Tramp ermənilərin arzusunu ürəyində qoyacaq
Tarix: 21-04-2017, 09:03 | Çap et
Hər il olduğu kimi, bu il də ermənilər qondarma soyqırımlarının növbəti ildönümünü qeyd etmək üçün təbliğat kampaniyasına start veriblər. Lakin maraqlı olan odur ki, aprelin 24-də qeyd ediləcək qondarma soyqırımına bir neçə gün qalsa da, əvvəlki ajiotaj, qələbəlik nəzərə çarpmır. Halbuki, əvvəlki illərdə "soyqırımı”na bir neçə həftə qalmış erməni icmasının tədbirləri nəzarətlərində olduqları media tərəfindən geniş şəkildə təbliğ edilirdi. Bəs bu dəfəki sönüklük, ümidsizlik nə ilə bağlıdır? Bunu bir sıra səbəblərlə izah etmək olar. İlk növbədə ermənilər anladılar ki, yüz ilə yaxın apardıqları təbliğat mənasız imiş. Ən əsası bu illər ərzində xərclənən milyonlarla dollar vəsait və əziyyət də mənasız olub. Bir neçə ölkəni çıxmaq şərti ilə qondarma soyqırımını tanıyan olmadı. Ermənilərin ümid yeri olan Birləşmiş Ştatlar prezidentləri isə yalnız "faciə” sözünü dillərinə gətirməklə kifayətlənməyə üstünlük verirlər. Erməni icması anlamağa başlayır ki, rəsmi Vaşinqton heç bir vaxt bir neçə yüz minlik erməni icmasına xoş gəlmək üçün Yaxın və Orta Şərqdə böyük nüfuza və gücə malik dövlət olan Türkiyə ilə münasibətləri pisləşdirməyə getməyəcək. Bundan əlavə, rəsmi Vaşinqton məslə ilə bağlı Ankaranın səsləndirdiyi təkliflərə ermənilərin qulaqardına vurmalarını da əsas götürüb. Belə ki, rəsmi Ankara ermənilərə arxivlərin açılmasını və 100 il bundan əvvəl baş verənlərlə bağlı birgə komissiya yaradılmasını təklif etsə də, qarşı tərəf buna əməl etməyib, hətta münasibət belə bildirməyib. Ermənilər son prezident seçkilərində demokrat Hillari Klintonun prezident seçiləcəyinə ümid bəsləyirdilər. Ümid edirdilər ki, Türkiyə ilə Ermənistan arasında "Sürix protokolu”nun müəllifi kimi tanınan Klinton prezident seçiləcəyi təqdirdə, qondarma soyqırımı tanıyacaq. Lakin bu, baş vermədi.
Bütün bunlara baxmayaraq, ABŞ-dakı bir sıra erməni təşkilatları hələ də "soyqırımı”nın tanınmasına ümidlərini itirmir və yeni ABŞ administrasiyasının onlara müsbət cavab verəcəyini gözləyir. Lakin yeni administrasiya da əvvəlki yanaşmanı prioritet götürür. Məsələn, ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, onlar tarixi faktların tanınmasına yardım edəcəklər. Senatın xarici əlaqələr komitəsində onun namizədliyinə dair dinləmələrdə senator Robert Menendesin qondarma erməni soyqırımı haqda sualını cavablandırarkən o, məsələyə diplomatik cavab verib. "1915-ci ilin faciəvi hadisələri Ermənistanla Türkiyənin münasibətlərində ağrılı məsələ olaraq qalmaqdadır. İki ölkə arasında dinc və sabit münasibətlərin təmin olunması ABŞ-ın marağındadır. Əgər mən dövlət katibi vəzifəsinə təsdiqlənsəm, regionda sabitlik naminə tarixi hadisələrin tanınmasına və Ermənistanla Türkiyə arasında açıq dialoqa yardım edəcəyəm”, – deyə o bildirib. Birləşmiş Ştatların yeni prezidenti Donald Tramp administrasiyasının başqa bir nümayəndəsi, ölkənin BMT-dəki səfiri Nikki Haley də "erməni soyqırımı” və erməni-türk münasibətləri ilə də bağlı mövqe bildirib. Ermənipərəst senator Robert Menendes səfirdən "erməni soyqırımı”nın tanınmasına dair BMT qətnaməsini dəstəkləyib-dəstəkləməyəcəyini soruşub: "Dəstəkləməyəcəyiniz halda, düşünmürsünüzmü ki, bu, Amerika dəyərlərinə kölgə salır və belə cinayətlərin təkrarlanmasına yol açır?” ABŞ-ın BMT-yə yeni təyin olunmuş səfiri suala belə cavab verib: "Mən heç vaxt atdıqları addımlar ABŞ dəyərlərinə zidd olan, insan hüquqlarını və beynəlxalq normaları pozan ölkələri öz adları ilə çağırmaqdan boyun qaçırmayacağam”.
Beləliklə, dövlət katibinin sözlərindən bəlli olur ki, ermənilərin bu il də qondarma soyqırımlarının "soyqırımı” kimi tanınacağı ilə bağlı ümidləri puç olacaq. Yeri gəlmişkən, Donald Tramp prezident seçiləndə ermənilər ümid edirdilər ki, yeni prezidentin Rusiya ilə isti münasibətləri onlara da təsirsiz ötüşməyəcək. Lakin baş verən son hadisələr onların bu arzusunu da ürəklərində qoydu. D.Tramp nəinki Rusiya ilə münasibətlərin normallaşmağa doğru addım atdı, əksinə, daha sərt qərarlar qəbul etdi. Öz növbəsində Ermənistanın Regional Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan Donald Trampın qələbəsindən sonra ABŞ-la Rusiyanın münasibətlərinin yaxşılaşmasından Ermənistanın da qazanacağını gözləyən ekspertlərin fikirlərinə şərik deyil. Politoloqun fikrincə, bu, yalnız ilk baxışda belə görünə bilər. Donald Trampın gözlənilməz addımlardan ibarət siyasətini şərh edən politoloq qeyd edib: "Aprelin 24-də Donald Tramp "erməni soyqırımı”nı tanıyanda təəccüblənəcəksiniz. Elə-belə. Səhər yuxudan oyanacaq və deyəcək – niyə də yox?”. Bəzi erməni politoloqları da Trampın qeyri-standart bir şəxs olduğunu əsas götürür və ümid edirlər ki, aprelin 24-də ABŞ prezidenti hamını şoka salacaq bir qərar qəbul edə bilər. Bu qənaətdə olanlar arasında Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan da var: "Tramp impulsiv adamdır, bu səbəbdən də heç nə istisna etmək olmaz”. Lakin əlavə edir ki, Trampın belə bir qərar qəbul edəcəyi gözlənilən deyil.
Bir faktı da qeyd edək ki, Tramp Türkiyədə keçirilən referendumla bağlı prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. ABŞ prezidenti həmkarı ilə telefon danışığında Amerikanın aprelin 7-də Suriya hökumətinə aid aviabazaya raket zərbələri endirməsini dəstəklədiyinə görə Ərdoğana minnətdarlığını bildirib. Tramp telefon danışığı zamanı Ərdoğana Suriya və İraqda, həmçinin kürd hərbi qruplaşmalarına qarşı mübarizədə sıx əməkdaşlıq vədi verib. Belə bir halda, yeni administrasiyanın qondarma soyqırımını tanıyacağı heç bir halda inandırıcı görünmür. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
|