilir və eyni vaxtda bölgəyə külli miqdarda partlayıcı madə keçirtməyə cəhd edilir. Gəlin məsələnin tamam başqa bir tərəfinə də baxmaqdan öncə verilən rəsmi açıqlamaya baxaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, təhrikçi, hər hansı zorakılığı hüquqi sayan düşüncə tolerantlıq modelinə qarşı, eyni zamanda, Azərbaycanda mövcud olan müsbət tendesiyalara qarşı böyük təhlükədir. Bu təhlükə dünyada da öz təzahürünü tapır: "Ona görə də istər ideoloji müstəvidə, istərsə də maarifləndirmə sahəsində bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir ki, belə xoşagəlməz hallar Azərbaycanda kök sala bilməsin".Azərbaycanda radikal dini cərəyanların fəaliyyətinin qadağan edilməsi barədə səslənən fikirlərə də münasibət bildirən E.İskəndərov qeyd edib ki, belə bir mexanizm Azərbaycanda mövcuddur: "Radikal mövqedə duran və yaxud da dini, milli və irqi zəmində aşağılayıcı dünyagörüşü yayan cərəyanlar dövlət qeydiyyatına alınmır. Dövlət qeydiyyatında olmayan dini icmaların fəaliyyəti isə mümkün deyil". Amma bunu da qeyd edək ki, dağıdıcılıq missiyası ilə yaradılan bu təşkilatların heç biri rəsmi qeydiyyata belə keçməyə maraqlı olmurlar. Çünki terror yolunu seçən hansısa qrup hansı məntiqlə rəsmi qeydiyyata keçsin? Deməli mübarizə forması daha da ciddiləşdirilməli və bu proseslərdə siyasi məqamlar unudulmamalıdır. Söhbət Rusiya faktorundan gedir. Çünki son bir neçə ay ərzində Rusiya ilə münasibətlər gərginləşəndən sonra bu cür hallar baş verməyə başlayıb. Çox maraqlıdır, Azərbaycanda zaman-zaman cihad elan edən şəxslər məhz şimali Qafqazdan gəlirlər və onların Rusiya ilə bağlılığı ortaya çıxır. Belə ki, Rusiya Çeçenistanda üstünlüyü ələ alandan sonra bəzi dini qruplaşmalarla sövdələşməyə gedə bildi. Hətta bu qruplaşmalar zamanında Rusiyada terrorçuluq fəaliyyəti ilə məşğul olublar. Bu gün isə Rusiyanın maraqlarına cavab verirlər və bu ölkəyə lazım olanda onların gücündən istifadə edilir. Tək bir məqama baxaq. Şimali Qafqazdan gələn bu dini qruplaşmalar nədən məhz Azərbaycanı hədəf seçir. Halbu ki, onların məntiqi ilə yanaşsaq onlar elə xristian ölkələrində hansısa aksiyaları həyata keçirtməlidirlər. Amma bu günə qədər bir dəfə də olsa eşidibsinizmi, istər vəhabi təriqətinə bağlı olan, istər İrana bağlı olan hansısa dini təşkilat Ermənistanda hansısa cihadı elan etsin? Bu günə qədər bir dəfə də olsa belə hadisə baş verməyib. Bu isə açıq şəkildə sübut edir ki, həmin qüvvələrin arxasında siyasi qüvvələr dayanır və onlar sadəcə olaraq bir alətdilər. Həmçinin hesab oluna bilər ki, bu şəxslər fanatiklərdir və şiələrə qarşı etirazlarını bu şəkildə bildirməyə çalışıblar və bunlara o qədər də ciddi yanaşmağa dəyməz. Amma fakt budur ki, növbəti xəbər məsələnin nə qədər ciddi olduğunu sübutlayır. Belə ki, bu günlərdə MTN başqa maraqlı bir xəbər yaydı. "Qərb istiqamətində neft və qazın nəqli üzrə fəaliyyət göstərən kəmərlərin bir hissəsi Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə yaxın məsafədən keçir. Bu da bir təhdid istiqaməti kimi qiymətləndirilir". Bunu konfransda çıxış edən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Enerji infrastrukturunun mühafizəsi şöbəsinin müdiri Cavad Tınayev bildirib. Onun sözlərinə görə, kəmərlərin Gürcüstan ərazisindən keçən hissəsində ermənilərin kompakt yaşaması və həmin ərazilərdə kəmərlərin istismarına müxtəlif şirkətlər vasitəsilə cəlb olunması da təhdid mənbəyidir. İkinci əsas məsələ terrorçu və ekstremist təşkilatların nümayədələrinin strateji infrastruktur obyektlərinə nüfuz olunmasıdır. Şöbə müdiri bildirib ki, müxtəlif şirkətlər tərəfindən layihələrdə işə qəbul adı altında bir sıra ölkələrdən, xüsusilə terrorun müəyyən qədər yayıldığı ölkələrdən işçi qüvvəsinin cəlb olunması halları mövcuddur. Bu da müxtəlif terrorçu təşkilatlara