![Tramp qoşunların Əfqanıstandan çıxarılması barədə göstəriş verməyib Tramp qoşunların Əfqanıstandan çıxarılması barədə göstəriş verməyib](/uploads/posts/2018-12/thumbs/1546062969_0001.jpg)
Donald Tramp ABŞ-ın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etməyib və Pentaqona müvafiq göstəriş verməyib. Trend-in məlumatına görə, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Harrett Marki deyib.
Xatırladaq ki, hazırda Əfqanıstanda 14 min ABŞ hərbçisi var.