![Müxalifət lideri seçkinin nəticəsini qəbul etmir Müxalifət lideri seçkinin nəticəsini qəbul etmir](/uploads/posts/2017-10/thumbs/1509341515_0001.jpg)
Makedoniyada əsas müxalifət lideri oktyabrın 29-da keçirilmiş yerli seçkilərin nəticəsini qəbul etməyəcəyini deyir.
Hakim Sosial Demokratlar (SDSM) 19 bələdiyyədən 10-da qələbə çaldığını bildirir. Oktyabrın 16-da keçirilmiş birinci raundda həmin bələdiyyələrdə qalib bilinməmişdi. Amma hakim SDSM 81 bələdiyyədən 40-da udmuşdu.
Paytaxt Skopyedə də hakim partiya qalib gəlib.
Müxalif VMRO-DPMNE partiyasından Nikola Gruevski deyib ki, nəticələri tanımayacaq, o texniki hökumətdən təkrar seçki keçirməyi tələb edib. Gruevski mərkəzi seçki komissiyası sədrinin istefasını, iddia olunan seçki fırıldağının araşdırılmasını tələb edib.
Sosial demokratlardan baş nazir Zoran Zaev Gruevski-nin iddialarını rədd edib.