aid şəxslərin obyektlərə daxil olmasına imkan yaradır: "Dənizdəki infrastruktur obyektlərin təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi də əlavə təsir göstərir. Dənizdə nəqliyyat vasitələrinin, digər neqativ fəaliyyətin baş verməsi, yanacaq, neft məhsullarının, silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupların fəaliyyəti əlavə təhdid mənbəyi kimi qiymətləndirilir. Biz enerji infrastrukturlarının təhlükəsizliyinə aiddiyəti olan qurumlarla əməkdaşlıq etməyə hazırıq". Ekspertlər hesab edir ki, MTN-in belə bir bəyanatla çıxış etməsi d təsadüfi deyil. Çünki hazırda baş verənlər sübutlayır ki, bir sıra qonşu dövlətlər var ki, onlar Azərbaycanda sabitliyin pozulması və terror yuvasına çevrilməsi üçün real addım atmağa meyillidirlər. Hələ bir il öncə İranın generallarından biri çəkinmədən açıq şəkildə bəyan etmişdi ki, lazım gələrsə Azərbaycanı terror gölündə boğarıq. Bu gün iranlı general kimi bir sıra başqa ölkələrində generalları bunu məmnuniyyətlə etməyə hazırdılar və bunun üçün əllərində terror mərkəzinə çevrilən Ermənistan var. Ekspertlər hesab edir ki, qonşu dövlətlərin Azərbaycana təzyiqləri artan kimi Ermənistan xüsusu xidmət orqanları Azərbaycanda terror aksiyaları həyata keçirtmək üçün hərəkətə keçirlər. İndi isə gəlin bir suala cavab axtaraq. Nədən, Azərbaycan terrorçuların yenidən marağını cəlb edib? Müşahidəçilərin fikrincə burda yalnız bir amil var. Bu isə sırf siyasi məsələlərlə bağlıdır. Belə ki, Azərbaycan son illər kifayət qədər ciddi iqtisadi imkanlara sahibləndi və daha çox müstəqil siyasət həyata keçirtməyə başladı. Bu isə sözsüz ki, ətrafda qıcıq yaradır. Dünənə qədər Azərbaycan Rusiya və İranın iqtisadiyyatından ciddi şəkildə aslı durumda idisə, indi artıq bu problem aradan qalxıb. Buna görə də Azərbaycan realda nə qərbin, nə də bu qüvvələrin vasitəçisinə çevrilmək niyyətində deyil. Elə Azərbaycanın nə Avropa Birliyinə, nə də Gömrük İttifaqına üzv olmaq istəməməsi də müstəqil siyasətin göstəricisidir. Amma bunu Azərbaycan asanlıqla əldə edə bilməyəcək və ittihamlar, terror təhlükələri hər gün daha da artacaq. Çox təssüfləndirici haldır ki, xarici qüvvələrin bu işləri həyata keçirtməsi üçün elə Azərbaycanın öz daxilində lazımi qüvvələri də var və bunlar Azərbaycan vətəndaşlarıdır. Tutalım illər öncə bu cür qüvvələr hansısa aktı həyata keçirtmək istəyirdirlərsə ya Ermənitandan, ya Qafqazdan,ya İrandan terrorçu simalar tapırdılarsa,indi rahatlıqla illər boyu Azərbaycanda formalaşdırdıqları şəxslərin imkanlarından yararlanırlar. Diqqət yetirsəniz görərsiniz ki, son iki il ərzində həbs olunan terrorçuların 90 faizi məhz Azərbaycan vətəndaşlarıdır. Müxtəlif dini təriqətlər vasitəsi ilə təsir altına düşən bu şəxslərin hətta bir qolu gedib Əl-Kaida təşkilatına çıxır. Müşahidəçilər hesab edir ki, hadisələrin bu şəkildə inkişafı isə hüquq-mühafizə orqanlarının işini iki qat çətinləşdirir. Bunu da qeyd edək ki, indi məsələnin daha təhlükəli hal almasının başqa bir səbəbi isə bu qüvvələrin siyasətə meyillənmələridir. Milli Şura yaradılan zaman da ortaya çıxdı ki, bu qüvvələr siyasətə transfer etməklə öz əməllərini siyasiləşdirir və bundan bəhrələnirlər. Dünənə qədər QHT-lər bu tip simalara terrorçu kimi yanaşırdılarsa, hazırda onlara hətta siyasi məhbus status belə verməkdən çəkinmirlə. Bunlar isə mürəkkəbliyi daha da artırır. Beləliklə çıxarılan nəticə budur ki, bu gün Azərbaycan ətrafında bir həlqə yaradılıb. Bu həlqə hər gün daralır və deyəsən yavaş-yavaş həlqənin siyasi rıçaqları, terror rıçaqları ilə əvəzlənir. Bunun qarşısının alınmasının tək yolu isə cəmiyyətin səfərbər olunmasıdır. Çünki cəmiyyətdə bir aktivlik müşahidə olunmazsa, bu qüvvələrin hərəkət imkanları kifayət qədər artacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
|