Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

"Ərdoğan çox maraqlı bir siyasi liderdir"
Tarix: 21-06-2018, 08:23 | Çap et
"Ərdoğan çox maraqlı bir siyasi liderdir"
Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə üç gün qalır. Asan olmayacaq bu seçkilərlə bağlı qardaş ölkə bütün dünyanın diqqət mərkəzindədir.

Prezident seçkilərində kimin qalib olacağı ilə bağlı proqnozlar birmənalı deyil. Cümhur başqanı olmaq üçün AKP lideri, hazırkı ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Meral Akşener, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu və Vətən Partiyasının başqanı Doğu Perinçək mübarizə aparır.

Çoxları ikinci turun olacağını düşünür. Doğrudur, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın seçkilərdə şəriksiz lider olacağına şübhə yoxdur. Amma onun prezident olmaq üçün 50%-i keçib-keçməyəcəyi suallar doğurur. CHP-nin seçkilərə Məhərrəm İncə ilə qatılması, eləcə də İyi Partiyanı yaradaraq siyasi səhnəyə çıxan Meral Akşenerin namizəd olması seçkilərə tamam fərqli bir rənglər qatıb. İkinci tur olarsa Ərdoğan iqtidarının çətin anlar yaşayacağı iddiası da var.

“Millət” ittifaqı ilə parlament seçkilərinə vahid şəkildə qatılan müxalifətin bu seçkilərdə üstün olacağı proqnozlaşdırılır. Lakin əvvəlki seçkilərdən fərqli olaraq prezident seçkilərində qalib gələn şəxsin hökuməti təkbaşına formalaşdırmaq səlahiyyətinə malik olması onun qarşısında cığırlar açır.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında seçki təbliğatında son texnologiyalardan istifadə edildiyini bildirdi: “Müxalifətin təbliğat kampaniyasında daha çox AKP iqtidarının iqtisadi sahədəki xətaları üzərinə vurğu edilir. Son dönəmlərdə təbliğat-təşviqatda gərginliyin artdığını görürük. Seçkilər yaxınlaşdıqca siyasilər bir-birilərinə qarşı daha sərt mesajlar verməyə başlayıblar. Bu da Türkiyə cəmiyyətini narahat etməyə bilməz. Bu şəkildə hələ ki təbliğat davam edir. Hazırlıqlar artıq son həddədir. Siyasi partiyalar, prezidentliyə namizədlər öz tərəfdaşlarını aktiv şəkildə proseslərdə iştiraka çağırırlar. Cəmiyyətdə bu aktivlik hiss olunur. Yay ayları, dərslərin bitməsinə baxmayaraq bu aktivlik görünür. Seçkilər gözlənilən kimi aktiv şəkildə olacaq. Nəticələri görməyimizə artıq çox qısa zaman qalır. İkinci turun olacağı ehtimalları yenə də böyük görünür. Hesablamalar da bunu göstərir. Sadəcə, bunu qarışdırmamaq lazımdır ki, ikinci turun olması Ərdoğanın və lideri olduğu AKP-nin məğlub olması anlamına gəlmir. Bunu əvvəlki seçkilərlə müqayisə edib demək olar ki, nə qədər irəliləyiş, yaxud gerilik var. Ümumiyyətlə, Ərdoğan çox maraqlı bir siyasi liderdir. Türkiyə tarixində ilk dəfə olaraq, uzun illər hakimiyyətdə olmasına baxmayaraq yüksələn xətlə səslərini artıraraq seçkiləri qazanıb. Bugünkü seçkilərdə ikinci turun olub-olmayacağından asılı olmayaraq həmin nəticələrə baxmaq lazımdır. İkinci tur istənilən halda ehtimallar arasındadır. Türkiyə seçicisi çox həssasdır. Bugünkü iqtidarın ən zəif nöqtəsi uzun illər hakimiyyətdə olmasıdır. Uzun müddət hakimiyyətdə qalmaq istənilən iqtidarı tükəndirir. Məhərrəm İncənin təbliğatda bir az önə keçdiyi barədə düşüncələr var. Bunu seçkilərin nəticələri göstərəcək. Unutmaq olmaz ki, belə düşüncələr, sadəcə, yorumdur”.

T.İsmayıl seçkilərdə sürprizlərin olacağını istisna etmir: “Türk seçicisi hər zaman sürprizlər edir. Bunu yaxşı bilirik. CHP-ni də, MHP-ni də zamanında 10% barajın altında buraxıb. Türkiyədə gənclər demək olar hakimiyyətdə Ərdoğanı, AK Partini görüblər. Alternativ də demək olar olmayıb. Bu kimi məsələlər öz sözünü təbii ki, deyir. AKP və Ərdoğan hakimiyyətdə olduqları illər böyük işlərə imza atıblar. Uzun müddət hakimiyyətdə qalmaq xətaların da çox olması deməkdir. Burada bölgədəki siyasi mühiti də unutmamaq lazımdır. Yaxın Şərqdə ciddi şəkildə dəyişikliklər, savaşlar var. Bunlar da istər-istəməz Türkiyəyə öz təsirini göstərir. Bugünkü hakimiyyətin daxili və xarici siyasətinin formalaşmasına da ciddi təsir edir. AK Parti hakimiyyəti illərində ciddi dönüşlər yarada bildi. Yanlışlarını görüb dönüş etməyi bacardılar. Digər tərəfdən, təhsil sistemində istənilən dönüşü edə bilmədilər. İslahatlar istənildiyi kimi gerçəkləşə bilmədi. Belə məsələlər indiki iqtidara müəyyən dərəcədə mənfiliklər gətirir. Bundan əlavə, ekonomik sahədə, eləcə də bölgədə Türkiyənin öz sözünü deməsi müsbət cəhətlərdir. Buna qarşı müxalifət hakimiyyət daxilində olan nazirlərin, siyasilərin səhvlərini öndə tutaraq təbliğatlarını bunun üzərində qururlar. Mənə görə bu taktika çox doğrudur”.

Politoloq seçkilərdə ikinci turun olacağı təqdirdə siyasi ortamın tamam fərqli olacağını düşünür: “İlk dəfə Türkiyə bir başqanlıq sistemində prezident seçir. Bu da tamamən fərqli bir ortamdır. Əvvəllər də dediyim kimi, bu başqanlıq sisteminə qarşı çıxanlar az deyildi. Bunlar cəmiyyətin yarısını təşkil edirdi. Böyük şəhərlər də bu sistemin əleyhinə çıxmışdı. İndi bu sistemə qarşı çıxanların, bu sistemi istəməyənlərin, Ərdoğandan narazı olanların birləşmə dönəmidir. Türkiyə real, siyasi bir ortamdadır. Mövcud vəziyyəti keçmiş sistem üzərindən dəyərləndirsək, səhvlərə yol verə bilərik. Real sistem dəyərləndirməsində Cümhurbaşqanının birbaşa seçildiyini unutmaq olmaz. İlk dəfə yoxlanılmamış bir sistem hakimiyyətə gələcək. Cəmiyyətdəki bu tərəddüdlü vəziyyəti də unutmamaq lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru