![Terrora məruz qalan məscidlər yenidən açıldı Terrora məruz qalan məscidlər yenidən açıldı](/uploads/posts/2019-03/thumbs/1553318430_0001.jpg)
Yeni Zelandiyanın Kraysterç şəhərinin terrora məruz qalmış məscidləri yenidən dindarlar üçün açıqdır.
ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, polis şəhərdə təhlükəsizliyə nəzarəti azaltmağa qərar verib və yolları açıb.
Polisin məlumatına görə, Ən-Nur və Linvud məscidləri yenidən müsəlman icmasına verilib.
Hüquq-mühafizə orqanları burada və ölkənin digər məscidlərində təhlükəsizliyə nəzarət edəcəklər.