![Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək Britaniyada koronavirusun yeni mutasiyası ilə bağlı Nazirlər Kabinetinin iclası keçiriləcək](/uploads/posts/2020-12/thumbs/1608524116_0001.jpg)
Böyük Britaniya hökumətinin "Cobra" Fövqəladə Komitəsi koronavirusun yeni mutasiyasının aşkarlanması səbəbilə bir sıra ölkənin krallıqla hava əlaqəsini dayandırması ilə əlaqədar fövqəladə iclas keçirəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti rəhbərinin nümayəndəsi qeyd edib ki, iclasa baş nazir Boris Conson rəhbərlik edəcək.
B.Consonun nümayəndəsi bildirib: "Baş nazir sabah beynəlxalq nəqliyyat məsələlərinin, xüsusən Böyük Britaniyaya davamlı yük daşınmasının müzakirə olunacağı iclasa rəhbərlik edəcək".
Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.