![Doktorantura təhsili birpilləli sistemə keçir Doktorantura təhsili birpilləli sistemə keçir](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739043261_4763773.png)
Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi müzakirə mövzusudur. Yəni, hazırkı iki mərhələli (fəlsəfə doktoru və elmlər doktoru) sistemin ləğv edilərək, vahid doktorantura dərəcəsi ilə əvəz olunması gündəmdədir.
Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsini şərtləndirən amillər varmı?
Mövzu ilə bağlı TNS-ə danışan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bir sıra məqamlara toxunub: “Doktorantura təhsilinin bir və yaxud ikipilləli olması məsələsi son günlər müzakirə olunur. Doktorantura akdemik təhsil pilləsidir. İkipilləlilik sovet təhsil sistemindən qalan ənənə idi. Dünyada bununla bağlı fərqli yanaşmalar var.
SSRİ dövründə aspiranturanı bitirdikdən sonra, elmi işi müdafiə edərək, elmlər namizədi, alimlik dərəcəsini almaq olurdu. Sonra yenidən bir daha müdafiə edib, elmlər doktoru olmalı idin. Sonradan bizdə bu proses fəlsəfə və elmlər doktorluğu kimi təsnilfatlaşdırılsa da, dəyişən yalnız ad oldu. Məzmun eyni qaldı. Hazırda elm və təhsilimizi beynəlqxalq stanadtrlar səviyyəsində qurmaq həfədini qoymuşuq. Dünyada artıq oturuşmuş standartları ölkəmizdə də qəbul etmək vacibdir. Doktorantura bir pilləli olsa, daha faydalı olar”.
İ. Orucov qeyd edib ki, sistemin dəyişməsi ilə yanaşı, prosesin özü də sərtləşdirilməli, ciddi əsas daşımalıdır.
Onun sözlərinə görə, alim olmaq istəyənlər aktiv elmi fəaliyyətlə məşğuldursa, zaman-zaman tədiqat apardığı mövzunu dərinləşdirir. Elmi əsərləri, məqalələri müxtəlif vasitələrlə nümayiş etdirir və daha sonra tədiqatlarının göstəriciləri əsasında yeni adlar alır: “İkipilləli sistem bürokratik maneələrdən başqa bir şey deyil. Beynəlxalq standartların təqtbiq olunduğu və Azərbaycanın da qoşulduğu və qabaqcıl təhsil təcrübələrindən irəli gələrək, bu dəyişiklikləri etməliyik. Bu təbii ki, “Ali təhsil haqqında” qanunda öz əksini tapmalıdır. Azərbaycan ali təhsili ümumillikdə Avropa və beynəlxalq standtarlara uyğunlaşdırılır. Universitetlərin tədqiqatyönümlü olması gündəmdədir. Gələcəkdə elmi dərəcələri Ali Attestasiya Komissiyası yox, universitetlər özləri verməli olacaqlar. Artıq Ali Attestasiya Komissiyasının fəaliyyəti kifayət qədər şəffaflaşır, kifayət qədər yeniliklər tətbiq olunur. Yəni, söhbət Ali Attestasiya Komissiyasına inmasızlıqdan getmir. Ümumillikdə prosesin beynəlxalq tələblər çərçivəsində qurulmasından gedir”.
Sədr vurğulayıb ki, artıq üfüqdə Azərbaycan universitetlərində elmi tədqiqatlarla bağlı daha yaxşı mühit yaradılacağı görünür.