Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                 

PARTİYALAR QAZANCLARINI GİZLƏDİRLƏR
Tarix: 14-02-2012, 12:29 | Çap et
PARTİYALAR QAZANCLARINI GİZLƏDİRLƏR

AZƏRBAYCAN SİYASƏTİNDƏ MALİYYƏ ŞƏFFAFLIĞI YOX DƏRƏCƏSİNDƏDİR

Milli Məclisin yaz sessiyasında “Siyasi partiyalar haqqında” qanun layihəsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir. Layihədə əsas diqqət çəkən məqamlardan biri partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı məsələnin öz əksini tapmasıdır. Partiyaların maliyyələşdirilməsi necə olacaq?

Uzun müddətdir bununla bağlı müzakirələr gedir və hələ ki yekdil rəy formalaşmayıb. Bəziləri partiyaların seçkilərdə qazandığı uğura görə maliyyələşdirilməsini, digərləri isə başqa kriteriyaların nəzərə alınmasını istəyir. Şübhəsiz ki, layihə yaxın zamanda müzakirəyə çıxarılıb qəbul olunacaq. Hansı partiyaya nə qədər maliyyə veriləcəyi bəlli deyil. Bəlli olan budur ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyəti maliyyə sarıdan problemlərinin olduğunu iddia edirlər. Bununla belə, həmin partiyalar mövcuddurlar, bəziləri hətta hakimiyyətə iddialıdır. Görəsən, maliyyə baxımından korluq çəkdiklərini iddia edən partiyalar 2011-ci ildə nə qazanıb və qazandıqlarını necə xərcləyiblər? Qeyd edək ki, indi qüvvədə olan qanuna əsasən partiyalar üzvlük haqları, ianələr və sair hesabına maliyyələşə bilərlər.

Azərbaycanda rəsmi dövlət qeydiyyatından 50-dən çox siyasi partiya keçib. Bu partiyaların heç biri dövlət tərəfindən maliyyələşmir. Bəs görəsən hansı siyasi partiya illik maliyyə hesabatını olduğu kimi təqdim edə bilər?
Bununla bağlı Modern.az saytı üzdə olan partiyaların bir neçəsi ilə əlaqə saxlayıb.

2012-ci il fevralın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın 2011-ci ilə dair hesabatı dinlənilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, İdarə Heyətinin iclasında partiyanın 2011-ci il maliyyə hesabatı təsdiqlənib. Ötən il üzvlük haqlarından partiya büdcəsinə 4 milyon 711 min 974 manat daxil olub. Həmin vəsaitin 4 milyon 611 min 323 manatı YAP-ın rayon (şəhər) təşkilatlarının və İcra Katibliyinin xərclər smetasını təşkil edib. Vəsaitin 2 milyon 59 min manatı əmək haqlarının ödənilməsinə, 687 min manatı müxtəlif xarakterli partiya tədbirlərinin maliyyələşdirilməsinə, 196 min manatı ezamiyyət xərclərinə, 326 min manatı nəqliyyat vasitələri və inventarların alınmasına, 170 min manatı cari təmir işlərinə, 178 min manatı təsərrüfat xərclərinə, 61 min manatı çap işlərinə, qalan hissəsi isə kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti və sair istiqamətlərə sərf edilib.

Musavat Partiyası başqanının müavini Tofiq Yaqublu partiyanın maliyyə qaynaqlarının çox məhdud olduğunu bildirib:
“Musavat partiya üzvlərinin ödədikləri üzvlük haqları və ianələr hesabına maliyyələşir. Bizim maliyyə xərclərimiz partiya qərərgahının kommunal xərclərinə yönəlir, bundan əlavə müəyyən tədbirlərin keçirilməsinə sərf olunur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, bütün fəaliyyətlər ictimai əsaslarla, könüllülük prinsipi ilə həyata keçirilir: “Partiyanın fəaliyyətində hər hansı maliyyə əməliyyatı həyata keçirilmir. Təbii ki, bu təəssüf doğurucu bir haldır. Bunun əsas səbəbi onunla bağlıdır ki, partiya üzvlərinin böyük əksəriyyəti işsizdi. Eyni zamanda, ölkədə elə bir vəziyyət yaranıb ki, iş adamlarının, sahibkarların, imkanlı şəxslərin partiyalara maliyyə dəstəyi göstərməsi, ianə köçürməsi çox ciddi risk yaradır. Ona görə də partiyanın fəaliyyəti demək olar ki, maliyyəsiz həyata keçirilir. Bu baxımdan mən sizə konkret bir rəqəm deyə bilmərəm. Bzim hansısa formada maliyyə əməliyyatlarımız olmayıb”.
F.Qəhrəmanlı AXCP-yə kənar ianələrin daxil olmadığını bildirib:
“Yalnız partiyanın zəruri xərcləri meydana çıxarsa, o zaman üzvlərin özünün könüllü topladığı vəsait hesabına, yerli strukturların vasitəsi ilə hər hansı bir iş görülür. Ancaq böyük həcmdə nəyinsə alınmasına zərurət yarananda bu da mərkəzləşdirilmiş qaydada partiyanın hesabına köçürülən vəsait hesabına olur. Çünki bizdə maliyyə əməliyyatları aparılmır. Sadəcə olaraq hansısa şuarın yazılmasına, yaxud da haraya stul alınmalıdırsa kimsə təşəbbüs göstərib öz vəsaiti ilə bunu həyata keçirir. Maliyyələşmə xüsusi qaydada vəsait toplanması yolu ilə həyata keçirilmir ki, orda hansısa hesabatlar aparılsın. Səbəb də odur ki, partiya üzvlərinin böyük əksəriyyəti imkansız insanlardı, iş imkanları yoxdu. Ona görə üzvluk haqqı ödəmə imkanları da məhduddur”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa 2011-ci ildə 600-1000 manat arası vəsait xərcləndiklərini deyib: “Bu, əsasən qərargahın saxlanılmasına xərclənən vəsaitlərdi”.
F.Mustafa Azərbaycandakı siyasi partiyaların maliyyə baxımından çox miskin vəziyyətdə olduğunu bildirib: “Partiyalar siyasi həyatda ona görə aktiv iştrak edə bilmirlər ki, heç bir maddi vəsaitləri yoxdu, ancaq üzvlük haqqı hesabına yaşayırlar. Bu da ölkənin demokratik imicinə böyük zərbə vuran göstəricilərdən biridi. Çalışırıq ki, partiyalar büdcədən maliyyələşsin və hesablarda bu məsələlər öz əksini tapsın”.

