![ABŞ-dan növbəti “kürd dövləti” açıqlaması ABŞ-dan növbəti “kürd dövləti” açıqlaması](/uploads/posts/2017-09/thumbs/1505539887_0001.jpg)
ABŞ İraqda Kürd Muxtar Vilayətində müstəqillik referendumunun keçirilməsi ideyasını dəstəkləmir.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Ağ Evin mətbuat xidməti yayıb. Vaşinqton bu referendumun bölgədəki situasiyanı gərginləşdirəcəyini və İŞİD-lə mübarizəyə maneə yaradacağını bildirib.
Qeyd edək ki, İraq Kürd Muxtar Vilayətində referendum sentyabrın 25-də keçiriləcək. İraq, Türkiyə, İran və Suriya bu referenduma qarşı olduqlarını bildiriblər.