![Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 6 əsgər yaralanıb Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 6 əsgər yaralanıb](/uploads/posts/2018-06/thumbs/1529380245_0001.jpg)
Türkiyənin Hakkari vilayətinin Çuxurca rayonunda PKK terrorçularının hücumu nəticəsində 6 əsgər yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, silahlılar hərbi konvoyu raket atəşinə tutub.
Yaralı əsgərlər xəstəxanalara göndərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.