“Azərbaycan Demokrat Partiyası (ADP) üzvlərinin sosial-iqtisadi vəziyyətini nəzərə alıb, keçici olaraq onlardan üzvlük haqqının toplanmasını dayandırmışıq”. Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun dediyinə görə, partiya ümumiyyətlə maliyyələşmir:
“Çünki fəaliyyətimiz minimum həddədi. Geniş fəaliyyət göstərmirik, xaricə səfərlərimiz yoxdu, regionlara getmirik. Burdakı tədbirlər üçün isə maliyyə vəsaitinə ehtiyac yoxdu, partiyanın mərkəzi aparatındakı üzvlərimiz ictimai əsaslarla işləyirlər. Cüzi maliyyə xərcləri lazım olanda isə öz cibimizdən qoyuruq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli deyib ki, olmayan malyyədən nə hesabat verilməlidi: “Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının elə də böyük maliyyə imkanları yoxdu. Ona görə onların maliyyə hesabatı vermələri də heç maraqlı deyil. Olmayan maliyyədən necə hesabat verə bilərsən? Ancaq hakim Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə mənbələri məlumdu. Ona görə də onlar hər ilin sonunda öz maliyyə hesabatını verirlər. Əgər YAP-ın yerində hər hansı digər siyasi partiya olsa, o da maliyyə hesabatı verəcək”.
E.Mirzəbəyli sonra ərtaflı məlumat almaq üçün BAXCP-nin təşkilati məsələlər üzrə müavini Yaşar Kələntərli ilə əlaqə saxlamağı məsləhət görüb. Y.Kələntərlinin sözlərinə görə, partiyada üzvlük haqqı yığılmır: “Konkret olaraq maliyyə hesabatları ilə bağlı heç nə deyə bilmərəm, çünki məlumatlı deyiləm”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə hesab edir ki, bu gün heç bir siyasi partiya dövlət büdcəsindən maliyyələşmir: “Ona görə siyasi partiyaların hardan maliyyələşmələri və maliyyələrini hansı istiqamətdə yönəltmələri barədə məlumat öyrənməyin özü düzgün deyil. Bu gün partiyalar daxili imkanları, üzvlük haqları və qismən də ianələr hesabına maliyyələşirlər. Ona görə hesab edirəm ki, Azərbaycan reallığında partiyaların maliyyə ilə bağlı məlumatlarının ictimailəşməsi düzgün deyil. Əgər partiyalar gələcəkdə dövlət büdcəsindən maliyyələşəcəklərsə, onda şübhəsiz ki, hesabatlar da olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin təşkilati işlər üzrə müavini Samir Əsədlinin dediyinə görə, elə böyük maliyyə imkanları yoxdur: “Sadəcə olaraq maliyyə hesabatı Nəzarət Təftiş Komissiyasına (NTK) verilir. Rəhbərlikdə təmsil olunan şəxslərin ianələri əsasında partiyanın cari fəaliyyəti qurulur. Əsasən üzvlük haqları və yerli təşkilatlardan yığılanlar həmin rayonların maddi-texniki bazasının təmin olunmasına sərf olunur. Bu böyük hesabat olmadığından, eyni zamanda VHP heç hardan maliyyə yardımı almadığı üçün, heç yerə hesabat da vermirik. Rayonlarda keçirilən tədbirlər yerli təşkilatların öz hesabına, mərkəzdə isə partiya rəhbərlərinin hesabına maliyyələşdirilir. Xarici ölkəyə hər hansı tədbirə kimsə dəvət olunursa, öz hesabına gedir-gəlir. Konkret elə bir böyük rəqəm yoxdu ki, mən onu deyim. Partiyanın fəaliyyəti daha çox ictimai əsaslarla qurulur. Demək olar ki, bütün müxalifət partiyaları fəaliyyətlərini bu istiqamətdə qurur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru