![Rusiya HKQ Suriyada 200-dən çox İŞİD terrorçusunu məhv ediblər Rusiya HKQ Suriyada 200-dən çox İŞİD terrorçusunu məhv ediblər](/uploads/posts/2017-08/thumbs/1503287598_0001.jpg)
Rusiya Hava-Kosmik Qüvvələri Suriyada Deyr-ez-Zor şəhərinə gedən 200-dən çox İŞİD terrorçusunu məhv ediblər.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki: "Rusiya HKQ aviasiyası İŞİD terror qruplaşmasının qruplaşmaq istədiyi Deyr-ez-Zor şəhərinə gedən böyük qrup terrorçunu məhv edib. HKQ-nin bombardmançı və ordu aviasiyası 20-dən artıq avtomobil, zirehli texnika, həmçinin tanklar məhv ediblər. Eyni zamanda 200-dən artıq terrorçu məhv edilib".