![Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək](/uploads/posts/2018-12/thumbs/1544853705_0001.jpg)
ABŞ prezidenti Donald Tramp Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malvenini Ağ Evin aparatının rəhbəri vəzifəsinə təyin etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti öz "Twitter" hesabında yazıb.
D.Tramp bildirib: "İnzibati-büdcə idarəsinin direktoru Mik Malveninin namizədliyi ölkəmizə çox gözəl xidmət edən Con Kellinin gedişindən sonra Ağ Evin aparatının rəhbəri vəzifəsinə irəli sürüləcək"