Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

General Haftər daha bir şəhəri ələ keçirdi – Türkiyə-Liviya müharibəsi başlayacaqmı?
Tarix: 8-02-2020, 08:27 | Çap et
General Haftər daha bir şəhəri ələ keçirdi
Türkiyə prezidenti R.T.Ərdoğanın kəskin qarşı çıxdığı, Rusiya və ərəb dövlətləri tərəfindən dəstəklənən general Xəlifə Haftər Liviyada daha bir şəhəri ələ keçirib.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Haftərin ələ keçirdiyi Sirtə şəhəri paytaxt Tripolidən 400 km uzaqda yerləşir.

Paytaxt Tripolidəki Milli Sövdələşmə Hökuməti Sirtə şəhərində dinc sakinlərin atəşə məruz qaldıqlarını bəyan edib.

Qeyd edək ki, bu ayın əvvəlində Liviyanın böyük bir hissəsini nəzarətdə saxlayan general xəlifə Haftər Misirə səfər etmiş və bu ölkənin prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşmüşdü. İki gün davam edən səfər zamanı Liviya diktatorunun öz həmkarından hərbi dəstək istədiyi bildirilmişdi. Məlumata görə, Haftər öz istəyini Türkiyənin Liviyaya əsgər göndərməsi ehtimalı ilə əsaslandıraraq demişdi: “Bizə lazımi hərbi dəstək versəniz, Türk əsgəri Liviyaya gələnə qədər bütün ölkəni öz nəzarətim altına alaram. Türkiyə ordusu sərhədlərimizə çatanda müharibə bitmiş olar”.

General Haftər həmçinin, Misir liderindən Türk hərbi birliklərinin Liviyaya müdaxiləsinin qarşısını almaq üçün beynəlxalq burumları səfərbər etməsini və rəsmi Ankaraya siyasi təzyiqlər göstərməsini istəmişdi.

Sual oluna bilər: Liviya generalının Türkiyədən nə alıb-verə bilmədiyi var?

Türkiyə ilə Liviyanın böyük hissəsinə nəzarət edən general Haftər hakimiyyəti arasında ziddiyyətlər əslində bu iki ölkənin heç birinə çox da aid olmayan səbəbdən qaynaqlanır. Bildiyimiz kimi, bir neçə il bundan əvvəl Şərqi Aralıq dənizində zəngin qaz və neft yataqları kəşf olunmuşdu. İsrail, Misir, Yunanıstan və Cənubi Kipr Rum şirkətlərinin həmin ərazidə birgə başladığı qazma-kəşfiyyat fəaliyyətləri Türkiyənin sərt təpkisnə yol açmışdı. Rəsmi Ankara bu ərazilərin bir hissəsini Şimali Kiprin su sərhədlərinə daxil olduğunu vurğulayır, ya onun da haqqının verilməsini, ya da bu kəşfiyyat işlərinin dayandırılmasını istəyirdi. Kəşfiyyat aparan şirkətlər isə bu iddianı qəbul etmirdilər.

Müzakirələrin getdikcə qızışdığı bir şəraitdə rəsmi Ankaraya Liviyadan gözləmədiyi bir təklif gəldi. İkiyə bölünmüş ölkənin əzəli paytaxtını əlində tutan Milli Sövdələşmə Hökumətinin baş naziri Fəyyaz əl-Sərrac Türkiyədən hərbi yardım istəyir, bunun müqabilində isə Şərqi Aralıq dənizində enerji hasilatı müqavilələri bağlayacağını vəd edirdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın dəvətilə ötən il 27 noyabrda İstanbula gələn Fəyyaz əl-Sərrac ilə “Dəniz Səlahiyyət Sahələrinin Məhdudlaşdırılması” müqaviləsi imzalandı və Türkiyə Şərqi Aralıq dənizində kəşfiyyat-qazma işləri aparmaq hüququnu sənədləşdirdi. Qeyd edək ki, Şərqi Aralıq dənizindəki qaz sahəsi ən geniş sərhəddə sahib olan ölkə kimi Liviyanın su ərazilərinə yaxın bölgədə yerləşir. Beynəlxalq qanunlara əsasən, neytral sularda yaxın ərazilərdə yerləşən ölkələr hər kəsdən daha çox qazma-kəşfiyyat işləri aparmaq haqqına malikdirlər. Başqa dövlətlər burada fəaliyyətlərini davam etdirmək üçün həmin ölkələrlə razılaşmalıdırlar. Fəyyaz əl-Sərracın bu təklifi Türkiyəyə qaz sövdələşməsində ciddi üstünlük qazandırırdı.

Amma ortada başqa problemlər var. Əvvəla, imzalanan bu saziş mübahisəyə açıqdır. Yunanıstan və Cənubi Kirp Türkiyə-Liviya razılaşmasının 1982-ci il tarixli Beynəlxalq Dəniz Konvensiyasının zidd olduğunu, bölgədə yerləşən Girit, Rodos, Kerpe və Meis adalarının dəniz sahələrini və suverenlik hüquqlarının gözardı edildiyini düşünürlər. Ankara isə bu fikirlər razılaşmır. Türkiyənin fikrincə, beynəlxalq hüququn su sahəsinə yanaşması mürəkkəbdir və müqavilə imzalanarkən bir çox amillər göz önünə alınıb. Belə ki, su sərhədləri müəyyənləşdiriləndə adaların xüsusi mövqelərinə, sahil uzunluqlarına, yerləşdikləri coğrafiyaya baxılmalıdır və beynəlxalq qanunvericiliyə görə, ikitərəfli müqavilələrdə adalara heç bir dəniz sahəsi verilmir. Tərəflər arasındakı bu mübahisələrin beynəlxalq məhkəmələrə qədər daşıması ehtimalı var və Şimali Kipr bu niyyətdə olduğunu gizlətmir. Bu da istər-istəməz məhkəmə qərarı çıxanadək Türkiyəni ləngidə bilər.

