![Suriyaya hava zərbələri endirilib, ölənlər və yaralananlar var Suriyaya hava zərbələri endirilib, ölənlər və yaralananlar var](/uploads/posts/2018-06/1529640670_0001.jpg)
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın Deyr az-Zor vilayətinin Aş-Şaaf kəndinə hava zərbələri endirib.
"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayb.
Məlumata görə, zərbələr nəticəsində 8 dinc sakin həlak olub. Zərbələr zamanı habelə bir neçə nəfər də xəsarət alıb.
Eləcə də xeyli sayda ev dağıdılıb.