![Şimal və Cənubi Koreyalar vahid vaxta keçir Şimal və Cənubi Koreyalar vahid vaxta keçir](/uploads/posts/2018-04/thumbs/1525066239_0001.jpg)
Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya vahid vaxta keçəcək. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə KXDR-in Ali Xalq Məclisi fərman imzalayıb.
Fərmana əsasən, cari il mayın 5-dən saat 30 dəqiqə qabağa çəkilərək Cənubi Koreyadakı zamanla uyğunlaşdırılacaq. Şimal və Cənubi Koreyalarda vahid vaxtın olması prezidentlərin görüşü zamanı razılaşdırılmışdı.