![Rusiyadan oğurlanan 800 milyard haradadır? Rusiyadan oğurlanan 800 milyard haradadır?](/uploads/posts/2018-06/thumbs/1528694633_0001.jpg)
Rusiyadan oğurlanan vəsaitlərin çoxu Qərbə aparılıb.
Axar.az xəbər verir ki, bunu Sotnik TV-yə müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski deyib. Onun sözlərinə görə, oliqarxlar pulların böyük qismini ABŞ və Britaniyada gizlədiblər:
“Bu vəsaitlər dondurulmalıdır. Bu pullar Rusiyaya ölkədə birinci qeyri-kriminal rejim qurulduqdan sonra qaytarılmalıdır. Ölkənin təbii resursların satışından əldə etdiyi vəsaitlərin 40%-i Putin rejimi tərəfindən Qərbə daşınıb. Əgər əvvəllər Britaniyada Putinin ətrafına məxsus aktivlərin miqdarı yarım trilyon dollar idisə, indi bu 800 milyarddır. Hazırda bu vəsaitlər dondurulma təhdidi ilə üz-üzədir”, – deyə o bildirib.