İkincisi, Liviya bütöv deyildi və ölkənin şərqi bir çox dünya dövlətləri tərəfindən tanınan xəlifə Haftərin nəzarəti altında idi. Üstəlik, Haftər Liviyanın bütün ərazilərini ələ keçirmək üçün vətəndaş müharibəsinə start vermişdi. Dolayısıyla, Milli Sövdələşmə Hökuməti ilə bağlanan bu müqavilənin qüvvədə qalması üçün ilk öncə Fəyyaz əl-Sərrac hökuməti öz mövcudluğunu qorumalıdır. Türkiyə bu məqsədlə də açıq şəkildə Milli Sövdələşmə Hökumətini dəstəklədi. Bu addım Haftərin narazılığına səbəb oldu və Liviya Milli Ordusunun (Haftərə bağlıdır) sözçüsü Əhməd Mismari Türkiyəyə qarşı müharibə elan etdi. Əhməd Mismarının bu bəyanatı Türkiyədə də ciddi rezonans yaratdı. Ötən ayın 2-də toplanan Türkiyə Böyük Millət Məclisi Türk ordusunun Liviyaya girməsinə icazə verən qərar çıxardı. Bu da dünyanın bir çox dövlətlərinin narahatlığına səbəb oldu, xüsusilə də Rusiyanın.

Şərqi Aralıq dənizində ziddiyyətlərin müharibəyə çevrilməsi nəticəsində isti dənizlərə yeganə çıxış qapısı olan (Qara dəniz-Aralıq xəttində) İstanbul boğazının bağlanacağından ehtiyatlanan və əslində bütün çanaqların onun başında çatlaması üçün planlaşdırıldığını düşünən Rusiya münaqişənin həllinə girişdi. Yanvarın 8-də Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqlarda tərəfləri barışdırmaq üçün razılıq əldə olundu. Hər iki prezidentin atəşkəs çağırışına ilk müsbət cavab elə həmin gün Fəyyaz Sərrafdan gəldi. Atəşkəs çağırışlarına əvvəl əhəmiyyət verməyən Haftər də Rusiyanın təzyiqilə yanvarın 12-də bu təklifi qəbul etməli oldu və bir gün sonra tərəflər Moskvada görüşdülər. Türkiyə və Rusiya rəsmilərinin də iştirak etdiyi görüşlər nəticəsiz başa çatdı. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın açıqlamasına görə, oyunu pozan Haftər olmuşdu: “O, əvvəl irəli sürülən təkliflərlə razılaşmış, amma sonra Moskvadan qaçmışdı”.

Beləcə, hər şey “sıfır nöqtəsinə” qayıtmış və yanvarın 15-də general Haftər atəşkəs müddətinin bitdiyini elan etmişdi. Üzərindən iki həftə keçəndən sonra ərəb və İsrail mediasında onun Misirə getdiyi və Susi ilə hərbi yardım danışıqları apardığı yayılmışdı. Üzərindən cəmi 5 gün keçdikdən sonra isə Tripolinin 400 kilometrliyindəki Şirtə şəhərinin Haftərə bağlı Liviya Milli ordusu tərəfindən alındığı bildirilmişdi.

İlk baxışdan 400 km. xeyli çox görünsə də, ərazisi Türkiyədən 3 dəfə böyük və 80%-i heç bir canlının yaşamadığı səhralıqdan ibarət olan Liviyada üçün bu, o qədər də uzaq məsafə hesab edilmir. Bu mənada Haftərin son hədəf hesab olunan Tripolinin tam burnunun ucunda dayandığını bəllidir. Zatən Misir prezidenti Susi ilə görüşündə də general Hafter yetərli hərbi yardım alacağı təqdirdə 2 günə Tripolini ala biləcəyini bildirmişdi. Belə görünür ki, o yardım alınıb və Türkiyə tərəfindən dəstəklənən Fəyyaz əl-Sərraf hakimiyyətini sayılı günləri qalıb. Türkiyə bir az da ləngisə, həqiqətən, ordusu Liviya sərhədlərinə gələnədək müdafiə edəcəyi kimsə qalmayacaq.

Bəs, Türkiyə prezidenti bu addımı atacaqmı?

R.T.Ərdoğanın Moskvadakı məlum sülh danışıqlarından sonra dilə gətirdiyi fikirlər onun bu məsələdə xeyli ciddi olduğunu göstərir. Üstəlik, Şərqi Aralıq dənizinə hərbi dəniz donanmalarını göndərmək və Rusiyanın isti dənizlərə açılan qapısını bağlamaq üçün ABŞ-a da bu bəhanə lazımdır.

Qeyd edək ki, bu yazı dərcə hazırlandığı sırada Liviyadan gələn xəbərlərdə Hafter ordusunun artıq Tripolidənin dünyaya açılan qapısı sayılan Mitiga aeroportunu bombalamağa başladığı bildirilirdi.

Heydər Oğuz

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru