![İsrail parlamenti buraxılıb, yeni seçkilər keçiriləcək İsrail parlamenti buraxılıb, yeni seçkilər keçiriləcək](/uploads/posts/2020-12/thumbs/1608698015_777.jpeg)
İsraildə cari il üçün dövlət büdcəsinin təsdiqlənməsi müddəti bitdiyindən parlament rəsmi olaraq buraxılıb. Ölkə 23 martda keçiriləcək yeni seçkilərə hazırlaşır.
“Biz yenidən seçkilərə gedirik. Bizi çətin bir dövr gözləyir. 23-cü çağırış Knessetin qapıları bağlanır”, - deyə Knessetin son plenar iclasında spiker Yariv Levin bildirib.
Mövcud qanunvericiliyə uyğun olaraq, Benyamin Netanyahu yeni kabinetin andiçmə mərasiminə qədər baş nazir vəzifəsini icra edəcək. Növbəti seçkilər – iki ildə dördüncü – 2021-ci il martın 23-də olacaq.