![Səudiyyə Ərəbistanı əvvəlki neft tədarükü səviyyəsini bərpa edib Səudiyyə Ərəbistanı əvvəlki neft tədarükü səviyyəsini bərpa edib](/uploads/posts/2019-09/thumbs/1568780503_894fbb43-a6e0-4cfb-8f90-f701c1c45a61.jpg)
Səudiyyə Ərəbistanı "Saudi Aramco"nun obyektlərinə edilən hücumdan sonra neft tədarükünün əvvəlki səviyyəsini bərpa edib.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman Əs-Səud deyib.
Eyni zamanda, Ər-Riyad da xammal hasilatının həcmini qismən bərpa edib.
Krallıq daha əvvəl hasilatı iki dəfədən çox - təqribən 9,8 milyon səviyyəsindən gündə 5,7 milyon barelə qədər azaltmışdı.
Hazırda bazarlarda neftin qiymətləri nazirin açıqlamasından sonra sürətlə aşağı düşməyə başlayıb.