![ABŞ və Türkiyə vitse-prezidentləri bir-birinə zidd bəyanatlar yayıb ABŞ və Türkiyə vitse-prezidentləri bir-birinə zidd bəyanatlar yayıb](/uploads/posts/2019-04/thumbs/1554353093_0001.jpg)
ABŞ Türkiyə ilə dostluq və müttəfiqliyi təhlükə altına qoymamalıdır.
ONA-nın türk mətbuatına istinadən yaydığı xəbərinə görə, bunu Türkiyə vitse-prezidenti Fuat Oqtay ABŞ həmkarı Mayk Pensin bəyanatına cavab olaraq deyib.
“Birləşmiş Ştatlar qərara gəlməlidirlər – Türkiyə ilə müttəfiq qalmağı və yaxud dostluğu təhlükə altına qoyaraq terrorçularla əməkdaşlıq etməyi seçməlidirlər”, - deyə F. Oqtay bildirib.
Öncə, ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiya istehsalı olan ZRK S-400 raketlərini almasını şərh edərkən bunun qəbul olunmaz olduğunu bəyan edib.
"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- deyə Pens bildirib.