![Ermənistan parlamentində Paşinyanın baş nazir vəzifəsinə namizədliyi səsverməyə çıxarılacaq Ermənistan parlamentində Paşinyanın baş nazir vəzifəsinə namizədliyi səsverməyə çıxarılacaq](/uploads/posts/2018-05/1525751793_0001.jpg)
Bu gün Ermənistan parlamentində baş nazir vəzifəsinə seçkilər keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, müxalifətin bu vəzifəyə yeganə namizədi Nikol Paşinyandır.
Parlamentin iclası yerli vaxtla saat 12:00-da başlayacaq. Deputatlar Paşinyanın çıxışını dinləyəcək və ona suallar verəcəklər.
Onun baş nazir vəzifəsinə namizədliyi ikinci dəfə irəli sürülür. Birinci səsvermə mayın 1-də keçirilib və müzakirə 6 saatdan çox davam edib.
Həmin vaxt Paşinyana 45 deputat səs verib. Lakin namizədə baş nazirin seçilməsi üçün 53 səs lazımdır.
Ermənistanın hakim partiyası növbəti seçkilərdə Paşinyana dəstək verəcəyini vəd edib.