![Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb Cənubi Koreya hərbi təlimləri ilk dəfə təxirə salıb](/uploads/posts/2018-06/1529484451_0001.jpg)
Cənubi Koreya iyunun sonunda keçirilməsi nəzərdə tutulan üçgünlük hərbi təlimi Şimali Koreya ilə danışqlara mane olmamaq üçün təxirə salıb.
“Report” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, məlumatı iyunun 20-də Cənubi Koreyanın Müdafiə Nazirliyi yayıb.
“Biz təlimləri təxirə salmaq barədə qərar qəbul etdik. Təlimlərin uyğun zamanda və əlverişli şəraitdə keçirilməsi variantlarını nəzərdən keçiririk”, - nazirlikdən bildirilib.
Agentlik qeyd edib ki, “Taegeuk” adlı təlimlər 1995-ci ildən etibarən hər il Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbərliyi altında keçirilir. İndiyədək təlimlərin keçirilməsi heç vaxt təxirə salınmayıb.